M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə32/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   28   29   30   31   32   33   34   35   ...   184
muhazire FELSEFEyeni (1)

Zakir Cabbar oğlu Məmmədov  Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmış, onların fəlsəfəsini-varlıq təlimi və idrak nəzəriyyəsini, məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Z.C.Məmmədov elmi cəhətdən əsaslandırmışdır ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuş, bu elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir. Z.C.Məmmədov Azərbaycan filosoflarının əsərləri əsasında “Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir” monoqrafiyasını yazmışdır. “Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri” kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Z.C.Məmmədov tərəfindən aparılmışdır.

Etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirən İlham Ramiz oğlu Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir. Əsərlərində-“Etikaya giriş”, “Əxlaqın şərhinin təcrübəsi”, “Siyasət və əxlaq", “Xeyir və Şər", “Siyasi etika”-aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə “əxlaq-etika” vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir. İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmış, vətəndaş cəmiyyəti, siyasi etika, siyasi rejimlər və keçid dövrü transformasiya yolları haqqında, xüsusilə, postsovet məkanında baş vermiş dəyişikliklərin fəlsəfəsi elmi ictimaiyyət tərəfindən konseptual keyfiyyət kimi qəbul edilmişdir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin