İctimai şüurun adi-praktiki və nəzəri səviyyələrinə tələbələrin diqqətini yönəltmək də məqsədəuyğundur. Adi-praktiki və nəzəri səviyyələrə bölgü, terminlərin adından göründüyü kimi, onların bir-birinə qarşı qoyulmasına - bir tərəfdən, həyati praktiki, sistemləşdirilməmiş (ancaq heç də tam kortəbii yox) və bununla yanaşı məqsədli dünyagörüşünə, digər tərəfdən, yaradıcı şəkildə işlənilmiş və rasional sistemləşdirilmiş ideyalara (ya dəqiq elmlər, ya incəsənət, ya da fəlsəfə, ictimai-siyasi, etnik və digər doktrinalardan) - əsaslanır.
Müasir dövrün tələblərinə uyğun olaraq ictimai rəy və şayə (xəbər) məsələsinə də münasibət bildirmək zəruridir. İctimai rəy - kütlənin ictimai fəaliyyətinin subyektiv ilkin şərti, ictimai nəzarətin vasitələrindən biridir. Bu adamların ictimai həyat hadisələrinə açıq və gizli münasibəti, onların fikir və hisсlərini ifadə edən, ictimaiyyətin kompetensiyasına daxil olan hər hansı hadisənin məzəmmət olunması və ya bəyənilməsidir: Napoleonun dediyi kimi, son sözü ictimai rəy bildirir. İctimai rəyin hökmü məhkəmə hökmündən dəhşətlidir: nə şikayət etmək, nə günahını yumaq, nə də ona üz çevirmək olmaz.
Məlum ideyaya kütlənin münasibəti-onun həyatının səviyyəsi haqqında danışmaq üçün yeganə ölçüdür. Ümummilli səviyyədə ictimai rəy referendum vasitəsi ilə idarə olunur.
Dostları ilə paylaş: |