Mənəvi fəaliyyət cəmiyyətin mənəvi həyatının əsasıdır. Mənəvi fəaliyyət yalnız müasirlərin deyil, nə vaxtsa bu və ya başqa problemə toxunmuş sələflərin ideyalarına əsaslanır. Sələflərin təcrübəsinə əsaslanmayan mənəvi fəaliyyət diletantizmə məhkumdur. Mənəvi dəyərlərə öz töhfəsini vermiş ayrı-ayrı şəxsiyyətlərin gücü bütün bəşəriyyəti zənginləşdirir. Ona görə də mənəvi əməyin effektliyi maddidən xeyli yüksəkdir. Bəlkə elə buna görə də mənəvi fəaliyyətlə məşğul olanlar maddi istehsalla məşğul olanlardan azdır. Digər bir səbəb isə-cəmiyyətin bu cür adamları, o cümlədən onların qabiliyyət və bacarıqlarının səviyyəsini saxlamaq imkanının məhdud olmasıdır.
Mənəvi əmək məzmununa görə ən ümumi olsa da öz məğzinə və formasına görə fərdi, şəxsləndirilmiş xarakterdədir. Mənəvi həyatda irəliləyiş təkbaşına və ya özünü yüksək səviyyədə göstərən liderin rəhbərliyi ilə bir qrup adam həyata keçirir. Buna görə də Nobel mükafatı müəlliflər kollektivinə verilmir. Eyni zamanda çoxsaylı elmi və bədii kollektivlər var ki, tanınmış lider olmadan onların işi çox zəif olur.
Mənəvi tələbat adamların mənəvi tələbatının ödənilməsinə istiqamətlənmişdir. O, kortəbii ola bilər. Bu vaxt heç kəs tərəfindən istiqamətlənmir və insan müstəqil, öz zövqünə uyğun bu və ya digər mənəvi dəyərləri seçir. Başqa bir vəziyyətdə, mənəvi tələbat insanlara reklam, kütləvi informasiya vasitəsi, kütləvi mədəniyyət və başqa vasitələrlə qəbul etdirilə bilər. Bu cür təsir nəticəsində şüurun manipulyasiya edilməsindən, adamların tələbatlarının və zövqünün standartlaşmasından danışmaq olar.
Bununla belə əsil mənəvi dəyərlərin - idraki, bədii, əxlaqi və s. şüurlu-istifadə edilməsi adamların mənəvi aləminin məqsədyönlü qurulması və zənginləşdirilməsi kimi çıxış edir. İstənilən cəmiyyət uzun müddətli perspektiv və gələcək üçün fərdlərin və ictimai birliklərin mənəvi səviyyələrinin yüksəlməsində maraqlıdırlar. Mənəvi səviyyənin və mədəniyyətin aşağı düşməsi cəmiyyətin demək olar ki, bütün sahələrində tənəzzülə aparır.
Dostları ilə paylaş: |