M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə58/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   54   55   56   57   58   59   60   61   ...   184
muhazire FELSEFEyeni (1)

Varlığın universal əlaqəsi- Dialektikada mühüm yeri hadisələrin ən ümumi qarşılıqlı əlaqəsi ideyası tutur. Şeylərin, hadisələrin əlaqəsi faktının özünü görmək çətin deyildir: həyat hər saat, hər dəqiqə buna çoxlu misallar göstərir. Çətin anlaşılan odur ki, hadisələrin qarşılıqlı asılılığı, bir hadisənin digərinə keçidi hərəkət edən materiyanın ən ümumi xassələrini əks etdirir, obyeklərin ümumdünya universal əlaqələrinin təzahürü kimi çıxış edir. Bəşəriyyət bu ideyaya doğru uzun və çətin yol keçmişdir. Dialektikanın diqqət mərkəzinə çoxdan bütün varlığı əhatə edən universal əlaqə düşmüşdür. Məsələn, antik fəlsəfənin mərkəzi problemlərindən biri - üzərində düşünməklə dialektik incəsənətin formalaşdığı - “təkcə və çoxlu” problemi olmuşdur - o bu gün də öz əhəmiyyətini itirməmişdir.

Ölkələrin, xalqların, adamların və ümumbəşəri dəyərlərin, maraqların, mənafelərin fərqi - bu “əbədi” problemin müasir təzahürlərindən biridir. Əsrlər boyu o yeni görkəm almışdır: təkcə və ümuminin, hissə və tamın, invariantlıq və növün dəyişdirilməsi və s. Varlığın bu cür universal əlaqəsi dialek­tikanın mühüm predmeti oldu. Varlığın mürəkkəb, elastik (zi­rək), ziddiyyətli universial əlaqəsinin dərk edilməsi formasına dialektikanın kateqoriyaları xidmət edir. Kateqoriyal əlaqə tədricən dialektik qanunauyğunluq kimi başa düşülmüşdür.



Dialektikanın kateqoriyaları - fəlsəfi təfəkkür hadisələrin, proseslərin hər hansı ayrıca növlərinə deyil, bütün varlığa xas olan ən ümumi xüsusiyyətləri, münasibətləri açır. Bu cür biliklər insan təfəkkürünün universal formalarında-kateqo­riyalarda ifadə olunur. Varlığın universal əlaqəsinin, onların mürəkkəb, elastik, ziddiyyətli inkişaf gedişində başa düşüldüyü fəlsəfi anlayışlar dialektikanın kateqoriyaları qrupunu yaradır. Onların qarşılıqlı əlaqəsi bacarığın, tədqiqatların ən ümumi prinsiplərini ifadə edir.

Kateqoriya- yunan sözüdür, mülahizə, fikir, dəlil demək­dir. Fəlsəfi kateqoriyaların mahiyyəti və spesifikasını aydın­laşdırmazdan əvvəl obyektiv aləmin inikası və idrak formaları olmaq etibarilə ümumiyyətlə kateqoriyaların nədən ibarət olduğunu müəyyən etmək lazımdır. Kateqoriyalar anlayış­lardan əmələ gəlmişdir. Bütün təfəkkür formaları arasında anlayış xüsusi yer tutur. Anlayış insan şüurunun mücər­rəd­ləşmiş fəaliyyəti nəticəsində yaranır. Deməli, anlayış tə­fəkkürün elə bir formasıdır ki, onun vasitəsilə cisim və ha­disələrin ən əhəmiyyətli əlamətləri, əlaqə və münasibətləri ümumiləşdirilmiş şəkildə əks olunur. Anlayış biliyin yekunu, toplusudur-anlayışın digər inikas formalarından üstünlüyü də bundadır. Anlayış təfəkkürün ən yüksək formasıdır. Lakin dünyanın elmi cəhətdən dərk olunması kateqoriyalı təfəkkürə əsaslanır- kateqoriyalı təfəkkür insanın hər cür adi təfəkkürünə xas olsa da, elimdə daha dəqiq və hərtərəfli məzmuna malikdir.

Kateqoriyalar ilə anlayışlar arasında müəyyən oxşarlıq var­dır. Lakin bu oxşarlıq yalnız zahiri oxşarlıqdan ibarətdir. Kate­qo­riya ilə anlayışı qətiyyən eyniləşdirmək olmaz, çünki bunlar ara­sında kəskin fərq vardır və bu fərqi həcm genişliyndə gör­mək ciddi səhv olardı, çünki elə anlayışlar vardır ki, onlar kate­qoriyaya nisbətən daha geniş həcmi əhatə edə bilir. Kate­qo­riyalar təfəkkürün elə formalarıdır ki, onlar vasitəsilə ob­yekt­lər özlərinin bütün konkret dolğunluğu və ümumiliyi, inkişaf və əlaqələri ilə əks olunur. Biz kateqoriyaları tədqiq edə­rək şüurun mahiyyətlər silsiləsinə nüfuz dərəcəsini, inkişaf prosesinin ümumi ziddiyyətləri və qanunlarının açılma dərə­cə­si­ni ay­dınlaşdırırıq. Bu isə kateqoriyaları nəinki yalnız indiyə, həm də əsas etibarilə gələcəyə tətbiq etmək üçün imkan yaradır.

İdrakın inkişafının hər yeni mərhələsində kateqoriyalar ob­yek­tiv aləmi getdikcə daha dəqiq və dürüst ifadə edir, idrak pro­sesinin özünün dərinləşməsinə və dəqiqləşməsinə kömək edir.

Kateqoriyaların funksiyası obyektiv aləmin qanunauyğun əlaqələrini, münasibətlərini əks etdirməklə gerçəkliyin əməli mənimsəmənin nəzəri əsası olmasındadır. Bir halda ki, kate­qoriyalar elmi anlayışlar sistemini müəyyən edir, onda deməli, hər bir elmin öz kateqoriyaları vardır. Hər bir elm bu kateqoriyalardan istifadə etməklə onlara əsaslanır. Buna əsasən kateqoriyaları iki qrupa bölmək olar: bunlardan biri, aləmin müəyyən sahələrinin ümumi ziddiyətlərini və əlaqələrini əks etdirən xüsusi elmlərin kateqoriyalarıdır. Məsələn, biologiyada “həyat”,”zülal”,”bitki”, ”kimyada valentiklik”, ”ünsür”, ”fizi­kada kütlə”, ”faton”, ”element”, ”etikada vicdan”, ”borc” və s. göstərmək olar.

İkinci qrup kateqoriyalar isə təbiət, cəmiyyət və təfəkkürün ən umumi inkişaf qanunları haqqında elm olan fəlsəfənin ka­te­qo­riyalarıdır. Qeyd etmək lazımdır ki, fəlsəfi biliklər sisteminə ka­teqoriyalardan ilk istifadə edən qədim yunan filosofu Aris­to­tel olmuşdur. Bir sıra filosoflar isə fəlsəfədə kateqoriyalardan istifadə olunmasına qarşı çıxmışdırlar. Məsə­lən, ingilis filosofu B. Rassel göstərirdi ki, mən Aristoteldə, Kantda və Hegeldə “ka­teqoriyanın” nəyi ifadə etdiyini heç vaxt başa düşməmişəm və mən şəxsən inanmıram ki, ”kateqoriya” fəlsəfə üçün hansı bir dərəcədə isə gərəkli olsun. Əlbəttə, B. Rasselin bu fikri ilə qə­tiyyən razılaşmaq olmaz. Çünki fəlsəfənin kateqoriyaları, mə­sələn, ”materya”, ”məkan”, ”zaman”, ”hərəkət”, ”kə­miy­yət”, ”keyfiyyət” və s. istisnasız olaraq bütün “cism” və “ha­di­sə­lərə” tətbiq olunur. Fəlsəfənin kateqoriyaları cism və ha­di­sə­lə­ri, eləcə də qanun və qanuna­uyğunluqları dərk etmək pro­se­sin­də elə pillələr və düyün nöqtələridir ki, bunların vasitəsilə dərk etmə prosesi mümkün olur. Fəlsəfənin bir çox kate­qo­ri­ya­ları vardır, lakin burada fəlsəfənin cüt kateqoriyalarından bəhs olunacaqdır. Onu da qeyd etmək lazımdır ki, cüt kateqoriyalar da iki qrupa ayrılır: universal əlaqələrin kateqoriyaları və struk­tur əlaqələrin kateqoriyaları.

Dialektika üçün bütöv hadisələrin, proseslərin “qütb” tərəflərini əks etdirən cüt kateqoriyaların formalaşması xarakterdir. “Səbəb - nəticə”, “zərurət - təsadüf”, “imkan - gerçəklik” və başqalarının münasibətlərinin dialektik xarakteri əks, lakin qırılmaz bağlı olan anlayışlarda, onların vəhdətində, bir - birinə keçməsində, qarşılıqlı fəaliyyətində ifadə olunur. Dialektikanın kateqoriyalarının uyğunlaşması, bir - birini tamamlaması varlığın canlı hərəkətliliyini, keçidini, ziddiy­yətini əks etdirməyə qadir olan universial anlayışların hərəkətli qovşağını yaradır. Təfəkkürün qəti formalarında bunu etmək olmaz. Anlayışlar “elastik, hərəkətli, relyativ, qarşılıqlı əla­qədə, əksliklərdə, vəhdət halında, dünyanı əhatə edən” ol­malıdır. Dialektik anlayışın yaxşı işlənmiş aparatı - fəlsəfi fikrin, dünyanı anlamağın yetkinliyinin göstəricisidir. Dia­lektikanın kateqoriyaları cəmiyyətin tarixi inkişafının müəyyən mərhələsində formalaşır. Varlığın universal əlaqəsi haqqında bəşəri biliklər tədricən dərinləşir, zənginləşir, sistem halına salınır. Məsələn, predmetlərin keyfiyyət və kəmiyyətlərinin xarakterinin dərk edilməsi ilə iş belə olmuşdur. Sadə fər­ziyələrdən başlayaraq onlar vaxt keçdikcə yetkin ifadə səviy­yəsinə çatmışlar. Xüsusi fəlsəfi anlayiışlar (keyfiyyət, kəmiy­yət, ölçü, sıçrayış) işlənib hazırlandı və onların köməyi ilə uyğun gələn qanunlar formalaşdı.

Maddi və mənəvi mədəniyətin inkişaf ilə insan təfəkkürü yeni kateqoriyalarla zənginləşir. Kateqoriyal münasibətlər haqqında biliklər, dünyada mövcud olan universial əlaqələrin başa düşülməsi nəticələri yetişir, kristallaşır (büllurlaşır), cilalanır (təkmilləşir), dildə saxlanır. Müxtəlif xalqların dilləri – insan intellektuallığının daşıyıcısıdır. Onların əsasını ka­teqorial “karkas” (bir şeyin skeleti, əsası) – varlığın universial əlaqə-lərinin sxemini əks etdirən və dünyanı anlamağın bir növ “qramatikası” kimi çıxış edən kateqoriyalar sistemi təşkil edir. Bu cür anlayışlar sxemi müxtəlif dövrlərin təfəkkürdə for­malaşır və fəaliyyət göstərir. Fəlsəfi fikir isə deyildiyi kimi, onları xüsusi diqqət predmetinə çevirir. Fəlsəfi təhlil tə­fək­kürün real strukturundan kateqorial sxemi aşkar edir, kate­qoriyaların qarşılıqlı əlaqəsini dərk edir, onlara daha qəti ifadə verir. Nəticədə kortəbii işləyən kateqorial aparat fikir­ləşənə, dərk edənə çevrilir. Bu mədəniyyət hadisəsi kimi dialektik təfəkkürə böyük güc verir, müxtəlif nəzəri və praktiki məsələlərin həllində dialektikanın dərk olunmasını, mənimsə­nilməsini, şüurlu tətbiq edilməsini mümkün edir.

Dialektikanın kateqoriyalarında hadisələrin müvafiq əlaqə forması (səbəbiyyət, qanun və s.) haqqında obyektiv biliklər və fikir forması – dərk edilmə üsulu (bunun vasitəsilə bu cür əlaqə başa düşülür) sıx bağlıdır. Anlayışlar vasitəsi, müəyyən əlaqələrin başa düşülməsi üsulu nə qədər yetkin olsa onların real kəşfi, izah edilməsi prinsipcə bir o qədər müvəffəqiyyətlə həyata keçər. Onların biri o birini güman edir. Filosoflar bununla bağlı kateqoriyaların ontoloji (varlığın obyektiv biliyi) və qnoseoloji (dərk edilmə üsulları) mənasının (məğzinin) vəhdəti haqqında danışırlar. Real aləmin sonsuz müxtəlifliyi arasında fəlsəfi idrak tarixən ən ümumi əlaqələrin müxtəlif tiplərini ayırmışdır. “Təkcə-ümumi”, “çoxlu – təkcə”, “oxşarlıq - fərq”, “kəmiyyət – keyfiyyət”, “sadə - mürəkkəb”, “tam -hissə”, “sonlu-sonsuz”, “forma - məzmun” və əlaqələr haq­qında bu cür olan başqa anlayışlar varlığın “quruluşunu”, “mütəşəkkiliyini” ifadə edən kateqoriyalar qrupunda birləşə bilərlər. İdrak tarixində determinasiyanın universial əlaqəsini ifadə edən bir sıra digər kateqoriyalar da tətqiq edilir: “hadisə - mahiyyət”, “səbəb - nəticə”, “zərurət - təsadüf”, “imkan - gerçəklik” və s... Universial əlaqələrin təhlilinə birinci yanaş­manı şərti olaraq “üfüqi”, ikincini – “şaquli” adlandırmaq olar. Hər ikisinin fikri izahına onları təmsil edən kateqoriyalar cütündən “ təkcə -ümumi” və “mahiyyət-təzahür”dən başlayaq.



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin