M əsləhətçi: C. Q. Nuriyev. Elm V ə Təhsil Mərkəzi «Təfəkkür»


  BEYNƏLXALQ TİCARƏTDƏ ZİDDİYYƏTLƏRİN ƏMƏLƏ



Yüklə 420,42 Kb.
Pdf görüntüsü
səhifə25/72
tarix07.01.2024
ölçüsü420,42 Kb.
#203365
1   ...   21   22   23   24   25   26   27   28   ...   72
Azerbaycanin iqtisadi siyaseti Azerbaycanin xarici ticaret-iqtisadi elaqeleri

2.2. 
BEYNƏLXALQ TİCARƏTDƏ ZİDDİYYƏTLƏRİN ƏMƏLƏ 
GƏLMƏSİNİN SƏBƏBLƏRİ VƏ XÜSUSİYYƏTLƏRİ 
Müasir beynəlxalq ticarətdə baş verən proseslər o 
n
əticəyə gəlməyə imkan verir ki, onun əsas meyli liberallaşmadır. 
Buna milli iqtisadiyyatın açıqlığ, gömrük tarifi dərəcələrinin 
azaldılması, kvotaların və digər qeyri-tarif tənzimlənmələrinin 
l
əğv edilməsi, dünya bazarında rəqabət mübarizəsinin 
güclənməsi və s. təsir göstərir. 
.
Beyn
əlxalq ticarətin liberallaşmasının qloballığı müasir 
şəraitdə rəqabətin beynəlxalq xarakterli xüsusiyyətlərilə 
müəyyən edilir. Beynəlxalq ticarətdə müvəffəqiyyət isə 
beyn
əlxalq investisiyaların cəlb edilməsi ilə sıx əlaqədədir. Əksər 
ölkələr xarici investorlar üçün güzəştli ticarət-investisiya rejimi 
t
əklif edirlər. 
B
əzən xarici ticarətin liberallaşdırılması birtərəfli qaydada 
h
əyata keçirilir. Lakin adətən əksər hallarda xarici ticarət 
qanunçuluğunun reformalaşdırılması ilə iqtisadi partnyor 
(t
ərəfdaş) ölkələrdə xarici ticarətin liberallaşdırılması ilə paralel 
olaraq h
əyata keçirilir. Praktika göstərir ki, paralellikdə ən etibarlı 
taktika danışıqlar yolu ilə razılığa gəlmək və qarşılıqlı güzəşt 
prinsipidir. Danışıqlar vasitəsilə liberallaşdırma birtərəfli 
liberallaşdırmaya nisbətən daha sərfəlidir. Burada əsas moment 
ölkələrin öz tərəfdaşlarına ikitərafli əlaqələrin məqsədəuyğun 
olduğunu sübut etməkdir. 
Beyn
əlxalq ticarətdə çoxtərəfli liberallaşma prosesi ilə 
yanaşı eyni zamanda bu prosesə əks təsir göstərən 
proteksionizm meyli d
ə müşahidə edilir.J Bu meyl dərin 
siyasi-
iqtisadi maraqların olduğunu, bütün vasitələrlə ölkə 
istehsalçılarının 
88 


h
ərtərəfli müdafiə olunmalarının vacibliyini, iş yerinin 
saxlanmasını, milli əmtəələrin və sahələrin rəqabət qabiliyyətinin 
saxlamağa yardım etməyin vacibliyini sübut edir. Struktur siyasəti 
aparan 
ölkələrdə daha çox proteksionist siyasət aparılır, burada 
iqtisadi depressiya il
ə yanaşı, idxal rəqabəti sürətlə artır. 
Beyn
əlxalq praktika sübut edir ki, hər iki meyl liberallaşma 
(azad ticar
ət) və proteksionizm beynəlxalq ticarətə xas olan 
c
əhətlərdir. Bu meyllər arasında baş verən ziddiyyətlərin həll 
edilm
əsinin 
əsas 
problemi 

bunların 
səmərəli 
əlaqələndirilməsidir. Maraqlar balansı pozularkən, səmərəli 
əlaqələndirmə ziddiyyətə çevrilir. 
H
ər hansı ölkənin milli ticarət-iqtisadi, sosial maraqlarının 
dig
ər ölkə tərəfindən alçaldılması, ticarət münaqişələrinin, 
((ticar
ət müharlbələri»nin yaranmasına səbəb olur. Ticarət 
münaqişələrinin genişlənməsinə müxtəlif amillər; gömrük, ərazi, 
qiym
ət, sanitariya, ekoloji və s. təsir göstərir. Beynəlxalq 
ticar
ət-iqtisadi 
münaqişələrinin 
yaranmasının 
mühüm 
s
əbəblərindən biri ABŞ-ın bir sıra qanunlarıdır, məsələn 
Xelis-
Berton federal qanunu Kubaya investisiya qoyan ölkələrə 
qarşı sanksiya qoymağı tələb edir. Bu qanun qəbul edildiyi 
vaxtdan (mart 1996-
cı il) iki şirkət (Kanada və Meksika) bu 
sanksiya il
ə cəzalandı, bir sıra digər xarici şirkətlər isə 
x
əbərdarlıq məktubu aldılar. Beynəlxalq təşkilatların təzyiqi ilə 
ABŞ prezidenti B.Klinton qanunun bir sıra mühüm maddələrini 
dayandırdı. Lakin bir sıra xarici investorlar bu qanunla 
qarşılaşmamağa çalışırlar. Beynəlxalq iqtisadi münasibətlərin 
inkişafına ABŞ-ın digər federal qanunu - D’Amato qanunu 
neqativ t
əsir göstərir. Bu qanun xarici kompaniyaların Livan və 
İranla ticarət-iqtisadi əlaqələrinə qarşı sanksiya tətbiq edirlər. 
89 


Rusiyanın «Qazpromu» ilə İran arasında 1997-ci ildə 
bağlanan müqavilə bu qanunun təsiri altına düşdü. ABŞ-ın 
Konqresi «Qazpromdan» Amerika kreditindən imtina etməyi 
t
ələb etdi. ABŞ administrasiyası Rusiya kompaniyasını 
sanksiyalarla h
ədələdi. Bunun nəticəsində «Qazprom» 1995-ci 
ild
ə «Eksimbankla» ABŞ arasında bağlanan müqaviləni ləğv etdi. 
Bu müqavilə Rusiya şirkəti ilə İran arasında bağlanan müqaviləyə 
kredit verilm
əsini nəzərdə tuturdu. 
«Ticarət 
müharibələri» 

müasir 
beynəlxalq 
m
ünasibətlərdə daimi «ənənədir». Bu istər ayrı-ayrı ölkələr, 
ist
ərsə də digər ticarət-iqtisadi qruplar üçün xarakterikdir. Belə ki, 
90-
cı ilin ortalarında Atlantik okeanında treska balıqlarının 
tutulması ilə əlaqədar olaraq İspaniya ilə Kanada arasında «balıq 
müha- ribəsi» baş verdi ki, bunun da nəticəsində istər siyasi, 
ist
ərsə də birbaşa təsir tədbirlərindən istifadə edilməyə başlandı. 
Dünya bazarında rəqabətin güclənməsi, daxili bazarın 
qorunması, əhalinin məşğulluğunun təmin edilməsi xarici 
dövlətləri öz İstehsalçılarının və kommersantlarının mənafeyini 
aktiv sur
ətdə müdafiə etməyi tələb edir, eyni zamanda isə onları 
siyasi-iqtisadi konfliktl
ərə girməyə təhrik edir. Məhz ona görə də, 
azad ticar
ət zonalarının, gömrük İttifaqlarının yaradılması dünya 
t
əsərrüfatının strukturunda əsaslı dəyişikliklər edilməsini tələb 
etmir. Ölkələrin iqtisadi bloklarda birləşməsi heç də azad ticarət 
ideyalarının reallaşmasında mütləq tərəqqi əldə edilməsi və ya 
proteksionizm prinsipl
əri qarşısında məğlubiyyət deyildir. 
M
əsələn, gömrük ittifaqı azad ticarətlə proteksionizm vəhdətliyi 
arasında ziddiyyət olduğunu göstərir. «Azad ticarət» və ya 
proteksionizm dilemması fəaliyyət göstərmir. O, xarici ticarət 
münasibətlərinin digər qütbünə keçirilir, bunun da nəticəsində 
90 


qrup dövlətlərin üçüncü ölkələrlə münasibətdə iqtisadi siyasəti 
seçməkdə qərar qəbul edilməsini müəyyən edir. 
M
əsələn, 1996-cı ildə Avropa İttifaqı ilə Cənubi Amerika 
Ümumi Bazarına (MERKOSUR) daxil olan Braziliya arasında bir 
neçə münaqişə baş vermişdir. Braziliya bir neçə dəfə Avropa 
İttifaqına idxal olunan toyuq və hindtoyuğu ətinin tarif dərəcəsinə 
görə öz etirazını bildirmişdir. «Toyuq problemi» eyni zamanda 
ABŞ və Çin arasında olan münasibətləri mürəkkəbləşdirdi. Çin 
hökuməti qeyri-tarif tənzimlənmələri baxımından ABŞ-ın 10 
ştatından karantin tədbirləri ilə əlaqədar toyuq əti idxalını 
qadağan etdi. 
Xarici-ticar
ət iqtisadi əlaqələr sistemində Avropa İttifaqı 
il
ə ABŞ arasında dövri olaraq ticarət müharibəsi baş verir. Belə 
ki, t
əxminən üç il (1993-1997) Avropa İttifaqı ilə ABŞ, Latın 
Amerikası ölkələri arasında «banan müharibəsi» baş verdi. 
Göstərilənlər baxımından bəzən ölkələr arasında əmələ 
g
ələn digər ziddiyyətlər, sonralar ticarət münaqişələrinə gətirib 
çıxarır. Müqabil tərəf İsə öz növbəsində istehsalçılarını müdafiə 
etm
ək üçün inzibati tədbirlər - nəqliyyat növü və lazım olan əlavə 
s
ənədlərin tələb olunmasına, nəqliyyatın yüklənməsi şərtlərini
əmtəələrin növü və çeşidinə olan tələbləri, ciddi yoxlama-nəzarət 
sistemi t
ədbirlərini və s. tətbiq edirlər. 
Beyn
əlxalq ticarətin idarə edilməsində, onun inkişafında 
olan mane
ələrin aradan qaldırılmasında, liberallaşmasında 
beyn
əlxalq iqtisadi təşkilatlardan biri olan Tarif və Ticarət üzrə 
Baş Sazişdir (QATT/TTBS). QATT yaratmaq üçün müqavilə 
1947-ci ild
ə 23 ölkə tərəfindən İmzalanmış və 1948-ci ildə 
qüvvəyə minmişdir. 31 dekabr 1994-ci ildə Beynəlxalq Ticarət 
t
əşkilatının yaranması ilə əlaqədar olaraq öz fəaliyyətini 
dayandırmışdır. 
91 


XX 
əsrin ikinci yarısında beynəlxalq ticarətin sürətli 
inkişafı onun əmtəə strukturunun dəyişməsi, regional əmtəə 
axınının güclənməsi dünya miqyasında onun hərəkətini 
əhəmiyyətli dərəcədə artırmışdır. XX əsrin ikinci yarısında 
beyn
əlxalq ticarətin liberallaşması ticarət-iqtisad i ittifaqlar 
daxilind
ə daha aktiv gedir. 
Ayrı-ayrı qrup ölkələr arasında əməkdaşlıq, azad ticarət, 
gömrük ittifaqları haqqında müqavilə beynəlxalq iqtisadi 
münasibətlərin mühüm amillərindən birinə çevrilmişdir. 
Dünyada 9 iri beynəlxalq regional ticarət blokları 
yaradılmışdır: 
1) 
Avropa İttifaqı (ES) - Avstriya, Almaniya, Böyük 
Britaniya. İtaliya, Fransa, İspaniya, Portuqaliya, 
Finlandiya, İsveç, Danimarka, Belçika, Lüksemburq, 
Niderland, Yunanıstan; 
2) Azad ticar
ət haqqında Şimali Amerika müqaviləsi 
(NAFTA) - 
ABŞ, Kanada. Meksika; 
3) Avropa Azad Ticar
ət Assosiasiyası (EAST) - 
İslandiya, Norveç, İsveçrə, Llxtenşteyn; 
4) Asiya - Sakit okean iqtisadi 
əməkdaşlığı (ASİƏ) - 
Avstraliya, Bruney, Malaziya, Sinqapur, Tailand, Yeni 
Zelandiya, Yeni Qvineya, İndoneziya, Filippin, 
Tayvan, Honkonq, Yaponiya; 
5) C
ənubi Koreya, Çin, Kanada, ABŞ, Meksika, Çili, 
Vyetnam, 
C
ənubi 
Amerika 
ümumi 
bazarı 
(MERKOSUR) - Braziliya, Argentina, Paraqvay, 
Uruqvay; 
6) C
ənubi Afrika inkişaf komitəsi (SADK) - Anqola, 
Botsvana, Lesoto, Malaviya, Mozambik, Mavritaniya, 
Namibiya, CAR, Svazalend, Tanzaniya, Zimbabve; 
92 


7) C
ənubi Afrika iqtisadi və valyuta ittifaqı (CİVİ) - 
Kotd’İvuar, Burkina-Faso, Nigeriya, Toqo, Seneqal, 
Benin, Mali; 
8) C
ənubi Asiya Regional Əməkdaşlığı (CARƏ) - 
Hindistan, Pakistan, 
Şri-Lanka, Banqladeş, Maldiva, 
Butan, Nepal; 
9) 
And parkı - Venesuela, Kolumbiya, Ekvador, Peru, 
Boliviya. 
Bel
ə blokların formalaşması - siyasi, iqtisadi, tarixi 
xarakterli obyektiv prosesl
ərin əmələ gəlməsinə gətirib çıxarır. Bu 
prosesl
ərin aktivləşməsi isə bir tərəfdən beynəlxalq ticarətin 
inkişafına səbəb olur (zonalar, bloklar, regionlar çərçivəsində), 
dig
ər tərəfdən - ona müəyyən maneçiliklər törədir. 
XX 
əsrin axırlarında beynəlxalq iqtisadi münasibətlərin 
inkişaf praktikası sübut edir ki, özünü təmin etmə reglonallzmi 
əvəzinə açıq regionalizm meydana gəlmişdir. Bu təşkilatlar 
subregional iqtisadi ittifaqları (ASEAN, NAFTA, Cənubi Sakit 
okean forumu v
ə s.) birləşdirir, xarici ticarətin liberallaşma 
d
ərəcəsinə müvafiq olaraq müxtəlif səviyyələrdə inteqrasiya 
olmanı tələb edir. Artıq regionalizm konsepsiyası iqtisadi 
qloballaşmanın regional inteqrasiyası elementi kimi çıxış edir. 
Ticar
ət-iqtisadi blok ölkələrinin iştirakçıları dünya 
bazarında müasir situasiyanın mürəkkəbliyini və ziddiyyətlərini 
d
ərk edərkən onların həll edilməsi üçün yollar axtarırlar. 



Yüklə 420,42 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin