M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə20/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   16   17   18   19   20   21   22   23   ...   59
C fakepathmuhazir' felsefe'2021

6.2. Azərbaycan maarifçilik fəlsəfəsi
Azərbaycanda maarifçilik qərb ölkələrinə nisbətən bir qədər gec baş vermişdir(XIX əsrin ortalarında). XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycandakı ictimai-fəlsəfi fikir sosial-tarixi şərait və ictimai varlığın inikası olmaqla ziddiyyətli səciyyə daşıyırdı.

Azərbaycan maarifçiliyini öz inkişafına görə iki mərhələyə bölmək olar: birinci mərhələ, XIX əsr. Bu mərhələdə maarifçilik ideyaları feodal-təhkimçilik üsul idarəsinin maariflənmə yolu ilə islah edilməsi, insaniləşdirilməsi; dini-fanatizm, mövhumat, cəhalətin, feodal əsarətinin kəskin tənqid edilməsi və aradan qaldırılması ilə ifadə olunurdu. Dünyagörüşlərindəki müəyyən məhdudluq və ziddiyyətlər, bəzən idealist və dini mahiyyət kəsb etməsinə baxmayaraq A.A.Bakıxanov, M.F.Axundov, İ.B.Qutqaşınlı, H.B.Zərdabi. N.B.Vəzirov, Q.B.Zakir və basqalarının ideyalarını Azərbaycan maarifçiliyinin birinci mərhələsinə aid etmək olar.

Azərbaycan maarifçiliyinin ikinci mərhələsi-XIX əsrin sonu və XX əsrin əvvələrini əhatə edir. Bu dövrün maarifçiliyi daha çox radikalizmə, inqilabi demokratik ideyalara qovuşması ilə, həyat proqramlarını daha qətiyyətli taktiki metodlarla həyata keçirməyə meylli olması ilə fərqlənir. C.Məmmədquluzadə, M.Sabir, Ö.Nemanzadə, Ü.Hacıbəyov, S.Ağamalı oğlu, N.Nərimanov və b. ideyalarını ikinci dövrün radikal, inqilabi-demokratik maarifçiliyinə aid etmək olar.

Abbasqulu ağa Bakıxanov Qüdsi 1794-cü ildə Bakının Xilə (indiki Əmircan) kəndində anadan olmuş, ilk təhsilini burada almış, sonra Qubaya atasına məxsus olan Əmsar kəndinə köçmüş, bir sıra Şərq və rus dillərini, ilahiyyat, ədəbiyyat və fəlsəfə elmlərini öyrənməyə başlamışdır. Sonradan o, Tiflis şəhərində işləmiş, 1828-ci ildə baş komandanın dəftərxanasında Şərq dilləri üzrə tərcüməçi işləmiş, hərbi xidmətdə polkovnik rütbəsinə qədər yüksəlmişdir.

Abbasqulu ağa Bakıxanovun "Qüdsün bağları", "Müxtəsər qrammatika", "Qəribəliklərin kəşfi", "Əxlaqın islahı", "Tərəzinin mahiyyəti", "Kainatın sirrləri", "İşıqlar taxçası", "Gülüstani-İrəm" adlı əsərlərində dilçilik, məntiq, əxlaq, tarix, fəlsəfə, psixologiya, coğrafiya və digər elmlərdən, onların öz dövrü üçün aktual problemlərindən söhbət salınır, onlara müəllifin öz münasibəti bildirilir və mühüm tövsiyyələr verilir.

Abbasqulu ağa Bakıxanovun dünyagörüşü islama uyğunlaşdırılmış klassik fəlsəfə əsasında təşəkkül tapmışdır. O, hikmətin (fəlsəfənin) məqsədini təhsil və maariflənməkdən ibarət saymışdır. Bununla yanaşı, o, varlığın peripatetizm və panteizmdə araşdırılan ən ümumi prinsiplərini islam ehkamlarının izahı kimi təqdim etmişdir. Onun fikrincə, varlığın vaçib və mümkün varlığa bölünməsi, vahiddən çoxun çıxarılması, çoxun təkdən törənməsi təhqiqat və hekayət əsərlərindən formalaşmışdır. Əslində isə vahiddən zəruri surətdə törəmə Allahın yaradıcılıq işindən başqa bir şey deyildir. Allahın əvvəlcə yaratdığı varlıq dunyada şeyləri tam əhatə etmək noqteyi-nəzərdən əql (ağıl), işləri nizamlamaq baxımından qələm, ilkin və son olması baxımından işıq və ya nurdur. Allahın vahidliyini onun təkliyindən ibarət sayan A.Bakıxanov yazır ki, "çoxluğun mövcudluğuna baxmayaraq, o, öz vahidliyində qalır. Dəyişiklik yalnız onun zahiri tə'yinlərində olur, özü isə zaval tapmaz." "Onun özundən başqa hər şey məhv olacaqdır" ayəsini bu münasibətlə təkrarlayan A.A.Bakıxanov dini və fəlsəfi təfəkkurün eyniyyətindən çıxış etmiş, Allahı hər şeyi özündə ehtiva edən varlıq kimi əsaslandırmağa çalışmışdır.

O, eyni zamanda dünyanın quruluşundan, səma cisimlərinin meydana gəlməsi və ondakı dəyişikliklərdən də bəhs etmiş, hərəkəti Kainatdakı bütün dəyişikliklərin əsası adlandırmışdır. Astronomiyadakı iki nəzəriyyəyə münasibətini bildirərkən A.A. Bakıxanov düzgün elmi mövqedə dayanaraq N. Kopernikin heliosentrik sistemini müdafiə etmişdir. O, göstərirdi ki, Kopernikin heliosentrik nəzəriyyəsi sanballı dəlillərlə əsaslandırıpmışdır, o, Qur'an ayələri ilə də müdafiə oluna bilər. Onun fikrincə, "kəhkəşanda günəşdən savayı ulduzlar çoxdur. Hər bir səyyarə özü bir aləmdir. Bizim aləmimiz də həmin səyyarələrdən biridir."

M.F.Axundov 1812-ci ildə Şəki şəhərində tacir ailəsində anadan olmuş, gənc vaxtlarından ərəb və fars dillərini, habelə ilahiyyatı öyrənmişdir.

Lakin bu yolda başlıca maneənin din fanatizmindən ibarət olduğunu dərk edən M.F. Axundov dinin əsaslarına qarşı yönəldilən, 1863-1865-ci illər ərzində yazdığı "Kəmalüdövlə məktubları"nda həm də özünün fəlsəfi, ictimai-siyasi baxışlarını şərh etmişdir.

Bu məktublar maarifçilik ədəbiyyatının ən güclü nümunələri olmaq e'tibarı ilə özünün orta əsr sxolastikasına, fikir tərzinə düşmənçiliyi ilə, maarifi, Avropa həyat tərzini möhkəm müdafiə etməsi ilə kəskin surətdə fərqlənir. M.F. Axundov özünün göstərilən fəlsəfi məktubları ilə Azərbaycanda fəlsəfə Maarifçiliyinin əsasını qoymuş, cəmiyyətin yeniləşməsini, biliklərin təbliğ edilməsini, xalqın cəhalətdən oyadılmasını onda görmüşdür. Azərbaycan Maarifçilik fəlsəfəsi özünün ən qabaqcıl nümayəndələrinin şəxsində islam fanatizminə və şərq despotizminə qarşı mübarizə edərək dünyəviləşdirilmiş mədəniyyət yaradılmasını, şəxsiyyətin azad edilməsini, insanların yenidən tərbiyə edilməsini, cəmiyyətdə ağıllı və ədalətli qanunların tətbiq edilməsini irəli sürürdülər.

M.F.Axundov varlığın xüsusi qanunauyğunluqlar əsasında inkişaf etdiyini söyləyərək dünyanın Allah tərəfindən heçdən yaradılması haqqında dini ehkamına inanmamışdı. 0, göstərdi ki, mövcud olmayandan mövcudat, heç bir yaradıcıya deyil, gözlərimizlə gördüyümüz və duyduğumuz kainata mövcud varlıq kimi baxmalıyıq. Varlıq təkdir, yaradan da, yaranan da o özü-özünün səbəbidir, - Axundovun fəlsəfi-materialist əqidəsi belə idi.

Həsənbəy Səlimbəy oğlu Məlikov Zərdabi (1842-1907) Azərbaycanın görkəmli maarifçi-demokratı, materialist filosof-mütəfəkkiri, təbiətşünas-darvinçi alimi, istedadlı publisisti olmuşdu, O, 1842-ci ildə maarifpərvər ailədə anadan olmuşdur. Mükəmməl dünyəvi təhsil almışdır. O, 1861-ci ildə Tiflis qəza gimnaziyasını, 1865-ci ildə isə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsini təbiət şöbəsini bitirmişdir. Onun dünyagörüşünü səciyyələndirən ən birinci cəhət təbii-elmi və materialist məzmun təbiətşünaslığın əsasını qoyan, xüsusilə təbii-bioloji bilikləri geniş təbliğ edən ilk darvinist alimdir. O, Darvin təliminə əsaslanaraq, üzvi aləmin, xüsusilə heyvan və insanın əmələ gəlməsinin təbii-obyektiv qanunauyğunluqlarını izləmiş, bu sahədə təkamülün – təbii seçməni rolunu düzgün qiymətləndirmişdir.

H.B.Zərdabinin Azərbaycan mədəniyyəti tarixində ən böyük xidmətlərindən biri, öz materialist əqidəsinə uyğun olaraq, xalq arasında, təbii-elmi, bioloji, tibbi, kənd təsərrüfatı və s. sahələr üzrə bilikləri kütləvi şəkildə; sadə dildə təbliğ edib yaymağa çalışması olmuşdur. Onun Azərbaycan dilində yazdığı «Torpaq, su və hava», «Barama qurdunun saxlanması», «Bədəni səlamət saxlamaq düsturüləməlidir» və s. əsərlərində, həmçinin «Əkinçi» qəzeti və başqa məcmuə və qəzetlərdə təbiətşünaslığa və tibbə dair çap edilmiş çoxsaylı məqalələrində müxtəlif elmi sahələrinə dair materialist dünyagörüşü mövqeyindən təhlil edilən çoxlu və zəngin məlumatlar vardır.

Fəlsəfi dünyagörüşü etibarilə o, maarifçi-materialist idi. Təbiətşünaslığa əsaslanaraq dünyanın Allah tərəfindən yaradılması və axirət haqqında dini təlimi qəbul etməmiş, dünyanın maddi vəhdəti, əbədiliyi və sonsuzluğu haqqında ideyaya tərəfdar çıxmışdır.




Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin