standartlaşdırma bölmələri və standartlaşdırma üzrə baş təşkilat yaradılır. Bu bölmələr nazirlik sistemində olan standartlaşdırma üzrə xidməti təşkilatların fəaliyyətinə təşkilati-metodik rəhbərliyi həyata keçirir və nazirliyə təhkim olunmuş məhsul qrupları, yaxud fəaliyyət sahələri üzrə standartlaşdırma işlərini koordinasiya edir. Bu bölmələrin əsas vəzifələri aşağıdakılardan ibarətdir:
sənaye məhsullarının kompleks standartlaşdırılması üzrə aparılan işlərin təşkili;
standartların tətbiqinin təşkili və onlara riayət edilməsinə nəzarət.
Müəyyən məhsul növlərinin, texnologiyanın və ya fəaliyyət növlərinin standartlaşdırılması üzrə, həmçinin göstərilən obyektlər üzrə beynəlxalq və regional standartlaşdırma üzrə işlərin təşkili və həyata keçirilməsi üçün