M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri



Yüklə 276,46 Kb.
səhifə46/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   42   43   44   45   46   47   48   49   ...   59
C fakepathmuhazir' felsefe'2021

12.2. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri
Təbiət və cəmiyyətin qarşılıqlı tə’sirinin mərhələləri. Cəmiyyətin təbiətə münasibəti, hər şeydən əvvəl, istehsal əsasında qurulur. Cəmiyyətlə təbiətin qarşılıqlı təsir prosesində insanlar ətrafındakı təbiətdən özləri üçün zəruri olan yaşayış vasitələrini əldə edirlər. Sosial varlıq olaraq insanın özünün formalaşmasının, onun təbiətdən ayrılmasının əsası əməkdir, istehsaldır. İnsanın təbiətdən, təbii yaşayış mühitindən asılılığı bəşər tarixinin bütün mərhələlərində mövcud olmuş, daim dəyişilmiş və ziddiyyətli surətdə inkişaf etmişdir. Tarix boyu insanlar öz dəyişdiricilik qabiliyyətlərini durmadan inkişaf etdirmiş və təkmilləşdirmiş, hər dəfə təbətin mühitdən öz məqsədləri üçün istifadə edilməsi imkanlarını artıraraq, bununla da təbiətlə öz qarşılıqlı münasibətlərinin xarakterini də dəyişdirmişlər.

Cəmiyyətin təbiətə münasibəti tarixi mərhələlərlə müşayiət olunur. Onu da qeyd etmək lazımdır ki, bir mərhələdən digərinə keçid cəmiyyətin məhsuldar qüvvələrində baş verən inqilabi dəyişikliklərlə müşayiət olunur.

Cəmiyyətin təbiətə münasibəti 3 böyük tarixi mərhələdən keçmişdir:


  1. Neolit - əkinçiliyin meydana çıxması, təbiətdə olan hazır məhsulların mənimsənilməsindən istehsala keçid bu mərhələ üçün səciyyəvi cəhətdir.

  2. Sənaye inqilabı, yaxud kustar əmək alətlərindən maşınlı istehsala keçid.

  3. XX əsrin 30-cu illərindən başlayaraq, indi də davam edən elmi-texniki tərəqqi.

Yuxarıda göstərilən bu proseslər müvafiq olaraq insan cəmiyyətinin təbiətə münasibətinin 4 dövrünü müəyyən etmişdir:

1-ci dövr: şüurlu insanın (Homo-sapiensin) yaranmasından başlayır, əkinçilik və maldarlığın meydana gəlməsinə qədər davam edir. Bu, insanların ovçuluqla, balıqçılıqla, yığıcılıqla məşğul olduğu dövrdür. Həmin dövrün səciyyəvi cəhəti təbiətlə vəhdətdə olmaqdır.

2-ci dövr: bu zaman əkinçilik və maldarlıq istehsalın həlledici sahələrinə çevrilir. Qalan fəaliyyət növləri onlardan asılı vəziyyətə düşür. Bu dövrdən etibarən insan təbiətə fəal müdaxilə etməyə və ona ciddi təsir göstərməyə başlayır, amma hələ yenə də ona tabedir, ondan çox asılıdır. Bu dövrdə istehsal tamamilə təbii amillərdən asılıdır. Bu dövrün sonlarına yaxın insanın təbiətdən ayrılması prosesi onun təbiətə qarşı qoyulması formasını alır.

3-cü dövr: XVIII əsrdə İngiltərədə baş vermiş sənaye inqilabı cəmiyyətlə təbiət arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcını qoydu. İnsanla təbiət arasında ziddiyyətlər dərinləşir, insan elmin və texnikanın gücündən geniş istifadə edərək təbiətə dağıdıcı təsir göstərməyə başlayır. Texniki tərəqqi insanın gücünü artırır, təbiətə təsir sahəsində imkanları genişləndirir.

4-cü dövr: XX əsrin ortalarından başlayaraq elmin və texnikanın nailiyyətlərinin birləşdirilməsi nəticəsində yaranan elmi-texniki inqilab (ETİ) insan-təbiət münasibətlərindəki ziddiyyətləri daha da dərinləşdirir və böhranlı vəziyyətin yaranmasına səbəb olur. İnsan təbiəti ram edərək onun tam ağasına çevrilməyə başlayır. Lakin bu cəhdlər öz mənfi nəticələrini verir. Bəşəriyyət "Olum ya ölüm" dilemması qarşısında qalır və təbiətə münasibətdə öz hərəkətlərini cilovlamağa, tənzim etməyə məcbur olur. İnsan artıq özünü təbiətdən ayırmamağa, ona qarşı durmamağa çalışır. Çünki əvvəllər insan tərəfindən təbiətə edilən "zülm" artıq onun özünə qarşı çevrilmişdir. Bu, gələcəkdə davam etdirilərsə, insan nəslinin özünün yaşamaq ehtimalı sıfıra yaxınlaşar.

Ümumiyyətlə, yeni mərhələnin mahiyyəti ondadır ki, praktiki olaraq insanın təbiətdən ayrılması və eləcə də ona qarşı qoyulması aradan qaldırılmağa doğru gedir, təbiətlə cəmiyyətin vəhdəti təsdiq edilir.

Cəmiyyətin inkişafında coğrafi mühitin rolu. Təbii mühitin ayrıca bir insanın həyatına təsiri bir sıra açıq-aşkar səbəblərə görə hamı tərəfindən qəbul edilmiş həqiqətdir. İctimai-tarixi proses isə insanların birgə fəaliyyətlərindən təşkil olunduğuna görə onun təbii mühitdən asılılığı da, onun xarakteri də maraq doğurmaya bilməz. Bu münasibətlə elmi-fəlsəfi ədəbiyyatda "təbiət", "təbii mühit", "ətraf mühit" anlayışları ilə yanaşı və eyni məzmunda işlədilən, lakin ona müncər edilə bilməyən "coğrafi mühit" anlayışı mühüm əhəmiyyət kəsb edir.

Coğrafi mühit təbiətin insan fəaliyyəti sahəsinə daxil olan və cəmiyyətin mövcudluq və inkişafının zəruri şəraiti olan hissəsinə deyilir. Bu halda söhbət ərazinin, iqlimin, ehtiyatların, landşaftın, torpağın relyefinin müxtəlif parametrlərinin ictimai inkişafın sürətinə və xarakterinə təsirindən gedir.

Əmək və maddi nemətlər istehsalı prosesində insanlar təbiətin müxtəlif elementlərindən istifadə edir, onları işə salaraq özlərinin iqtisadi fəaliyyətlərinin sahəsini genişləndirirlər. Beləliklə, insanla təbiətin qarşılıqlı təsiri sahəsi genişləndikcə, coğrafi mühitin də dairəsi genişlənir.

Bununla yanaşı, coğrafi amillərin təsiri altında əməyin xarakteri də mürəkkəbləşməyə başladı. İnsan öz əməli fəaliyyətində münasib təbii şəraitlə yanaşı əlverişsiz, hətta sərt və həyat üçün yararsız olan mühitlə rastlaşdı. Məlumdur ki, mülayim iqlim münbit torpaq sahələrinin olması, otlaq sahələrinin mövcudluğu və s. Nisbətən az əmək sərf etməklə yaxşı nəticələr əldə etməyə imkan verirdi, təbii ehtiyatların bolluğu və onları əldə etməyin əlverişliliyi son məhsulun maya dəyərini aşağı salırdı.

Təbiətə insanın təsirindən savayı, coğrafi mühit həmişə təbii səbəblərlə əlaqədar olan dəyişikliklərə məruz qalmışdır. Bunu böyük buzlaşmalar və fəlakətli vulkan püskürmələrindən, qurunun dövri olaraq qalxması və enməsindən, zəpzələlər, daşqınlar və Yerin simasını və insanların həyat şəraitini dəyişdirən digər kortəbii hadisələrdən ibarət olan yerin geoloji tarixi elmi surətdə təstiq edir.

Beləliklə, alimlərin əksəriyyətinin fikrinə görə coğrafi mühit cəmiyyətin və onun iqtisadi quruluşunun əsas, həlledici səbəbi olmasa da, tarixi prosesin gedişinə onun məhsuldar qüvvələrinin inkişafını ləngitmək və sürətləndirməklə təsir göstərə bilər. Onu da qeyd etmək lazımdır ki, axırıncı yüzilliyə qədər insanların istehsal və ictimai həyatı coğrafi mühitdən və təbiətin kortəbii qüvvələrindən nə qədər az asılı olmuşdursa da, onların iqtisadi və elmi-texniki potensialı da bir o qədər artıq olmuşdur.

XX əsrdə deyilən bu nisbət dəyişilmişdir. Bəşəriyyət planetar hadisəyə çevrildikdən sonra iqtisadi artım coğrafi mühitin təbii sərhədləri ilə üzbəüz dayanmışdır. Coğrafi mühitin özünün müasir ehtiyatlarına görə daim artan müasir istehsal miqyaslarına kifayat etməməsi ortaya çıxmışdır. Mutəxəssislərin hesablamalarına görə son otuz ildə bəşəriyyətin bütüntarixiərzində istifadə etdiyi qədər xammaldan istifadə olunmuşdur və mövcud iqtisadi artım sür'ətinin saxlanılması şərti ilə sənaye istehsalı 2-3 dəfə arta bilər, o, isə əlavə olaraq nəhəng miqdarda təbii ehtiyatların olmasını tələb edəcəkdir.

Beləliklə, coğrafi mühitin dəyişdirilməsində aparıcı rol insana keçmişdir, lakin əsrimizin əvvəllərindən başlayaraq isə, o, eyni zamanda qarşılaşdığı təbii maneçiliklərlə əlaqədar olaraq həmin rolu itirməyə başlamışdır. Bütün bunlar isə cəmiyyətin inkişafında coğrafi mühitin yeri və roluna dair nəzəri mühakimələrə, şərh və baxışların olmasına gətirib çıxarmışdır. Bu baxışların hamısına özünün "coğrafi determinizm", "torpağın münbitliyinin azalması", "geopolitika" və s. konsepsiyaları ilə birlikdə coğrafi cərəyan adı verilmişdir.

Yer üzündə daim artmaqda olan əhalini daha artıq dərəcədə mövcudluq vasitələri ilə, ilk növbədə isə ərzaqla, taxılla ödəmək tələb olunurdu. Lakin onun istehsalı ilk növbədə təbii şəraitdən, xüsusilə kənd təsərrüfatını aparmaq üçün yararlı torpaqdan asılı idi. Bu isə o dövrdə məhdud miqdarda idi və bu da XVIII əsr mütəfikkirlərinin diqqətini özünə cəlb etməyə bilməzdi.

Fransa filosofu və iqtisadcısı A.R.Tyurqo əkinçiliyin intensivləşdirilməsi imkanlarını tədqiq edərək məhz bu dövrdə torpağın münbitliyinin azalması qanununu irəli sürdü. Onun fikrincə, əkin-biçin üçün işlənilib hazırlanan torpağa sərf olunan hər bir əlavə əmək sərfi əvvəlkindən də az fayda verir, deməli, torpağın məhsuldarlığı getdikcə aşağı düşməyə meyl edir. Buna yaxın bir konsepsiyadan çıxış edən ingilis iqtisadçısı T.R.Maltus isə göstərirdi ki, əhalinin ərzaq məhsulları ilə təmin oluna bilməməsinin səbəbi onun daha çox artmasındadır. Çünki yaşayış vasitələri ədədi silsilə ilə, əhali isə həndəsi silsilə ilə artır. Bu isə zəruri surətdə "mütləq əhali artıqlığına" aparıb çıxarır və çox təhlükəli ictimai hala çevrilir. Ona görə də müxtəlif vasitələrlə əhali artımının qarşısını almaq, onu tənzim etmək lazımdır.

Coğrafi məktəbin müxtəlif cərəyan və istiqamətləri içərisində insan fəaliyyətinin təbii mühitdən tam asılılığıni iddia edən ifrat mexaniki coğrafi determinizmi xüsusi qeyd etmək olar. Onun banisi və ən kgrkəmli nümayəndəsi Ş.Monteskyedir. Özünün "Qanunların ruhu haqqında" əsərində o, həmin konsepsiyanı təfsilatı ilə şərh edərək belə qənaətə gəlir ki, insanların həyatı, onların əxlaqı, qanun və adətləri, hətta siyasi hakimiyyətlərinin formaları bilavasitə onların yaşadıqları coğrafi və iqlim şəraitindən irəli gəlir. İnsanların təbiət tərəfindən bərabər yaradıldığını qəbul etməklə yanaşı o, coğafi determinizm mövqeyindən çıxış edərək belə nəticəyə gəlir ki, torpağın qeyri-məhsuldar olması insanları axtarıcı, bərkimiş və təmkinli, müharibə qabiliyyətinə malik olan qoçaq və qəhrəman edir. Çünki onlar torpağın vermədiklərini özləri əldə etməlidirlər.

Coğrafi determinizmin ən yeni və müasir formalarından biri L.N.Qumilyovun etnogenezin passionar nəzəriyyəsidir. Onun əsasında etnosa landşaftla əlaqədar olan biosfer fenomen kimi yanaşmaq durur. Bu nəzəriyyəyə görə sosial inkişaf spiral əsasında, etnos isə diskret, yəni başlanğıcı və sonu olmaqla inkişaf edir. Onların hər ikisinin əsasında isə, onların istiqamətini təyin edən əsas coğrafi səbəblərdən ibarətdir. "Etnogenez biosferin canlı maddələrinin biokimyəvi fluktuasiyasından ibarət olan təbii prosesdir. Bu enerjinin alovlanması yəni planetin bu və ya digər regionunda baş verən passionar təkan xarakteri etnosun təsərrüfat fəaliyyətinə təsir göstərən coğrafi şəraitlə müəyyən olunan hərəkət törədir".

Noosferanın fəlsəfi aspekti.

Hazırda bütün planet miqyasında təbiət proseslərindən ağıllı istifadə edilməsi bəşəriyyət üçün həyati zərurət olmaqdadır, ondan yalnız bu cür istifadə edilməsi insanı yerin əsil sahibi edə bilər. Bu zərurət təbiətlə cəmiyyət arasında şüurlu insan fəaliyyəti vasitəsilə təşkil edilən qarşılıqlı təsir sahəsi olaraq noosfera (yunanca noos-ağıl, spahaira-sahə deməkdir) anlayışında öz əksini tapmışdır. Bu anlayış əsrimizii 20-ci illərində Fransa alimləri E. Lerua və P. Teyyar de Şarden tərəfindən planetin biosferadan kənar olan ideal təşkil forması və ya "fikir qabığı" mənasında işlədilmişdir. Akademik V.İ. Vernadski isə bu anlayışa daha dərin məzmunlu anlayış kimi yanaşmışdır. Onun fikrincə, XX əsrin biosferi "hər şeydən əvvəl, elmin, elmi anlayışın yüksəlməsi və onun əsasında bəşəriyyətin sosial əməyin yüksəlməsi nəticəsində yaranan Noosferə çevrilir", bəşəriyyət isə bütövlükdə götürüldükdə güclü geoloji qüvvə olur".

Beləliklə, noosfera anlayışı cəmiyyətlə təbiətin qarşılıqlı təsirində yeni keyfiyyət dəyişikliklərini ifadə etməklə, onların bütöv sistemdən ibarət olduğunu, cəmiyyətin canlı və cansız təbiətin vəhdətində aşkara çıxmasını ön plana çəkir. Noosfera ıstənilən dayişdirici fəaliyyətin təbii və sosial proseslərin elmi cəhətdən anlaşılmasına, cəmiyyət-təbiət sisteminin təkamülünün yüksək tipini ifadə edir. Belə olduqda, yəni həm cəmiyyət, həm də təbiət öz qar-şılıqlı təsirlərində optimal inkişaf etdikdə goevolyusiyaya malik olur və noosfera əldə edilmiş olur.

Cəmiyyət və təbiət münasibətlərinin təkamülü ideyaları yer üzərində üzvi və sonra isə sosial aləmin meydana gəlməsi və inkişafı ilə müəyyən edilən qanunauyğunluqların anlaşılması üzərində qurulur. Canlı və cansız təbiətin qarşılıqlı təsirinin nəticəsi Yerin litosfera, hidrosfera və atmosferinin yeni keyfiyyət halı olmaqla "biosfera" və "noosfera" kimi sintetik anlayışlarda öz əksini tapmişdır. Bu anlayışların elmi tədqiqatlara daxil ediməsi dəyişdirilmiş təbiətin anlaşılmasında yeni bir mərhələ idi.

Coğrafi mühit, uzvi təbiət və cəmiyyətdən təşkil olunan və üzvi vəhdətdə götürülən yeni konsepsiyada biosfera özünü coğrafi mühitlə onda yaşayan canlı orqanizmlərin məcmusu kimi deyil, orqanizmlərin cansız təbiətlə uzun müddətli qarşılıqlı təsirinin nəticəsində yer üzünün aldığı yeni keyfiyyət görkəmli halı kimi nəzərdən keçirilir. Bu cür sistem məcmusunda isə hər bir element ayrılıqda deyil, bütövlükdə həlledicidir. "Yerin səthində bütövlükdə götürülən canlı orqanizmlərdən savayı daha çox daimi fəaliyyət göstərən və ona görə də öz son nəticələrinə görə güclü təsirə malik olan qüvvələr yoxdur. Və biz biosferanın kimyəvi hadisələrini nə qədər çox biliriksə, onda həyatdan asılı olmayan təsadüflərin olmasından ibarət olan əqidəyə gəlirik".

Beləliklə, noosferanı biosferadan ayrıca götürülən, müstəqil surətdə mövcud olan örtük kimi deyil, biosferanın bir vəziyyətdən digərinə keçməsi və nəticədə alınan yeni keyfiyyət halı kimi başa düşmək lazımdır. Həm də burada biosfera və noosferanın xalis coğrafi parametrləri uyğun gəlmirlər. Məsələn, insan raketlərdən, süni peyklərdən, orbital stansiyalardan və digər kosmik texnika vasitələrindən istifadə edərək artıq bərqərar olmuş biosferanın hüdudlarından kənara çıxır, lakin həmin biosferanın bir hissəsi olqmaq etibari ilə o, həm də onun hüdudlarını genişləndirir, yəni keyfiyyət hüdudları yaradır. Bununla yanaşı, cəmiyyət təbiətla qarşılıqlı fəaliyyət göstərərək elə bil onun canına hopur, biosferanı sosiallaşdırır, onu yeni məzmunla doldurur. Biosfera getdikcə böyük bir dərəcədə ictimai varlığın canına hopmuş şəklə düşür, onun sonsuz inkişafı isə sosial sahəyə təsir göstərməyə başlayır. Biosferanın noosferaya keçməsi hər şeydən əvvəl o deməkdir ki, insan bütövlükdə biosferanın sonrakı inkişafının məsuliyyətini öz üzərinə götürməli, öz dəyişdirici fəaliyyətində "ziyan vermə" prinsipini əldə rəhbər tutmalıdır. Bu isə müasir ekoloji təzyiqin artdığı şəraitdə insan fəaliyyətində yeni əxlaqın prinsiplərinin bərqərar olmasını tələb edir. İ. Kantın ümumi əxlaq prinsipi kimi irəli sürdüyü "elə hərəkət et ki, sənin iradənin son hüdudu eyni zamanda ümumi qanunvericilik prinsipi gücünə malik olsun" əxlaqi qanunu təbiətə münasibətin də qanunu, ekoloji imperativi olmalıdır. Ekologiyaya tətbiqən bu qanunun mənası isə ondan ibarətdir ki, hər bir fəaliyyətdə olan subyekt, cəmiyyət, bütövlükdə bəşəriyyət təbiətə bilavasitə və dolayı surətdə aid olan öz fikirlərində, əməllərində və hərəkətlərində özünü elə aparmağa borcludur ki, bu davranış norması ümumi ekoloji qanuna çevrilsin.



Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin