M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Dinin qnoseoloji mənası və ya inamın biliyə münasibəti



Yüklə 0,71 Mb.
səhifə156/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   152   153   154   155   156   157   158   159   ...   184
muhazire FELSEFEyeni (1)

Dinin qnoseoloji mənası və ya inamın biliyə münasibəti problemlərinə gəldikdə isə onlar bu və ya digər mütəfəkkirlərin ümumi fəlsəfi mövqeyindən asılı olaraq həll olunur. Bu problemə üç yanaşma məlumdur: sientist- pozitivist, tarixi (təkamül) və mütləq. Birinci yanaşma dini biliyin aşağı növü kimi şərh edir, onu mövhumata aparır, bu da elmin inkişafı ilə guya aradan qalxır. İkinci yanaşmanın tərəfdarları, dinə biliyin inkişafda olan, həmişə, hətta biliyin başqa yüksək formasına keçdikdə belə öz əhəmiyyətini saxlayan forması kimi baxır. Burada onun əsasən səmərəli (rasional) aspektindən (əlbəttə bu da inkar olunmur) daha çox hissi aspekti nəzərə alınır. Nəhayət, üçüncü yanaşma dini və elmi biləklərə insanın mənəvi fəallığın iki müxtəlif və bərabər forması kimi baxır: onlar arasında həmişə sərhəd axtarılır, insan və cəmiyyət üçün istər məğzi, istərsə də əhəmiyyəti ilə bağlı çox şey uydurulur. Belə düşünürük ki, iki həqiqəti – elmi və dini – axtarmağın (orta əsrlərdə olduğu kimi) mənası yoxdur. Həqiqətin mahiyyətinin şərhinə idrakın obyektinin spesifikliyini nəzərə almaqla yanaşmaq daha düzgün olardı. Tarix göstərir ki, elmin özündə də həqiqət hesab olunanlar sonradan inkar olunmuş və ya dəyişdirilmiş, inkişaf etdirilmiş, fərqlən­dirilmişdir və s.

Dünyada elə sahə var ki, orada problemlər qurtarır və sirlər başlanır: bu transendent (təcrübə xaricində olan, dərk edilə bilməyən) sahədir. Müdrik adam bununla barışa bilər, barışmaq üçün isə mərdlik lazımdır ki, etiraf edə və qəbul edəsən ki, heç də hər şey bizdən asılı deyildir, hətta hər şeyə nüfuz edən əqlin özü üçün belə aradan qaldırıla bilməyən və içərisinə daxil olunması mümkün olmayan bir şeyin varlığını qəbul etməyə hazır olasan. Biz dünyada öz varlığımızın sonlu olması ilə, əzablı günlər yaşamağımızla, öz pis xasiyyətimizlə bacarmamağımızla barışmalı və qəbul etməliyik. Bu problemləri “mədəni tərəqqi” prosesi ilə aradan qaldıra bilmərik, belə ki, mədəni tərəqqinin özü belə heç də çox yüksəkdə deyildir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin