M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları


Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri



Yüklə 0,71 Mb.
səhifə2/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   2   3   4   5   6   7   8   9   ...   184
muhazire FELSEFEyeni (1)

Fəlsəfi dünyagörüşü və onun xüsusiyyətləri
Fəlsəfə - nəzəri dünyagörüşüdür. Fəlsəfi dünyagörüşü dünyaya və orada insanın yerinə dair, insanın gerçəkliyə, təfəkkürün varlığa münasibətinə dair ən ümumi nəzəri baxışlar sistemidir. Fəlsəfi dünyagörüşü ümumi dünyagörüşdən gerçəkliyə yanaşma üsulu ilə, inlellektual problematikası ilə fərqlənir, daha çox sistemli, nəzəri səciyyə daşıyır. Fəlsəfi dünyagörüşü - idealist və ya materialist meylli olmasından asılı olmayaraq həmişə insana, onun dünyaya münasibətinə əsaslanır. İnsan - fəlsəfi dünyagörüşün məhək daşıdır. Dünya və insan, insanın dünyaya münasibəti, insanın özünün mahiyyəti, insan və mənəviyyat, insan və ədalət, insan və xeyirxahlıq, insan və bəşəri dəyərlər, insan və gözəllik, ictimai tərəqqi, insan və i.a. fəlsəfi dünyagörüşün əzəli və əbədi problemləridir. Elə bu mənada deyirlər ki, ən mütərəqqi fəlsəfə - insan fəlsəfəsidir, insan azadlığı da bu fəlsəfənin əsas amalıdır.

Fəlsəfənin bir elm kimi əsas xüsusiyyətlərindən birini onun ictimai-tarixi xarakter daşıması təşkil edir. Digər ictimai şüur formaları kimi fəlsəfi şüur da tarixən dəyişkən ictimai varlığın təsirindən formalaşır və tarixi proseslə şərtlənir. Fəlsəfənin ictimai-tarixi səciyyə daşıması da onun mövcud olduğu ictimai şəraiti əks etdirməsindən ibarətdir.

Fəlsəfə öz mahiyyəti etibarilə həm mədəniyyətin bütün sahələri ilə çulğaşmış, həm də onun tərəqqisinin meyarlarından birinə çevrilmişdir. Fəlsəfə mədəniyyət hadisəsi olmaqla, həm də onun «inkişafının göstəricisidir». «İncəsənət fəlsəfəsi», «əxlaq fəlsəfəsi», «din fəlsəfəsi», «texnika fəlsəfəsi», «təbiət fəlsəfəsi», «tarix fəlsəfəsi», «siyasət fəlsəfəsi», «hüquq fəlsəfəsi», «həyat fəlsəfəsi» və i.a. anlayış və istiqamətlərlə fəlsəfə mədəniyyətlə qovuşur, mədəniyyətin bütün aspekt və çalarlarını əhatə edir, onun nəzəri-metodoloji əsaslarını verir, maddi və mənəvi mədəniyyət amili kimi çıxış edir. Fəlsəfənin predmetində duran problemlərdən biri də fəlsəfənin elmiliyi məsələsi, elmlə fəlsəfənin qarşılıqlı münasibəti, onların oxşar və fərqli cəhətlərinin müəyyənləşdirilməsidir. Fəlsəfə və elm arasında oxşarlıq ondadır ki:

a) hər ikisi obyektiv gerçəklik qanunauyğunluqlarının insan şüurunda bu və ya başqa dərəcədə dolğun in`ikasıdır;

b) hər ikisi sivilizasiyanın ən böyük nailiyyətidir;

v) hər ikisi gerçəkliyin dərk edilməsi üçün insana qüdrətli silah verir;

q) hər ikisi ictimai funksiyanı yerinə yetirərək cəmiyyətin maddi yə mənəvi dəyərlərinin inkişaf etdirilməsi amili kimi çıxış edır və i.a.

Fəlsəfə ilə elm arasında müəyyən fərqlər də vardır:

a) əgər fəlsəfə öz mahiyyəti etibarilə insana ümumiləşmiş dünyagörüşü verirsə, müxtəlif elm sahələri insana konkret bilik verir;

b) xüsusi qanunları öyrənən konkret elmlərdən (fizika, kimya, biologiya və s.) fərqli olaraq fəlsəfə təbiət, cəmiyyət və təfəkkürün inkişafının ən ümumi qanunlarını öyrənir;

c) fəlsəfə, ən geniş mənada bütün dünyagörüşü növlərinin özəyini, nüvəsini təşkil etdiyi halda, ayrı-ayrı konkret elmlər dünyanın təbii-elmi mənzərəsini müəyyən edən konkret materiallar verir;

ç) fəlsəfə və elm ictimai şüurun spesifık forması olmaq etibarilə də bir-birindən fərqlənirlər;

d) ictimai funksiyaları etibarilə də fəlsəfə ilə elm arasında fərqlər vardır: fəlsəfə cəmiyyətdə elmə nisbətən daha səfərbəredici və sosial fəallaşdırıcı rol oynayır, fəlsəfə cəmiyyətdə qarşıya çıxan vəzifələrin düzgün həlli yollarını tapmağa imkan verir;

e) konkret bir elm sahəsində işləyən mütəxəssis konkret hadisələri müəyyən edərkən dünya haqqında ümumi təsəvvürlərə, dünyanın quruluşu, ümumi mənzərəsi və onun ən ümumi inkişaf qanunauyğunluqları haqqında prinsip və baxışlara ehtiyac duyur. Bu ehtiyacı məhz fəlsəfə ilə ödəyir və i.a.

Deməli, elmin ümumi dünyagörüşü, metodoloji və nəzəri-idrakı əsaslandırılması məsələlərini fəlsəfə öyrənir, təhlil edir. Elm fəlsəfəyə yiyələnməklə metodologiyaya və dünyagörüşünə sahib olur.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin