M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə129/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   125   126   127   128   129   130   131   132   ...   184
muhazire FELSEFEyeni (1)

Siyasi rejim deyərkən adətən dövlət hakimiyyətinin həyata keçirilməsi vasitələri və metodlarının məcmusu nəzərdə tutulur. Totalitarizm, avtoritar'ızm, liberalizm və demokratiya kimi siyasi rejimləri ayırmaq olar. Bu gün totalitarizm və demokratiya xüsusi maraq doğurduğundan bunları ətraflı təhlil etmək məqsədəuyğundur.

Totalitarizm (latınca totalis) - cəmiyyət həyatının bütün sahələri - siyasi, iqtisadi və mənəvi - üzərində nəzarəti həyata keçirən dövlət quruluşudur. Belə bir cəhəti də tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, bu quruluşda vətəndaşların fikirləri də diqqətdən kənarda qalmır - «başqa cür düşünənlər» termininin yaranması dediklərimizə əyani sübutdur. Totalitarizm - sanki müasir istibdaddır. Əvvəllər də qəddar, amansız rejimlər olmuşdur, lakin totalitarizm - nisbətən yeni hadisədir. Bu onunla izah olunur ki, mətbuat, radio və televiziya kimi kütləvi kommunikasiya vasitələrinin yaranması ilə vətən­daşlar üzərində tam nəzarət etmək mümkün olmuşdur. Totalitar siyasi rejim ayrıca bir fərdi Şərq istibdadı şəraitində olduğundan da daha çox hüquqsuz vəziyyətdə saxlayır; fərd dövlət maşını ilə təkbətək qalır və ona tabe olur.

Totalitar rejimin əlamətləri aşağıdakılardır: hakimiy­yətin sərt piramida şəkilli strukturu (belə demək olar ki, cəmiyyəti geriyə əlaqəsi olmayan bir təşkilat kimi idarə edirlər), kütləvi terror, daxili və xarici düşmənlərin daima axtarışı, cəmiyyətdəki üfqi strukturun ləğv edilməsi və nəhayət, idarə rejimi adlanan rəsmi ideologiyanın hökmranlığıdır.

Totalitarizmin ifrat forması olan faşizm haqqında da məlumat vermək yerinə düşər. Faşizm - açıq terrorist diktatura olub bütün demokratik azadlıqları və mütərəqqi ictimai hərəkatları boğmağa yönəldilmişdir; dövlət maşını ilə kütləni boğur, kütləvi terrorlar həyata keçirir, hamını öz ideologiyasının quluna çevirməyə çalışır. Faşizmin ideologiyası - mübariz irqçilik, şovinizm, zorakılıq, rəhbərə pərəstiş, dövlətin totalitar hakimiyyəti, şəxsiyyət üzərində hərtərəfli nəzarət, həyatın bütün sahələrinin hərbiləşdirilməsidir.

Diktatura üsul idarəsinin ən dəhşətli forması kimi XX əsrdə yaranan totalitarizmdə dövlət hakimiyyəti cəmiyyətdə gedən bütün hadisələrə və proseslərə nəzarət edir. Bu nəzarət əsasən üç ünsür: 1) güclü represiya aparatı; 2) bütün cəmiyyətə sirayət edən kütləvi təşkilatlar, əsasən, partiyalar; 3) kütləvi təbliğat - vasitəsi ilə həyata keçirilir. Totalitar rejim yalnız qorxu deyil, həm də məcburiyyət üzərində qurulur.

Diktaturanın totalitarizmlə yanaşı avtokratiya (hakimiyyət bir nəfərə və onun ətrafına məxsusdur) və oliqarxiya (hakimiyyət bir qrup əməkdaşlara, məsələn, hərbiçilər qrupuna aiddir) haqqında da qısa məlumat vermək məqsədəuyğundur.

Totalitarizmə əks olan – demokratiyadır (yunanca demos - xalq və kratos - hakimiyyət). Öz mənşəyinə görə demokratiya son dərəcə Avropa fenomenidir.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin