Deideologiyalaşdırma problemi XX əsrin 60-cı illərindən başlamışdır. Bu ilk növbədə elmi-texniki inqilabın güclü inkişafı ilə bağlı idi. Deideologiyalaşdırma konsepsiyasının tərəfdarları qeyd edirlər ki, cəmiyyətin inkişafının bu mərhələsi üçün ideologiyaya ehtiyac yoxdur, ona görə ki, hər şey sürətlə dəyişir və ümumi sxemlə əhatə oluna bilməz. Bu konsepsiyanın fəal müdafiəçilərindən olan Zbiqnev Bjezinski qeyd edirdi ki, güclü elmi dəyişikliklər, təhsil və kommunikasiya sahələrindəki kütləvi partlayışlar dəyişkən inamlar yaradır və belə şərait yaranır ki, subyektiv hisslər kollektiv öhdəliklərə nisbətən daha mühüm olur. Deideologiyalaşdırmanın zəruriliyi həm də qlobal problemlərin həllinin vacibliyi ilə izah olunurdu. Bjezinski yazırdı ki, «ideologiya haqqında qayğılar öz yerini ekologiya haqqında qayğılara verir».
Şübhəsiz ki, miili ideologiyanı süni şəkildə yüxarıda hazıriamaq lazım deyildir: bu ideologiya xalqın əksəriyyəti tərəfindən qəbul olunmuş, çoxillik dövlət idarəçiliyi nəticəsində yaranmış ideologiya olmalıdır. Son illərdə Azərbaycanda yaranan ideyalar kompleksi, ictimai-siyasi qurum və mədəni istiqamət milli problemlərə baxışlar sisteminin formalaşmasına kömək edə bilər.
Dostları ilə paylaş: |