M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə150/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   146   147   148   149   150   151   152   153   ...   184
muhazire FELSEFEyeni (1)

İctimai şüurun formaları – cəmiyyətin özünü düşünmə və ətraf aləmin mənəvi – praktiki mənim­sənilməsi üsuludur. Onlara eyni zamanda, insanların dünyanı dəyişdirmək sayəsində çoxsahəli fəaliyyətləri gedişində işlənib hazırlanan obyektiv fikir formasının qurulmasının ictimai – zəruri üsulu kimi də tərif vermək olar. Onlar məzmunlarına görə onları doğuran ictimai əlaqələr və münasibətlər kimi tarixidirlər. İctimai şüuru­nun əsas formalarının hər biri ictimai həyatın müəyyən aspektini əks etdirir və onu mənən təzələyir. İctimai şüurun formaları nisbi müstəqilliyə, buna görə də şəxsi təbiəti və daxili inkişafının məntiqinə malikdir.

İctimai şüurun bütün formaları qarşılıqlı surətdə əlaqəlidir və əks etdikləri varlıq sahələri kimi bir-biri ilə qarşılıqlı təsirdədir. Dövrdən, cəmiyyətin xarakterindən, zamanın tələbindən və qarşıda dayanan vəzifələrdən asılı olaraq ictimai şüurun bu və ya digər ünsürləri və formaları ön plana keçə bilər.

İctimai şüurun formaları ilə bağlı mövcud olan bəzi fikirlərə münasibət bildirmək də tələbələr üçün maraqlı olardı. Bir çox ədəbiyyatlarda gerçəkliyin mənimsə­nilməsinin üç növü; elmi, estetik və dini növləri qəbul olunmuşdur. Siyasət, hüquq və əxlaq mənəvi istehsal “sahələri” kimi qəbul olunmur. Əxlaq – ona görə ki, peşəkarlar tərəfindən yaradılmamışdır. Biz tarixdə peşəkarlar, ideoloqlar tərəfindən yaradılan və tətbiq olunan heç bir əxlaq norması tapa bilmərik. Hətta İsa peyğəmbərin “öldürmə”, “oğurlama” vəsiəti - əxlaq praktikasının kortəbii işləyib hazırladığı, yəni peşəkarların fəaliyyətinin nəticəsi olmayıb bəşəriyyətin kortəbii kəşfi olan prinsiplərin təsbit edilməsidir.

Siyasət və hüquq ona görə mənəvi istehsala daxil edilmir ki, siyasi və hüquqi fəaliyyət sayəsində yaradılan fərdlərin ictimai əlaqələri və münasibətləri çox vaxt mənəvi deyildir. Cəmiyyətdə əlaqə və münasibətlərin ən müxtəlif, çoxsaylı növləri olsa da, çox güman ki, ikisi: maddi və mənəvi – əsasdır. Həm bu, həm də digəri adamlar arasında əlaqə və münasibətlərin subyekti eynidir. Buna görə də münasibətlərin (həm də əlaqələrin) əsas növləri arasındakı bütün fərq onların əsasındadır: nəyə əsasən onlar təşəkkül tapmışdır. Əgər bu əsas maddidirsə onda bu münasibət də elə olacaq, yox əgər bu anlayış surətdirsə onda bu cür münasibət mənəvidir.

Belə ki, insanlar arasındakı siyasi və hüquqi münasibətlər, ilk növbədə, onlar haqqında anlayışa görə yox, real dövlət hakimiyyətinə görə təşəkkül tapır. Dövlət isə öz aparatı, məmurları, ordusu, hakimi və türməsi ilə - maddi bir hadisədir. Ona görə də siyasi, həm də hüquqi münasibətlər öz əsasında maddidir. Onda gerçəkliyin mənimsənilməsinin üç növü: elmi, estetik və dini növü qalır. Burada ideya, surət baxışların o cümlədən insanlar arasındakı müvafiq əlaqə və münasibətlərin istehsalı göz qabağındadır. Gerçəkliyi mənimsəməyin bu üç növünün hər biri də xüsusi, təkrarolunmaz, bütöv dünyasını yaradır. Lakin biz mühazirədə ictimai şüurun formalarını və bu aspektlərdə deyil daha məqbul hesab etdiyimiz və qəbul olunmuş aspektlərdə şərh etməyi daha məqsədəuyğun hesab edirik. Beləliklə ictimai şüurun aşağıdakı formaları var.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin