Vladimir İliç Lenin “Materializm və empiriokritisizm” əsərində XIX əsrin sonu XX əsrin əvvələrində təbiətşünaslıqda baş vermiş kəşfləri fəlsəfi cəhətdən ümumiləşdirməyə, radioaktivliyin, elektronun, atomun mürəkkəb quruluşunun kəşfi ilə əlaqədar olaraq, materiya, hərəkət, məkan-zaman haqqında marksizm təlimini zənginləşdirməyə çalışmışdır. O, materiyanın dialektik materializm anlayışını əsaslandırmaq məqsədilə fizikanın ən yeni kəşflərindən idealist nəticələr hasil edən rus subyektiv idealistlərini tənqid etmişdir. Lenin həmin kəşflərə əsaslanaraq dialektik materializmin idrak nəzəriyyəsini də inkişaf etdirmişdir.
Marksizm fəlsəfəsinin əsaslandırılmasında Leninin “Fəlsəfə dəftərləri” nin də az əhəmiyyəti olmamışdır. Bu əsərdə o, materialist dialektikanı, onun qanun və kateqoriyalarını yeni müddəalarla zənginləşdirməyə çalışmışdır. Lenin “Fəlsəfə dəftərlərin” ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin vəhdəti, idealizmin qnoseoloji kökləri, gerçəkliyin inikasının ziddiyyətli xarakterə malik olması haqqındakı fikirləri təhlil etmişdir.
Dostları ilə paylaş: |