M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə134/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   130   131   132   133   134   135   136   137   ...   184
muhazire FELSEFEyeni (1)

Birbaşa demokratiyada bütün vətəndaşlar heç bir vasitəçi olmadan qərarların qəbul olunmasında iştirak edir. Qədim Afinada hər hansı məsələ müzakirə olunanda xalqı meydana toplayır və onların fikirlərini öyrənirdilər. Lakin müasir dövrdə əhalinin sayının xeyli artması buna imkan vermir. indi xalq dövlət işlərində öz seçilmiş nüma­yəndələri ilə təmsil olunur; onun seçdiyi adamlar qanun­ları qəbul edir.

Mühafizəkar və radikal ideoiogiya - burjua libe­ralizminin «sağdan» və «soldan» tənqididir. Klassik variantda o ingilis mütəfəkkiri Byerkin («Fransadakı inqilaba dair düşüncələrw, 1790) və alman nəzəriyyəçiləri Marks və Engelsin («Kommunist partiyasının manifesti», 1848) əsərlərində verilmişdir. Byerk burjua liberalizmini Britaniya aristokratiyası, Marks isə dünya proletariatı mövqeyindən tənqid etsələr də onları ayrıca fərdin hüquq və azadiıqlarına soyuq münasibət birləşdirir. Byerk insan nəslinin, bütövlükdə bəşəriyyətin, Marks isə proletariatın maraqlarını onların maraqlarına qarşı qoymuşdur. Digər məsələlərdə bu mütəfəkkiriərin baxışiarı bir-birinə əksdir. Belə ki, Marks insan əqlinə, elmi nəzəriyyələrin təntə­nəsinə, Byerk isə adamların praktiki təcrübəsinə, adət və ənənələrə, nəhayət sağlam düşüncəyə inanırdılar. Marks inqilaba çağırır, Byerk isə islahatlara üstünlük verirdi və göstərirdi ki, inqilabi praktika gedişində həyata keçirilən ən böyük planlar ziddiyyətli nəticələrə gətirib çıxara bilər. Əgər Marks bütün zəhmətkeşlərin (proletariatın) azadlığı, bərabərliyi və qardaşlığının tərafdan idisə də, Byerk ictimai müxtəliflik mənbəyi kimi xüsusi mülkiyyətin və ictimai bərabərsizliyin saxlanmasının zəruriliyini qeyd edirdi. Marks zəhmətkeş kütlələrin şüuriuluğuna inanır, Byerk isə diktatordan qorxmağa və kütlələrə inanmamağa çağırırdı.

Radikalizmdən fərqli olaraq mühafızəkatlıq bu gün də Qərbi Avropa və Amerikada ən nüfuzlu siyasi ideo­logiyadır.

Cəmiyyətin həyatının bütün sahələri kimi onun siyasi həyatı da cəmiyyətin mənəvi həyatı ilə sıx bağlıdır. Məhz burada ictimai varlığın müxtəlif sahələri arasındakı qarşılıqlı əlaqə özünü göstərir. Həyatın hər hansı bir sahəsindəki çatışmamazlıq o biri sahələrdə də öz izini qoyur və bu bütövlükdə cəmiyyətə bütöv bir sistem kimi təsir göstərir.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin