M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Hərəkət materiyanın mövcudluq formasıdır



Yüklə 276,46 Kb.
səhifə28/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   24   25   26   27   28   29   30   31   ...   59
C fakepathmuhazir' felsefe'2021

8.3 Hərəkət materiyanın mövcudluq formasıdır
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar beləbir ümumfəlsəfi nəticə çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç bir reallıq mövcud deyildir. Bizi əhatə edən hər bir predmet və hadisədə həmişə bir-birinə əks olan iki momenti görmək mümkündür: bir tərəfdən obyekt öz keyfiyyət müəyyənliyini, bütövlüyünü və dayanıqlığını müəyyən zaman intervalı ərzində qoruyub saxlayır. Digər tərəfdən isə bəşər praktikası sübut edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər qalması nisbi xarakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez predmetin yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet və ya hadisənin sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına gətirib çıxaran dəyişilmələr isə arasıkəsilməz proses olub, mütləq xarakter daşıyır. Dünyaya olan bu dinamik baxış tarixən müxtəlif formalar alan fəlsəfi hərəkət konsepsiyanı meydana gətirmişdir.

Fəlsəfədə hərəkət dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür. Materializmə görə dünya yalnız materiyadan, onun hallarından və xassələrindən ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik prosesindən kənarda heç bir şey mövcud olmadığından hərəkət materiyanın atributu, onun "mövcudluq üsulu" kimi anlaşılır.

Hərəkət daxilən ziddiyyətlidir, odəyişkənlik ilə sabitliyin, mütəhərriklik ilə sükunətin vəhdətidir.

Gerçəklikdəki dəyişikliklərin ümumi axınında zəruri şərt kimi sükunət momentləri də vardır. Lakin bu sükunət momentləri bütövlükdə varlığa deyil, müəyyən zaman daxilində təzahür edən konkret hadisə və proseslərə aiddir, Deməli, sükunət halı varlığın ayrı-ayrı konkret təzahürlərində, ümumi ilə müqayisədə meydana çıxır. Sükunət halında predmet öz keyfiyyət halında qalır. Cismin sükunəti nisbidir, onu mütləqləşdirmək olmaz.

Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir. Bu o, deməkdir ki, hərəkət mövcudatların öz daxilində, onların dəyişmə mənbəyi kimi çıxış edir. Hərəkət yaradılmır, həm də məhv edilən deyildir. O, yalnız bir formadan digərinə çevrilə bilər.

Hərəkət formalarının konkret təsnifatı da diqqəti cəlb edən məsələlərdəndir.XIX əsrin 70-ci illərində F.Engels elm və təbiətşünaslığın nailiyyətlərini ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir; 1) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi hərəkət; 4) bioloji hərəkət və 5) sosial hərəkət. Bu təsnifat XIX əsrin ortalarında elm və təbiətşünaslığın verdiyi məlumatlara əsaslandığından, təbiidir ki, elmin bugünkü inkişaf səviyyəsi baxımından müəyyən dəyişikliklərə məruz qalmaya bilməz. Bu dövrdən keçən müddət ərzində təbiətşünaslıq elmlərində əldə edilmiş nailiyyətlər hərəkətin formalarını daha da dəqiqləşdirməyə imkan verir.Məsələn, XIX əsrin sonlarında başlayaraq yeni hərəkət formaları kəşf olunmaqdadır. Bunlardan mikroaləmdəki hərəkəti, meqaaləmdə hərəkəti, geoloji hərəkət formasını və s. göstərmək olar.

Ümumiyyətlə, hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün keyfiyyətcə müxtəlif struktur təşkili səviyyələrinə malik olması ilə şərtlənir. Materiyanın struktur səviyyələri onun sadədən mürəkkəbə, ibtidaidən aliliyə doğru inkişafının pillələri olduğundan hər bir yuxarı hərəkət formasının tarixən təşəkkül tapmasını da aşağı hərəkət formalarının inkişafının nəticəsi kimi təsəvvür etmək olar. Hərəkətin müxtəlif formaları arasında genetik əlaqə mövcuddur, yəni hər bir yuxarı hərəkət forması birdən-birə deyil, yalnız aşağı formaların bazasında yaranır və onları özündə əhatə edir. Lakin bu heç da o demək deyildir ki, yuxarı hərəkət forması aşağı hərəkət formaların mexaniki məcmusundan ibarətdir. Məsələn, bioloji hərəkət forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında yaranır və bu hər üç hərəkət formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti fiziki və kimyəvi hərəkətin cəmindən ibarət hesab etmək kobud səhv olardı. Yuxarı hərəkət forması aşağı formaları birtərəf edilmiş şəkildə özündə birləşdirir, bu birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən ibarətdir.

Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda müəyyən təkliflər də irəli sürülür. Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin formalarının qeyri-üzvi aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkət kimi üç formasını qeyd edirlər. Bu bölgünü başqa şəkildə cansız təbiətdə, canlı təbiətdə və cəmiyyətdə hərəkət kimi də ifadə edənlər var. Bu formaların hər birində yuxarıda qeyd olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı sintez halında fəaliyyət göstərirlər.

Hərəkətin iki əsas tipini ayırd etmək olar. Birincidə predmet və ya hadisədə baş verən dəyişikliklər onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəyyənliyini saxlayır. Predmetin bir keyfiyyət halından digərinə keçməsi ilə müşayət olunan dəyişmələr hərəkətin ikinci əsas tipini təşkil edir.


Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin