Liberal-demokratiya - azadlıqdır. Lakin azadlıq olan yerdə onu pozmaq istəyənlər də olur. Demokratiyadan danışan U.Çerçill onu ən iyrənc dövlət idarəçiliyi növü hesab etmişdir. Lakin həm də əlavə etmişdir ki, bəşəriyyət bundan yaxşı idarə üsulu tapmamışdır. Liberal-demokratik cəmiyyətdə hakimiyyət azad seçkilərdə qalib gələnlərə məxsusdur: əsl demokratiya və həqiqi liberalizm güclü hakimiyyəti nəzərdə tutur. Hələ vaxtilə Sokrat qeyd etmişdir ki, dövləti kütlə yox, ağıliı, bacarıqlı şəxs idarə etməlidir. Çoxluğun hakimiyyəti xaosa gətirir. Mühazirədə demokratiyanın həyata keçirilməsi mexanizmindən asılı olaraq onun birbaşa və nümayəndəli formaları ilə bağlı bəzi mülahizələri qeyd etmək tələbələr üçün maraqiı olardı.