(2)
kimi təyin olunur.
Burada I - rəqqasın fırlanma oxuna nəzərən ətalət momenti, l - ağırlıq mərkəzindən fırlanma oxuna qədər olan məsafə, m - rəqqasın kütləsidir.
Əgər (2) ifadəsini riyazi rəqqasın
ifadəsi ilə müqayisə etsək
görərik ki, fiziki rəqqasın rəqs periodu
uzunluğu olan riyazi rəqqasın periodu ilə üst-üstə düşür. kəmiyyətinə fiziki rəqqasın gətirilmiş və ya çevrilmiş uzunluğu deyilir.
Şəkil 1-də təsvir edilmiş fiziki rəqqasa diqqət yetirək. Onun fırlanma oxu O nöqtəsindən keçir, ağırlıq mərkəzi isə C nöqtəsində yerləşir. Burada OO1 fiziki rəqqasın gətirilmiş uzunluğu olacaqdır. O nöqtəsi asqı nöqtəsi, O1 nöqtəsi isə fiziki rəqqasın rəqs mərkəzi adlanır. Istənilən fiziki rəqqas üçün O və Oı nöqtələri, yəni gətiriimiş uzunluğun kənar nöqtələri bir-birinə qoşma nöqtələridir. Bu o deməkdir ki, əgər O1 nöqtəsini asqı nöqtəsi kimi qəbul etsək, onda O nöqtəsi özünü rəqs mərkəzi kimi aparacaqdır. Fiziki rəqqasın bu xassəsindən istifadə edərək ondan çevrilmiş rəqqas kimi istifadə edilir. Hesablamalar göstərmişdir ki, fiziki rəqqasın gətirilmiş uzunluğu L onun fırlanma oxundan ağırlıq mərkəzinə qədər olan məsafədən həmişə böyükdür, yəni OO1 >OC.
Çevrilmiş rəqqas sərbəstdüşmə təcilinin qiymətinin təyin edilməsində istifadə olunur. Çevrilmiş rəqqas üzəri millimetrlik bölgülərə ayrılmış uzunluğu bir metrdən artıq olan metal çubuqdan ibarətdir (şəkil 2). Çubuq üzərində 1 və 2 nöqtələrində tərpənməz prizmalar bərkidilmişdir. Bu yüklərin vəziyyətini xüsusi bərkidici vintlər vasitəsilə dəyişmək olur. Fiziki rəqqası əvvəlcə 1 prizması, sonra isə onu çevirərək 2 prizması üzərində asaraq A və B yüklərinin yerini elə sürüşdürmək lazımdır ki, onlara uyğun rəqs periodları T1 və T2 təqribən üst-üstə düşmüş olsun.
Bu halda prizmalar arasındakı məsafə fiziki rəqqasın gətirilmiş uzunluğu olacaqdır. Əgər rəqqasın rəqsləri kiçik amplitudla baş verirsə, bu halda onun periodu
düsturu ilə təyin olunur. Burada, L – fiziki rəqqasın gətirilmiş uzunluğudur. Buradan da
(3)
alırıq.
(3) ifadəsində T əvəzinə T1 və T2 periodlarının orta qiymətini götürmək lazımdır. Odur ki, sərbəstdüşmə təcili üçün
(4)
alırıq.
Dostları ilə paylaş: |