II. ŞÜUR, ONUN MƏNŞƏYİ VƏ MAHİYYƏTİ
8.5. Fəlsəfədə şüur probleminin qoyuluşu
Şüur bütün dövrlərdə fəlsəfə tarixinin diqqət mərkəzində olan problemlərdəndir. Şüur dünyanın nəzəri mənimsənil-məsində insanın yol yoldaşıdır.
Şüur – yalnız insana xas olan xüsusi vəziyyətdir ki, onunla dünya və eyni zamanda insanın özü başa düşüləndir. Şüur – ani olaraq insanın gördüyünü, eşitdiyini, hiss etdiyini, düşündüyünü və yaşadığını əlaqələndirir. Bir çox filosoflar şüuru dünyanın möcüzələr möcüzəsi kimi, insana bəlli edilən ən böyük və ilahi hədiyyə kimi müəyyənləşdirirlər.
Şüuru müxtəlif elmlər öyrənir. Bunlardan psixologiyanı, sosiologiyanı,təbabət elmlərini və s. göstərmək olar. Bu elmlərin hər biri öz predmetinə uyğun olaraq şüurun müəyyən konkret tərəfini araşdırır. Fəlsəfə isə onlardan fərqli olaraq şüura ümumnəzəri planda yanaşır. O, şüuru insanın və cəmiyyətin fəaliyyəti baxımından təhlil edir. Ona dünyagörüşünün çıxış nöqtəsi kimi yanaşır. Fəlsəfə həm də şüuru insanın gerçəklik ilə münasibətlərinin özünəməxsus forması kimi mənalandırır. Beləliklə, şüurun izahında fəlsəfə ilə konkret elmlər bir-birini tamamlayırlar.
Şüura fəlsəfi mövqedən yanaşmaq nə deməkdir? Bu hər şeydən əvvəl onu ictimai-tarixi inkişafın məhsulu kimi götürmək deməkdir. Sonra, belə yanaşma, şüuru beynin funksiyası, xassəsi olduğunu göstərir. Həm də, şüur gerçəkliyin inikasıdır. O, insanın fəaliyyətinin tənzimçisidir.Bu fikirləri yaxşı başa düşmək üçün şüurun fəlsəfi fikir tarixində qoyuluşunu və izahını qısa da olsa nəzərdən keçirmək lazımdır.
Fəlsəfi fikirlər tarixində şüur problemi özünün həllinin iki səviyyəsinə malikdir. Birincisi, hansı şeylərin şüura verilməsi və orada mövcudluğu üsullarının təsviri ilə əlaqədardır. Fəlsəfi dildə bu şüur fenomenin təsviridir. İkincisi, bu məqsəd daşıyır ki, şüurun özünün mümkünlüyü, fenomeninin özünün izahıdır. Antik və yeni dövr fəlsəfəsində göstərilən səviyyələr fərqləndirilmirdi, ona görə də belə hesab edilirdi ki, şeylərin şüurda mövcudluğunun üsulları təsvir olunubsa, deməli şüurun təbiəti məsələsi həll olunmuşdur. XX əsrdə filosoflar şüurun müstəqilliyi imkanlarını xüsusi qeyd etməyə başladılar. Şüur ayrıca predmet və yaxud şey kimi mövcud olmadığına görə onu dərk etmək, müəyyənləşdirmək olduqca çətindir. Bizə hər şey şüurun sayəsində verilmişdir. O, bizim bütün qavrayışlarımızı, hisslərimizi, fikirlərimizi bir an içində əlaqələndirir, özü də bütün bunları bizdən asılı olmayaraq edir. Bu əlaqələr zənginliyindən şüuru kənarlaşdırmaq olmaz, çünki şüursuz onlar mövcud ola bilməz. Ona görə də XX əsrə qədər fəlsəfə şüurda şeylərin mövcud olma üsullarının təsviri ilə məşğul idi.
Qeyd etmək lazımdır ki, hər bir dövr şüur nədir? – sualına öz təsəvvürlərinə uyğun cavablar verilmişdir. Təsadüfi deyildir ki, antik kosmosentrizm, orta əsrlərin teosentrizmi və Yeni dövrün antroposentrizmi şüurun müxtəlif anlamlarını formalaşdırmışdır. Şüur – qeyri–maddidir. Şüuru təsvir etmək olduqca çətindir. Onun reallığı gizli, sürüşkən və ələkeçməz olur.
Fəlsəfə tarixində şüura münasibətdə çox müxtəlif mövqe və konsepsiyalar olmuş. Materialist konsepsiya hesab etmişdir ki, şüur materiyanın uzun sürən təkamülünün nəticəsidir. Materiya, təbiət həmişə mövcud olmuş, insan isə daha sonralar meydana çıxmışdır. Şüur isə materiyanın yüksək inkişaf etmiş təzahürünün, insan beyninin xassəsi, məhsuludur.
Fəlsəfə tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətrafında əsas fəlsəfi istiqamətlər arasında aparılan prinsipial mübahisələrdə həlli böyük çətinlik törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Şüuru əzəli qəbul edən idealizm, maddi və mə"nəvi substansiyaların, materiya və şüurun paralel mövcudluğunu iddia edən dualizm, sözsüz ki, burada böyük çətinliklə qarşılaşmışlar. Öz mövqeyində prinsipial ardıcıllıq nümayiş etdirmək istəyən materialistlər isə materiyaya yanaşarkən "özü-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur xassələrinə malik materiayanın mövcudluğunu sübut etmək kimi çətin və mürəkkəb bir məsələni həll etməli olmuşlar. Odur ki, köhnə materializm, hətta məsələnin düzgün həllinə xeyli yaxınlaşan fransız materialistləri bunu sübut etmək üçün təbii-elmi biliklərin çatışmaması üzündən idealizmə güzəştə getməli olurdular. Problemin pozitiv həlli sahəsində səmərəli addım yalnız keçən əsrin ortalarında atıldı. Şüurun varlığın atributu olması haqqında hilozoist Spinoza tə"liminin səmərəli toxumunu qəbul edən F.Engels diqqəti belə bir cəhətə yönəltdi ki, əvvəla, şüur materiyanın özü tərəfindən törədilmişdir, ikincisi, özünün bütün çevrilmələrində həmişə eyni qalan materiya "atributlarından heç birini itirmədiyindən o, gələcəkdə düşünən ruhun məhv edəcəyi təqdirdə belə, onu başqa bir yerdə, başqa bir vaxtda hökmən yenidən törədəcəkdir". Beləliklə, Engelsə görə, şüur, "düşünən ruh" materiyanın modusu, onun yalnız bə"zi formalarına məxsus təsadüfi xassəsi olmayıb, onun atributu, elə zəruri əlamətidir ki, bunsuz materiya natamam, yarımçıq olardı. Lakin Spinozadan fərqli olaraq Engels şüurun atributluğu məsələsinə materiyanın inkişaf dialektikası baxımından yanaşaraq ruha, şüura materiyanm bünövrəsində reallaşması imkanı kimi baxırdı. Başqa sözlə, materiya öz inkişafının ən yüksək zirvəsində "düşünən ruhun" təşkil etdiyi bir sıra xassə və qabiliyyətlər törətmişdir.
Şüurun yaranınasına dair bu konsepsiya onun təbiəti haqqında məsələnin də pozitiv həllinə imkan verirdi.
Şüur sayəsinndə insan çox geniş idraki imkanlar əldə edir.Onun köməyi ilə insan bir tərəfdən keçmişi anlayır.Digər tərəfdən isə gələcəyi irəlicədən görməyi, proqnozlaşdırmağı bacarır.İnsan fiziki cəhətdən bilavasitə qovuşa bilmədiyi dünyanın sirlərini də şüuru və zəkası vasitəsilə öyrənə bilər.
Dostları ilə paylaş: |