Əxlaqi şüur. Hüquqi nizamasalma - insanların davranışının qanunlar sisteminin köməyi ilə nizama salınmasıdır. Onun təsirindən kənarda insan münasibətlərinin böyük hissəsi qalır ki, bu da əxlaq adlanır. Qanunla, məsələn, ədəb qaydalarının pozulması, nəzakətsizlik üçün heç bir cəza nəzərdə tutulmur. Bu ictimai və şəxsi fikirlə məzəmmət olunur. Platon qeyd edir ki, biz çox vaxt ictimai rəylə hesablaşırıq ki, nə isə deyəndə, hər hansı hərəkəti edəndə bizə dəli deməsinlər. Bu qorxunu biz eyib hesab edirik (Платон Полн. Собр. Coч. Pp 1928, Т13. С. 45). Bu isə çox vaxt qanunda olmayan qadağalar qoyur. Cəmiyyətdə adamların həyatı yalnız hüquqi deyil, həm də nizamlayıcı prinsiplərinə tabe edilir ki, bu da etika ilə öyrənilir. Etika adamlar arasına mövcud olan münasibətlər və bu münasibətlərdən doğan vəzifələr haqqında elmdir. Lakin substansiya ictimai qovuşmuş həyatı olmadan ağlabatan deyildir, yəni əxlaq fenomeni yalnız cəmiyyətdə adamların qarşılıqlı münasibətində onların təbiətə, Allaha münasibətində mümkündür, bu cür həyat isə tələb edir ki, şəxsi yaxşılıq, səxavət insan varlığının ən ümumi prinsipinə çevrilsin.
Əxlaq yazılmamış qanunların tarixən sistemidir, ictimai şüurun əsas dəyər formasıdır ki, burada insan hərəkətlərinin, rəftarın ən ümumi və normativ qiymətləri öz əksini tapır. Əxlaqi baxışların özü bizə ümumi işlərin qayğısına qalmağı müəyyənləşdirir, belə ki, bunsuz əxlaq eqoistliyə gətirib çıxarar.
İnsanın əxlaqi həyatının əsas təzahürü cəmiyyət və insanın özü qarşısında cavabdehlik hissi və bundan irəli gələn günahı və peşmançılığı dərk etməlidir. Adamların öz qarşılıqlı münasibətlərində əsas götürdükləri qaydalar əxlaq normalarını təşkil edir, o kortəbii olaraq yaranır və yazılmamış qanunlar kimi çıxış edirlər: ona hamı lazım olan səviyyədə tabe olur. Bu həm cəmiyyətin adamlara qoyduğu tələblərin ölçüsü, həm də bəyənmək və ya məzəmmət etmək formasında layiq olduğunun əvəzi ölçüsüdür. Tələb və ya əvəzin düzgün ölçüsü ədalətdir: cinayətkarın ədalətli cəzalandırılmasıdır; adamdan bacardığından artıq tələb etmək ədalətsizlikdir; adamların qanun qarşısındakı bərabərliyindən kənar ədalət yoxdur.
Bunlarla yanaşı insan şəxsiyyətinin cəmiyyətə, ailəyə, vətənə düzgün əxlaqi oriyentasiyasının nəzəri axtarışı meydana gəldi və inkişaf etdi. Biliyin xüsusi forması kimi əxlaqi baxışlar meydana gəldi.
Əxlaqın başlanğıc kateqoriyaları xeyir və şərdir. Xeyir insanların xoşbəxtliyinə kömək edən ifadədir. Şübhəsiz ki, əxlaq - necə ki, xeyir - bizim üçün, Hegelin sözləri ilə desək, özünün başqa özü ilə vəhdətədir, yəni nisbi və mütləqin, ümumi və təkcənin əxlaqi sintezidir. Yalnız xeyir özünü doğruldur və özünə inam yaradır. Xeyirxah insan öz düzgün və xeyirxah işləri ilə özünü doğruldur. Xeyirxahlığı qiymətləndirmək və onun mədəni əhəmiyyətini başa düşmək üçün insanın özü onu sınamalıdır. Başqasının xeyirxah işini qəbul etmək və onda yaşamaq lazımidir və hiss etmək lazımdır ki, mənim xeyirxahlıq işığım mənim ürəyimi, sözümü və həyatımın işlərini mənimsəyir və onu yeniləşdirir. Bəlkə başqasının qeyri-xeyirxahlığını, onun düşmənçiliyini, nifrətini, kinini duyasan, varlığın ümidsiz, əbədi atmosferi kimi, həyat sistemi kimi hərtərəfli, uzun sınamaq daha yaxşı olar.
İnsanın başqa adamlara müəyyən münasibətlə bağlı olduğu hər yerdə qarşılıqlı vəzifələr yaranır. Cəmiyyətin hər bir üzvünə öz xalqı, vətəni, digər xalqlar, öz ailəsi tərəfindən qoyulan ictimai vəzifələr əxlaqi borc forması alır. Kanta görə, xeyirxah insanın bu borca riayət edərkən göstərdiyi əxlaqi möhkəmliyidir. Həqiqi əxlaq ayrı-ayrı adamlar və onların yaşadıqları təbii və ictimai mühit arasındakı lazımi qarşılıqlı fəaliyyətdir. Təbiət qarşısında da insan borcludur. Cəmiyyətə və onun inkişafına xeyirli olan hər şeyi etməyi insan özünə borc bilir. İnsan məxsus olduğu ictimai qrupun maraqlarına uyğun olanları yerinə yetirməyə özünə borc bilir. Əxlaqi prinsipləri bilməklə yanaşı, bu prinsiplərlə yaşamaq da vacibdir. Əgər insan vətəninin üzləşdiyi bəlaları öz şəxsi bəlaları kimi yaşayırsa, öz kollektivinin uğurlarına öz uğurları kimi sevinirsə onda o öz borcunu həm bilir, həm də onu yaşayır. Başqa sözlə desək, borc hüquqi baxımdan yox, əxlaqi baxımdan yerinə yetiriləndir. Vicdan şəxsiyyətin əxlaqi özünə nəzarəti həyata keçirmək bacarığı; öz qarşısına əxlaqi cəhətdən qəbul olunmuş məqsədləri qoymaq və etdiyi hərəkətlərini qiymətləndirməyi həyata keçirmək, öz hərəkəti üçün şəxsi cavabdehlik hissidir. Başqa sözlə desək, vicdan – şəxsiyyətin cəmiyyət qarşısında öz borcu və məsuliyyətini dərk etməsidir.
Əxlaq kateqoriyaları sistemində şəxsiyyətin ləyaqəti, yəni onun öz ictimai əhəmiyyətini və ictimai hörmət hüququnu başa düşməsi mühüm yer tutur. İnsan ləyaqətinin ölçüsü ictimai faydalı əməkdir.
Etikanın köklü məsələsi – insan həyatının mənasıdır, o, özündə şəxsiyyətin mövqeyini, cəmiyyətin inkişafının ümumi meyllərinə, subyektiv məqsədlərin əsas istiqamətləri ilə üst-üstə düşməsini birləşdirir. Bu da mənəvi zövqdən doğan xoşbəxtliklə sıx bağlıdır. Xoşbəxtliyin sirri – həm adamlara, həm də özünə sevinc bəxş etmək, öz həyatını elə qurmalıdır ki, bu vaxt yaradıcılıq qabiliyyəti tam aşkar olunur. Xoşbəxtliyin mənbəyi insanın fiziki və mənəvi gücünün tam təzahüründədir. Yaradıcılıqda insan öz fərdi keyfiyyətlərini aşkar edir, öz Məninin keyfiyyətlərindən, onun ümumi mədəniyyət dənizinə tökdüyündən zövq alır.
Dostları ilə paylaş: |