M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə146/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   142   143   144   145   146   147   148   149   ...   184
muhazire FELSEFEyeni (1)

Şəxsi ideya və əqidə şəxsi mövcudluq həddindən çıxandan və yalnız hamınınkı olandan sonra deyil, həm də ümumi qaydaya, prinsipə və ya əqidəyə çevriləndən sonra, ümumi şüur, əxlaq, davranış norması olduqdan sonra ictimai dəyər, ictimai qüvvə xarakteri əldə edir. Bu ide­yalar mütəşəkkil ictimai reallıq səhnəsini tutur, burada fərdi bioqrafiya artıq əsas rol oynamır. Biz ictimai şüurla dialoqa giririk və bu bizə qarşı dayanan şüur, məsələn, dövlət və ya qanun (çox güman ki, öz spesifikliyi olan) kimi reallıqdır. Biz bu mənəvi qüvvəyə qarşı qiyam qaldıra bilərik, lakin dövlətlə olduğu kimi, bu vaxt da bizə qarşı obyektiv dayanan ictimai həyatın forma və vasitələrini nəzərə almasaq bizim qiyam yalnız mənasız deyil, həm də faciəli ola bilər. Tarixən formalaşmış ictimai həyat sistemini yenidən dəyişmək üçün əvvəlcə onu mənimsəmək lazımdır.

Beləliklə, şüur öz varlığında yalnız şəxsiyyət formasına endirilə bilməz. İctimai şüurun daşıyıcısı yalnız fərd yox, həm də ictimai qruplar, bütövlükdə cəmiyyətdir. Əgər ictimai şüurun daşıyıcısı yalnız fərd olsaydı, onda fərdi və ictimai şüur arasında hər cür fərq aradan qalxardı. Fərdi şüurdan ictimai şüurun məzmununu çıxarası olsaq onda yalnız biopsıxologiyanın şıltaqlığı qalardı. Fərdi və ictimai şüurun fərqləndirilməsi ehkamçılıq, volyuntarizm və antikultrizm adlanan “xəstəliklərə” gətirib çıxararlar. Doğrudan da doqmatiklər nə vaxtsa qavradıqları ideyalar sistemini ilahiləşdirir, onu həmişəlik verilmiş həqiqət kimi ona görə qəbul edir ki, onu ictimai baxışlarla eyni­ləşdirirlər. Doqmatik öz şəxsi baxışından, onun fikrincə, ümumi qəbul olunmuş baxışların xeyrinə əl çəkir. Volyuntaristlər isə, əksinə, ictimai şüuru fərdin xeyrinə inkar edirlər: o belə hesab edir ki, əgər mən yaxşıya doğru hərəkət edirəmsə deməli, mənim arzularim tarixin obyektiv tələbatlarına uyğun gəlir. Subyektiv səhvin mümkünlüyü onlar tərəfindən qəbul olunmur, ona görə də onların başladığı hər iş ən gözəl utopiyalara aparır. Volyuntarizm doqmatizmdən də az olmayaraq tarixi tərəqqini ləngidir, ictimai şüuru çoxsaylı illyuziyalarla qidalandırır.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin