Hesablama cədvəli:
№
|
nx
|
ny
|
kx
|
ky
|
H
|
B
|
μ
|
1
|
|
|
|
|
|
|
|
2
|
|
|
|
|
|
|
|
3
|
|
|
|
|
|
|
|
:
|
|
|
|
|
|
|
|
Laboratoriya işinə aid suallar. Mühitdə maqnit sahəsi. Maqnetiklərin növləri. Ferromaqnetizm. Histerezis. Elektromaqnit induksiya hadisəsi. Lens qaydası.
LABORATORİYA İŞİ № 27
REFRAKTOMETR VASİTƏSİLƏ MAYELƏRİN SINDIRMA ƏMSALININ TƏYİNİ
İşin məqsədi: Refraktometrin iş prinsipinin öyrənilməsi və müxtəlif mayelərin sındırma əmsalının təyini.
Ləvazimat: İRF-22 tipli refraktometr, sındırma əmsalı təyin olunacaq mayelər, damcıladıcı, pambıq.
Qısa nəzəri məlumat.
Maddənin sındırma əmsalını müxtəlif üsullarla təyin etmək olar. Bu işdə əsasən şəffaf mayelərin sındırma əmsalı təyin edilir. Sındırma əmsalının təyini üçün öyrənəcəyimiz bu üsul işığın tam daxili qayıtma qanununa əsaslanır.
M əlumdur ki, işıq şüası optik sıxlığı cox olan mühitdən optik sıxlığı az olan mühitə keçdikdə sınaraq normaldan uzaqlaşır (Şəkil 1a). Düşmə bucağının müəyyən qiymətində şüa sınaraq iki mühiti ayıran səth üzrə sürüşür (Şəkil 1b) .
Bu halda sınma bucağı 90° -yə bərabər olur və bu şüanın səthin normalı ilə əmələ gətirdiyi bucağa limit bucağı (i0) deyilir.
Şüa bu bucaqdan böyük bucaq altında düşdükdə o, ikinci mühitə keçməyib tam daxilə qayıdar (Şəkil 1c). Düşmə bucağının qiyməti böyüdükcə sınan şüanın intensivliyi azalır, qayıdan şüanın intensivliyi isə artır. Sınma qanununa görə
yaza bilərik. Mühitin sındırma əmsalını tez, dəqiq və asan təyin etmək üçün refraktometr adlanan xüsusi optik cihazdan istifadə edilir. Müxtəlif tipli refraktometrlər mövcuddur. Bu işdə İRF-22 tipli refraktometrdən (Abbe tipli) istifadə olunur.
Dostları ilə paylaş: |