Keyfiyyət və kəmiyyət-Keyfiyyət – predmetin (hadisə, proses) elə müəyyənliyidir ki, ona xas olan xassələrin məcmusuna malik olan və onunla eyni tipli predmetlər sinfinə aid olan verilmiş (bu) predmet kimi onu xarakterizə edir. Keyfiyyət müəyyənliyini itirərkən predmet özü olmağından çıxır, onun başqa predmetlər sinfinə aid olmasını müəyyən edən yeni xüsusiyyət kəsb edir. Məsələn, əriyən filiz şlak və metala çevrilir, yeniyetmə böyüyərək gəncə, gənc – kişiyə, kişi – qocaya çevrilir, qəsəbə böyüyüb şəhər ola bilər və.s.
Kəmiyyət – hadisə, predmet, proseslərə xas olan xassələrin inkişafının və ya intensivliyinin (səmərəliliyinin) mərhələsinin, böyüklükdə və sayda ifadə olunan xarakteridir. Pifaqorçuların və onların digər sələflərinin fiklərini ümumiləşdirərək Aristotel izah edirdi: “Kəmiyyət tərkib hissələrə bölünəndir, bu bölünənlərin hər biri - onlar iki və ya çox olsa da - öz təbiəti etibarıilə nə isə bir şeydir. Hər cür kəmiyyət - əgər o hesablanan, böyüklüyü (həcmi) – dəyişəndirsə o çoxdur”. Bu fəlsəfi fikir bizim üçün vərdiş edilən olmasa da onun mənasını anlamaq çətin deyildir: kəmiyyətə şeylərin o xarakteri aid edilir ki, o hesablanma (ölçüyə) və riyazi ifadə üçün mümkündür.
Real “şeylərin” kəmiyyət xarakteristikasına qiymət istər eynimənalı, istərsə də öz təbiəti etibarı ilə keyfiyyətcə müxtəlif olanlara xas olan ümumi xassələrin aşkar edilməsi ilə başlanır. Müxtəlif mənalı predmetləri müqayisə etmək üçün lazım olan bu cür xassələr xətti ölçü, hərəkətin sürəti, kütlə, cismin temperaturu ola bilər. İnsan orqanizmindən danışarkən çəkidən, boydan, ciyərin həcmindən, qanın təzyiqindən və s. söhbət gedə bilər. Bu cür ümumi xassələri ayırmaqla şeylərin kəmiyyət xarakterini müəyyən etmək olar.
Keyfiyyətcə müxtəlif predmetlərin “bərabərləşdirilməsi”, onların bir sıra vahidə gətirilməsi ölçməni mümkün edir. Bu və ya başqa həcmin ölçülməsi müvafiq ölçü vahidinin qurulmasını tələb edir. Məsələn, metr – uzunluq vahidi, kiloqram – kütlə vahididir. Heç nə ölçməyə yoxdursa - deməli onda cəmlənən vahidin kəmiyyətini müəyyənləşdirmək lazımdır. Predmetlərin, hadisələrin, proseslərin kəmiyyət xarakteri ictimai praktikada: istehsalın planlaşdırması və maliyyələşdirilməsində, tikintidə, sosial inkişafda, nəqliyyatın hərəkət cədvəlini tutarkən, əhalinin siyahıya alınmasında və s. geniş tətbiq olunur.
Bu və ya digər “şeyləri” (hadisə, proses) nəzərdən keçirərkən diqqəti onun ya keyfiyyət, ya da kəmiyyət aspekti üzərində cəmləşdirmək lazımdır. Təhlilin, öyrənmənin, qiymətləndirmənin keyfiyyət və kəmiyyət metodu elmin və praktikanın müxtəlif bölmələrində geniş tətbiq olunur. Məsələn, kimyada keyfiyyət və kəmiyyət təhlili mövcuddur. Keyfiyyət maddənin kimyəvi tərkibi, növlər bu və ya digər birləşməyə daxil olan elementlərin nomenkulaturası ilə; kəmiyyət isə – bütün bunların kəmiyyət xarakterini aydınlaşdırmaqla bağlıdır. “Kəmiyyət” və “keyfiyyət” anlayışları iqtisadiyyatın inkişafının ekstensiv (keyfiyyətcə deyil, ancaq kəmiyyətcə artan) haldan intensiv (səmərəli) hala keçməsi şəraitini dərk etmək üçün vacibdir.
Birinci halda məhsul buraxılışı yeni müəssisələr tikilməsi, əkin sahələrinin artırılması, istehsal gücünün, fəhlələrin sayının artırılması hesabına artırılır. İkinci halda məhsulun buraxılışının artması eyni saylı və hətta az işçi qüvvəsi ilə əmək məhsuldarlığının artması və texnoloji avadanlığın keyfiyyətinin yaxşılaşdırılması, fəhlə və mühəndislərin ixtisasının yüksəlməsi, yaxşı aqrotexnikanın tətbiqi, yüksək keyfiyyətli toxum, yəni kəmiyyət deyil, keyfiyyət hesabına istehsal vasitələrini yüksəlməsi hesabına, təmin olunur.
Dostları ilə paylaş: |