M. agayev, D. C.ƏSGƏrov fiZİkadan laboratoriya iŞLƏRİNƏ RƏHBƏRLİK



Yüklə 4,05 Mb.
səhifə158/177
tarix14.11.2019
ölçüsü4,05 Mb.
#29584
1   ...   154   155   156   157   158   159   160   161   ...   177
C fakepathC fakepathFIZIKADAN LABORATORIYA KITABI

İşin gedişi

  1. Spiralı qızdırmaq üçün qurgunu 220V gərginlik mənbəyinə qoşmalı. Avtotransformatorun dəstəyini tədricən bu və digər tərəfə döndərərək spiralın parlaqlıgının dəyişməsini müşahidə etməli.

  2. Cərəyanın gücünün müxtəlif qiymətlərində ən azı 5 dəfə spiralın temperaturunu təyin edin. Eyni zamanda termometrlə otağın temperaturunu da təyin etməli.

  3. (9) ifadəsinə əsasən Stefan – Bolsman sabitinin qiymətini hesablayın.

  4. Stefan – Bolsman sabitinin orta qiymətini və təcrübənin xətasını hesablayın.


Hesablama cədvəli



Güc

P, Vt

Temperatur



<>,

Vt/(m2К4)



otaq

spiral







to ,0C

To ,K

t , 0 C

T, K

1






















2






















...























Laboratoriya işinə aid suallar. İstilik şüalanması. Mütləq qara cisimin şüalanması. Kirxhof, Stefan-Bolsman, Vin qanunları. Plank düsturu. Pirometriya.
LABORATORİYA İŞİ № 33

FOTOELEMENTİN İNTEQRAL HƏSSASLIĞININ TƏYİNİ

İşin məqsədi: Fotoeffekt hadisəsinin öyrənilməsi, fotoelementin inteqral həssaslığının təyini.

Ləvazimat: Fotoelement, mikroampermetr, optik masa, işıq mənbəyi (etalon közərmə lampası), cərəyan mənbəyi.

Qısa nəzəri məlumat.

Cismin səthi üzərinə düşən işıq dalğasının bir hissəsi o cismi təşkil edən atomlar tərəfindən udulur və bu udulma nəticəsində bir sıra fiziki hadisələr baş verir. Bu fıziki hadisələrdən biri də fotoeffekt hadisəsidir.

İşıqlanma nəticəsində metal cismin elektron itirməsinə xarici fotoeffekt deyilir. Fotoeffekt hadisəsini öyrənilməsi zamanı aşağıdakı qanunauyğunluqlar müəyyənləşdirilmişdir.

1. Cisim monoxromatik şüalarla işıqlandırılarkən ondan qopan elektronların sürəti işığın intensivliyindən asılı olmayıb, düşən işığın tezliyindən asılı olur. Bu da o deməkdir ki, cisim eyni tezlikli müxtəlif intensivlikli monoxramatik şüalarla işıqlandırıldıqda qopan fotoelektronların maksimal sürəti eyni olur.



2. Fotoeffekt hər bir maddə üçün işığın tezliyinin müəyyən qiymətindən başlayaraq meydana çıxır. Ondan kiçik tezlikli dalğalarda fotoeffekt müşahidə olunmur. Elə ona görə də ν0 sərhəd tezliyi, yaxud fotoeffektin qırmızı sərhəddi adlanır.

3. Fotoeffekt zamanı cisimdən qoparaq çıxan fotoelektronların sayı isığın intensivliyi ilə düz mütənasib olur.



Təcrübədə müşahidə edilmiş fotoeffektin bu qanunlarını kvant nəzəriyyəsinə əsasən izah edən A.Eynşteyin olmuşdur. Cisim üzərinə monoxramatik şüalar düşdükdə bütün kvantların enerjisi də eyni olur. Bu kvantlardan bəzisi elektronlar tərəfindən udulur və elektronun qazandığı enerji çıxış işindən artıq olan hallarda elektron metalı müəyyən sürətlə tərk edir. Enerjinin saxlanması qanununa görə elektronun aldığı enerji A çıxış işi ilə onun Ek kinetik enerjisinin cəminə bərabər olmalıdır

(1)

Bu ifddə fotoeffekt üçün Eynşteyn tənliyi adlanır.


Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin