Aleksandr Osipoviç Makovelski klassik gimnaziyanı qızıl medalla bitirməklə bərabər bütün digər tədris proqramları üzrə yüksək bilik səviyyəsində təhsilini başa vurmuş, Kazan Universitetinin tarix-filologiya fakültəsinə qəbul olmuşdur. Kazan Universiteti öz dövründə yüksək ali təhsil səviyyəsi, səriştəli və böyük elmi-tədris nailiyyətlərinə malik müəllim heyəti, həmçinin demokratik ənənələri ilə məşhur olan bir tədris müəssisəsi sayılırdı. 1908-ci ildə Makolevski Ali qadın kurslarına dərs demək üçün müəllim qismində dəvət alır. 1913-cü ildə Makolevski Sokratdan əvvəlki qədim yunan fəlsəfəsi üzrə ilkin mənbələrin öyrənilməsi üçün Almaniyaya iki illik elmi-ezamiyyətə göndərilir. Birinci dünya müharibəsinin başlaması səbəbindən elmi işini yarımçıq buraxaraq Rusiyaya qayıdan Makovelski Sankt-Peterburq və Moskva şəhərlərində elm-kitabxanalarda işini davam edirdi. Makovelskinin fundamental Sokrataqədərkilər əsərinin I cildi 1914-cü ildə işıq üzü görmüşdür. Makavelski 1920-ci ildən sonra Azərbaycanda yaşamış, fəlsəfənin inkişafı sahəsində böyük işlər görmüşdür. Onun tərcüməsi əsasında qədim yunan fəlsəfəsinin ən görkəmli nümayəndələrinin əsərləri rus dilinə tərcümə olunmuş və çap edilmişdir. O, fəlsəfə tarixinə, Yaxın Şərq və Yunanstan fəlsəfəsinə, dialektik və tarixi materializmə, məntiqə və psixologiyaya dair onlarla əsərin müəllifidir. Onlardan “Fəlsəfəyə giriş”, “Qədim Yunanıstanda ruhu anlama”, “Sokratadək”, “Sofistlər”, “Avesta” xüsusilə əhəmiyyətlidir. Makovelskinin elmi, pedaqoji və ictimai fəaliyyətini əks etdirən biblioqrafiyası Bakıda 1964-cü ildə çapdan çıxmışdır. Burada alimin Azərbaycan, rus, alman dillərində çap edilmiş 145, çap edilməmiş 18 elmi əsərinin adı göstərilmişdir.
Görkəmli Azərbaycan filosofu, ictimai xadim, elm təşkilatçısı Heydər Nəcəf oğlu Hüseynov 1927-1931 illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrinin tələbəsi olmuş, ərəb və fars dillərinə mükəmməl yiyələnmişdir. H.Hüseynov 1930-cu illərdə fəlsəfə elmini tədris etməklə yanaşı filosof Əhməd ağa ilə birlikdə Azərbaycan dilində fəlsəfəyə aid “Dialektik materializm”, “Dialektika və metafizika”, “Dialektika və tarixi materializm” adlı dərsliklərini yazmışdır. Tarix və fəlsəfə elminin inkişafına böyük töhfə vermiş Hüseynov Azərbaycan tərcümə məktəbinin əsasını qoymuş, ilk Azərbaycan-rus və rus-Azərbaycan lüğətinin redaktorlarından olmuş, 100-dən çox elmi məqalə yazmışdır. Bəhmənyar, Nizami, Füzuli, A.Bakıxanov, Mirzə Kazım bəy, M.F.Axundov, H.Zərdabi haqqında ciddi tədqiqat işləri aparmışdır. Hüseynov görkəmli filosof, ictimai xasdim, fəlsəfə elmləri doktoru, professor (1944), akademik (1945), SSRİ dövlət mukafatı laureatı (1949), Azərbaycan EA vitse prezidenti, partiya tarixi institunun direktoru, kafedra müdiri, Azərbaycan Respublikası EA-nın və Fəlsəfə institutunun yaradıcılarından biri olmuşdur. O, böyük Vətən müharibəsi dövründə -“Faşizmin irq nəzəriyyəsi”, “Faşizmin məhvi labüddür”, “Faşist cəlladlarının fəlsəfəsi”, “Faşizm elmin düqşmənidir”, “Ə.Şıxlinski” və s. əsərlər yazmışdır. Bundan əlavə o, Bəhmənyar, N.Gəncəvi, M.Füzuli, M.F.Axundov, A.Bakıxanov, Nazim bəy, H.Zərdabi, M.Ş.Vazeh və b. dünyagörüşünü tədqiq etmişdir. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən” əsəri müəllifə hədsiz şöhrət (əsərə görə dövlət mükafatı almış) və fəlakət (onun ölümü bu əsərlə əlaqədar olmuşdur) gətirmişdir. Əsərdə Dağıstanda və Şimalı Qafqazda Şeyx Şamilin başçılığı ilə çarizmə qarşı 25 ildən çox davam edən azadlıq hərəkatını mütərəqqi, demokratik hərəkət hesab etdiyi üçün (əslində də belə idi) rəsmi dairələr tərəfindən qərəzli tənqidə, təqiblərə və repressiyaya məruz qalmış və bu şəraitdə 1950-ci il avqustun 15-də intihar etmişdir.
İstanbul universitetinin fəlsəfə söbəsini bitirmiş Əhməd- Kərədi Zəkuzadə (1888-1968)-Azərbaycanın müxtəlif ali məktəblərində fəlsəfə profesoru işləmiş, Azərbaycan, Yaxın və Orta Şərq fəlsəfəsinə dair tədqiqatlar aparmışdır. “Bəhmənyarın fəlsəfi görüşləri” (1958), “Psixologiya” (I-II hissələr, 1960-cı), “İbn- Sinanın psixologiyası” (1958), “Əl- Nəzzamın fəlsəfəsi” (1961) və s. əsərlərin müəllifidir.
Dostları ilə paylaş: |