M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri



Yüklə 276,46 Kb.
səhifə5/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   2   3   4   5   6   7   8   9   ...   59
C fakepathmuhazir' felsefe'2021

M. 2. QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ

2.1. Qədim Şərqdə fəlsəfi fikir :Misir və Babilistan

2.2. Qədim Şərqdə fəlsəfi fikir :Hindistan və Çin

2.3. Qədim dövr Azərbaycan fəlsəfəsi
2.1. Qədim Şərqdə fəlsəfi fikir :Misir və Babilistan.
Eramızdan əvvəl IY minilliyin sonu və III minilliyin əvvələrində qədim Misirdə və Babilistanda dünyanın anlaşılmasına dair ibtidai, sadəlövh baxışlar həmin ölkələrdə bir tərəfdən mifologiya və dinə, digər tərəfdən isə riyaziyyat, astronomiya, triqonometriya və astrologiyaya əsaslanırdı.

Qədim misirlilər bütövlükdə dünyaya miflərin prizmasından yanaşaraq göstərirdilər ki, səmanı ulduzlar və onların topluları şəklində göy ilahəsinin ( nut ) gərilmiş bədəni yaratmışdır. İnsanlar isə günəş Allahı Ranın göz yaşlarından törənmişlər. Onların əsaslandıqları İsida və Osiris rəvayətinə görə Osiris həm həyatı, həm də ölümü özündə birləşdirən hər şeyə qadir qüvvədir, onun ölümü Nil çayının suyunun səviyyəsinin aşağı düşməsini, onun parçalanıb suya atılmış bədən hissələri Nil çayının daşmasından sonrakı kiçik gölcüklər, bataqlıqlardır, Osirisin dirilməsi çayın yenidən daşması, yeni həyatın başlanğıcıdır.

Qədim misirlilər ruhun ölməzliyini qəbul edirdilər və göstərirdilər ki, ruh bədən tam saxlandığı təqdirdə ölmür. Ölülərin mumiyalanması adəti də həmin fikirdən irəli gəlmişdi.

Lakin qədim Misirdə «Arfist nəğməsi» adlı əsərdə dünyanın dini-mifoloji şərhinə şübhə ilə yanaşılaraq göstərilir ki, heç bir «axirət dünyası» insanlara səadət gətirə bilməz, çünki «heç kəs oradan gəlib oranın nə olduğunu, orda nələr baş verdiyini, onlara nə lazım olduğunu bizə danışmamışdır», həm də ölənlərdən heç biri hələ oradan geri qayıtmamışdır. Ona görə də neçə ki insan sağdır öz ürəyinin arzuları ilə hərəkət etməlidir. Danışılan dövrdə Misirdə təsərrüfat həyatının, xüsusilə əkinçiliyin tələbatları ilə əlaqədar olaraq riyaziyyat, astronomiya, həndəsə, mexanika elmləri inkişaf etmişdi. Onlarda həftənin yeddi, ayın 30 gün, ilin365 gün və 12 aydan ibarət olmasını göstərən ilk təqvim mövcud idi. Qədim Misirdə riyaziyyatın inkişafına dair çoxlu sənədlər indi də saxlanmaqdadır, mexanikanın inkişafını isə hündürlüyü 146 metr olan dünyada ən nəhəng ehram Xeops ehramı sübut edir.

Qədim sivilizasiya həmçinin Şumer-akkad mədəniyyətini əhatə edir. Şumer-akkad mədəniyyəti bizim e.ə. IY minillikdə Dəclə və Fərat çaylarının arasında yerləşən ərazidə yaranmışdır. Elə buna görə də ona İkiçayarası (yunanca Mesopotamiya) deyilir. Bizim e.ə. III minillikdən sonra şumerləri, akkadları, əmmariləri, elariləri və digər xalqları birləşdirən Qədim Babilistan səltənəti yarandı. Babilistan bu dövlətin paytaxtı e'lan edildi. Hammurapinin hökmranlığı dövründə (b.e.ə.1792-1750) bu dövlət özünün ən yüksək zirvəsinə çatmışdı. Babilistanın ikinci çiçəklənmə dövrü Aassurinin hakimiyyətə gəldiyi dövrə (b.e.ə.612-538) təsadüf edir. Bu zaman onun ərazisi Misirdən İrana qədər olan ərazini əhatə edirdi. Bu dövlət tarixdə Yeni Babilistan adlanır.

Qədim Babilistanda elm daha çox inkişaf etmişdir. Bunu bizim dövrümüzədək gəlib çıxmış çoxlu gil lövhələr də sübut edir. Assuriya sultanı Aşşurbanipala məxsus kitabxanada 30 min belə lövhə saxlanılırdı. Riyaziyyat elminə aid yüzlərlə belə lövhələrdə vurma cədvəli, kvadrat tənliklər, kəsrlər, kvadrat və kub köklərinin çıxarılması əks olunmuşdur. Şumerlər cəbrin və həndəsənin əsasını qoymuşlar, sonralar «Pifoqor teoremi» bunun əsasında yaradılmışdır. Şumerlər onluq və altı onluq sistemini yaratmışlar. Bu günədək bütün dünya ondan istifadə edir: 1saat=60dəq., 1dəq=60saniyyə. Gündəlik praktiki təcrübə, səma cisimlərin öyrənmək cəhdi Babilistanda astronomiyanın yaranmasına və inkişafına səbəb oldu. Dünyada birinci olaraq ulduzlu səmanın, ilk xəritəsini tərtib etmiş, Babilistan astronomu Seleveka b.e.ə.II əsr dünyanın Heliosentrik quruluşu haqqında məlumat vermişdir. Qədim Babilistanda təbabət elmi də inkişaf etmişdir. Babil həkimləri hələ o dövrdə katarakt adlı göz xəstəliyinin, soyuqdəymənin, zökəmin, sınığın, dəri şişinin müalicəsini bilirdilər. Onlar həmçinin ciyar, mədə-bağırsaq xəstəliklərini müəyyən etmişlər. Şumer həkimlərinin təbabətə aid bir sıra vəsait və göstərişləri məlumdur. «Nippur həkiminin arayış kitabçası''nda 15 müalicə qaydası verilmişdir. Şumerlərin bir neçə müalicə reseptləri dövrümüzədək gəlib çıxmışdır. Şumer və akkad dillərindә bir sıra hüquq qaydaları (Hammurapi qanunları, Assur qanunları, yeni babil natamam qanunları) külliyyatı yaradılmışdır.

Şumer dastan və hekayələrində siyasət, cəmiyyət, əxlaq normaları və s. haqqında fikirlərə rast gəlinir. Məsələn, bir hekayətdə "Müdrik Axikar haqqında" etik normalara aid yüzdәn çox nəsihət verilir. Məsələn, "Sirr açma, Sarayda eşitdiyin hər bir söz qoy sənin qəlbində çürüsün". "Həddindən artıq şirin olma, yoxsa sәni udarlar. Həddindən artıq acı da olma, yoxsa səni atarlar" və s.

Nippurlu yoxsulun nağılında isə cәmiyyətin sosial quruluşundan, onun təbəqələşməsi nəticəsində varlı və yoxsulların əmələ gəlməsindən söz açılır.

"Ağanın qul ilə söhbəti" hekayəsində isə əsas söhbət insan həyatının mənası ətrafında gedir. Burada hökmdarın qəzəbinə düçar olmuş qul sahibi öz qulu ilə həyatın mənasızlığı haqqında söhbət edir: həyatda hər şey hökmdarın səxavətinə ümid dә, qadına məhəbbət də, kef məclisi də, alıcənablıqda və nəhayət ölümdən sonra həyat özü də boş, mənasız bir şeydir.

Qədim Şərqin incilərindən sayılan və dünya qızıl fonduna daxil olan "Bilqamis haqqında dastan" və yaxud hər şeyi bilәn adamın dastanı Yaxın Şәrqin dörd dilindә: yəni şumer, akkad, hurrit və het dilində 3500 il bundan əvvəl gil lövhələr üzərində yazılmış və dövrümüzə qədər gәlib çatmışdır. Bir sıra mənbələrə görə dastanın qəhrəmanı Bilqamıs tarixi şəxsiyyət olmuş və eramızdan əvvəl 27-ci əsrin sonu, 26-cı əsrin əvvəllərində Şumerdə Uruk dövlətinə başçılıq edәn sülalənin beşinci hökmdarı olmuşdur. Dastanda söhbət əsasən allahlarla mübarizədən və ölməzlikdən gedir. Hər cür mübarizələrdən sonra Bilqamısa aydın olur ki, əbədi həyat yoxdur. Ölməzliyə insan yalnız öz fəaliyyəti, əməlləri ilə çata bilər.

Ümumiyyətlə, belə bir nәticəyə gəlmək olar ki, dastanda ölüm və həyat mövzusuna fəlsəfi baxış əsas yer tutur. İnsan özünün ölümə məhkumluğunu, allahların və dünyanın əbədiliyini dərk edir.


Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin