M ü h a z I r ə Mövzu № Sahibkarlıq fəaliyyəti sahəsində inhisar fəaliyyətinin məhdudlaşdırılması və



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə4/5
tarix16.01.2023
ölçüsü0,65 Mb.
#79400
1   2   3   4   5
635 muhazire 7

2-ci sual üzrə nəticə 
Bu sualda haqsız rəqabətə anlayış verilir, onun məzmunu açıqlanılır. Daha 
sonra, haqsız rəqabətin formaları təsbit olnub ki, onların da ayrı – ayrılıqda izahı 
verilmişdir. 


14 
§3. Antiinhisar fəaliyyətinin hüquqi tənzimlənməsi. 
Antiinhisar qanunvericiliyinin yaranması tarixi.
4
İlk antiinhisar aktı kimi 
Bizans imperatoru Zenonun 483-cü ildə qiymətlər haqqında imzaladığı 
konstitusiyanı göstərmək olar. Bu konstitusiyada deyilirdi ki, «mən hər bir şəxsə 
geyim və ya balığa və yaxud digər məhsula və ya digər istifadə üçün nəzərdə 
tutulmuş hər hansı bir əşyaya inhisarın həyata keçirilməsinə yol verməməsini əmr 
edirəm». Bu aktda ilk dəfə olaraq «inhisar» sözü meydana gəlmişdir. 
Daha sonra, İngiltərədə XVII əsrdə qəbul edilmiş qanun şəhər ticarətində 
mövcud inhisarçılığı aradan qaldırdı. Almaniyada isə 1886-cı ildə haqsız rəqabət 
haqqında qanun qəbul edilmişdir. Kanadada isə 1889-cu ildə ticarətdə 
məhdudiyyətlərlə bağlı olan birliklərin qadağan edilməsi haqqında qanun qəbul 
edilmişdir. 
Fikrimizcə, daha ətraflı Amerika antitrest qanunvericiliyin üzərində 
dayansaq, daha məqsədəmüvafiq olar. Belə ki, 1883-cü ildə antiinhisar qanunu ilk 
dəfə Amerikanın Alabama ştatında qəbul olunmuşdur. Bu qanun ticarətin 
məhdudlaşdırılmasını və sıradan çıxarılmasına yönələn əməlləri hüquqazidd hesab 
edir və belə hərəkətlərə yol verdiklərinə görə sahibkarlıq fəaliyyəti subyektlərinə 
müxtəlif cəzalar tətbiq edilirdi. 
Antiinhisar qanunvericiliyinin federal səviyyədə tətbiqinə yalnız 1890-cı ildə 
başlanılmışdır. Qəbul edilmiş qanun ticarətin və sənayenin qanunsuz 
məhdudiyyətlərdən və inhisardan müdafiəyə yönəlmişdir. 
Məsələn: Amerikada aliminium istehsalı üzrə inhisarçı olan «Düpon» şirkəti 
əhalinin məhsula olan tələbatını bidiyindən və qiymətlərin süni şəkildə artırılması 
(şişirdilməsi) üçün aliminium bazarında istehsal etdiyi məhsula qıtlıq yaratdı. Buna 
görə də, prezident Franklin dövlət büdcəsi hesabına «Düpon» şirkəti ilə rəqabət 
apara biləcək bir şirkət yaratdı. Sonradan isə bu şirkəti «Düpon» şirkətinin 
4
İ nhisar-yalnı z bir ş ə xsə mə nsub olma; bir malı istehsal və ya satmaq ü ç ü n mü stə sna 
hü quqdur. Bax: A.Axundov. Azə rbaycan dilinin izahlı lü ğ ə ti. Bakı , «Elm» nə ş riyyatı , 2005, sə h. 
150. 


15 
sahibinin qan düşməni olan şəxsə özəlləşdirdi. Bunula da aliminimum bazarında 
qiymətlərlə bağlı stabillik yaratmış oldu. 
Hüquq nəzəriyyəsində antiinhisar qanunvericiliyinin üç modelinə rast 
gəlmək olar: 
Amerika modeli-bütün inhisarçılığı qanunazidd hesab edir. Bu modeli 
qanunvericilik hal-hazırda Kanadada, Amerikada, Arqentinada və Yaponiyada 
tətbiq edilir. 
Avropa modeli-inhisarçılığı qanunazidd hesab olunmur, lakin inhisarçılığa 
nəzarət edir, inhisar xarakterli sui-istifadə hallarına qarşı mübarizə aparır. Bu 
modeli qanunvericilik Böyük Britaniya, Fransa və Qərbi Avropa dövlətlərində 
tətbiq edilir. 
Qarışıq model-inhisarçılıq həm qanunazidd hesab olunur, həm də 
inhisarçılığa yol verilir. Məsələn, təbii inhisarçılıq. Bu modeli qanunvericilik 
Almaniya, Azərbaycan, Rusiya və MDB-yə daxil olan digər dövlətlərdə tətbiq 
olunur. 
İnhisar dedikdə müvafiq bazarda bir və ya bir neçə sahibkarlıq subyektinin 
hökmran mövqeyidir. 
Bazarda hökmran mövqe – qüvvədə olan qanunvericilik bütün təsərrüfatçılıq 
subyektləri sırasında bazarda hökmran mövqe tutan şəxslərin hüquqi vəziyyətini 
ayırır. Hüquq ədəbiyyatında belə subyektlər çox zaman inhisarçılar (monopolist) 
adlanırlar. 
Hökmran mövqe-bazarda əvəzləyicisi olmayan və ya qarşılıqlı surətdə
dəyişdirilən əmtəəyə malik olan təsərrüfatçılıq subyektinin və ya bir neçə 
təsərrüfatçılıq subyektlərinin müstəsna mövqeyidir. 
«Antinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda 
isə hökmran mövqeyi belə bir anlayış verilmişdir: 
Hökmran mövqe – təsərrüfat subyektinin öz iqtisadi potensialının 
üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və 
bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən 
müstəsna vəziyyətidir. Bazarda payı 35%-in və ya qanunvericilikdə müəyyən 


16 
olunmuş digər həddən çox olan təsərürfat subyekti hökmran mövqe tutan hesab 
olunur. 
Ondan əlavə, hökmran mövqe rəqabət aparanlar arasında bağlanmış 
sazişdən, həm də inhisarçı ilə onun alıcı və ya istehlakçısı arasında bağlanmış 
sazişdən yarana bilər. 
Təsərrüfatçılıq subyektinin hökmran mövqeyi həm daxili, həm də xarici 
faktorların nəticəsi, o cümlədən də aşağıdakılar ola bilər: 
1. fərqləndirici vergi sistemi, subyektin və digər imtiyazlın, verilməsi daxil 
olmaqla dövlət siyasəti; 
2. təsərrüfatçılıq subyektlərinin qatılması, birləşdirilməsi, həm də ləğv 
olunması; 
3. yeniliy tətbiqi, istehsal və ya elmi-texniki strategiya; 
4. qeyri-rəqabət metodu ilə bazardan rəqibin uzlaşdırılması üzrə 
təsərrüfatçılıq subyektinin fəaliyyəti; 
5. təsərrüfatçılıq subyektləri arasındakı saziş (açıq və gizli); 
6. digər faktorlar: 
Öz-özünə hökmran mövqeyin saxlanması hüquqpozuntusu sayılır. 
Hüquq ədəbiyyatlarında müxtəlif meyarlara əsaslanaraq inhisarın tipləri 
göstərilmişdir. İnhisarın bu tiplərini ümumiləşdirərək aşağıdakı kimi 
qruplaşdırmaq olar: 
1. Bilavasitə dövlət tənzimlənməsi nəticəsində yaranan inhisarçılıq. 
Bu tip inhisarçılıq dövlət və ictimai maraqların təmin edilməsi məqsədilə dövlətin 
iradəsi əsasında yaranır. Fikrimizcə, bu tip inhisarçılığı, onun hüquqi təbiətini 
nəzərə alınmaqla dövlət inhisarçılığı adlandırmaq olar. 
2. Bilavasitə dövlət tənzimlənməsi olmadan və sahibkarlıq fəaliyyəti subyektlərin 
müstəqil hərəkətləri nəticəsində yaranan inhisarçılıq. Bu tip inhisarçılıq aşağıdakı 
hallarda ola bilər: 
- sahibkarlıq fəaliyyəti subyektlərinin birinin digəri üzərində vicdanlı rəqabət 
nəticəsində qələbənin qəzanılması; 
- rəqiblərin öz təşəbbüsləri ilə bazardan çıxması. 


17 
Sosial-iqtisadi təbiətinə görə inhisarın aşağıdakı növlərini fərqləndirmək olar:
1. Təbii inhisarçılıq; 
2. Qanuni (leqal) inhisarçılıq; 
3. Süni inhisarçılıq. 
Bazarda azad rəqabət üçün daha təhlükəli və geniş yayılmış süni 
inhisarçılıqdır. Bu növ inhisarçılığın təbii inhisarçılıqdan fərqi ondan ibarətdir ki, 
süni inhisarçıqda daha çox gəlir əldə etmək üçün inhisar subyektlərinin 
birləşməsidir. Bu növ inhisarçılıq bazarın quruluşunu qəsdən, bilərəkdən dəyişir, 
yəni: 
- yeni sahibkarlıq fəaliyyəti subyektlərinin bazara daxil olmasına maneələr yaradır; 
- daha böyük kapitaldan istifadə olunur; 
-yeni sahibkarlıq fəaliyyəti subyektləri ilə müqaisədə daha yüksək səviyyyədə 
texnologiyadan istifadə olunur.
Süni inhisarçılıq aşağıdakı kimi təşkil olunur: 
1. Kartel; 
2. Sindikat; 
3. Trest; 
4. Konsern. 
Kartel sindikatdan, trestdən, konserndən fərqli olaraq, inhisarın daha çox 
dayanaqlı formasıdır. Hər bir müəssisə kartelə daxil olduqda maliyyə və istehsal 
müstəqilliyini saxlayır. Kartel bir sahə çərçivəsində fəaliyyət göstərir. İnhisar 
sazişləri nəticəsində kartelə daxil olan subyektlər bazarda ümumi siyasət işləyib-
hazırlayır, məhsulun istehsalının ümumi həcmini müəyyənləşdirilir və vahid 
qiymət müəyyən edilir. 
Sindikat
5
- inhisar birliyinin təşkilati formasıdır. Sindikatda məhsulun satışı, 
sifarişlərin bölgüsü mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Bir sözlə desək, 
sindikat birgə sahibkarlıq faliyyətini həyata keçirən hüquqi və istehsal cəhətdən 
müstəqil olan sahibkarların birliyidir. 
5
Sindikat yun. sö zü syndikos olub, mə nası bir-birinə xə bə rdarlı q etmə klə hə rə kə tetmə
demə kdir. 


18 
Trest
6
- inhisar birliyinin formasından biridir. Trestə daxil olan sahibkarlıq 
fəaliyyətinin subyektləri istehsal, kommersiya və hüquqi müstəqilliyini itirir. Bu 
növ inhisarçılıq XIX əsrdə daha çox yayılmışdır. Keçmiş SSRİ-də trestlər, ilk dəfə 
1923-cü il aprel ayının 10-dan yeni iqtisadi siyasət nəticəsində yaranmışdır. 
Konsern – istehsalın və kapitalın yüksək səviyyədə mərkəzləşdirilmiş 
müxtəlif müəssisələrin birliyidir. Bu, inhisar birliyinin daha üstün və mürəkkəb 
formasıdır. 
İnhisarçılıq fəaliyyəti-inhisarçılığın bu və ya digər forması olub, təsərrüfat 
subyektlərinin, yaxud icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol 
verməməyə, onu məhdudlaşdırmağa, yaxud aradan qaldırmağa yönəldilmiş 
fəaliyyətdir.
İnhisar fəaliyyətinin son məqsədi – sahibkarlıq fəaliyyətinin həyata 
keçirilməsi zamanı gəlirin artırılmasıdır. İnhisar fəaliyyətini müxtəlif əsaslara görə 
təsnif etmək olar: 
1. İfadə fərqindən asılı olaraq: a) müqavilə üzrə inhisarçılıq fəaliyyəti; b) 
müqavilədənkənar inşhisarçılıq fəaliyyəti; 
2. İnhisarçılıq fəaliyyəti iştirakçılarının sayından asılı olaraq: a) fərdi və b) 
kollektiv inşhisarçılıq fəaliyyəti. 
Kollektiv inhisarçılıq fəaliyyəti sahibkarlıq subyektləri arasında özünü 
sazişlərdə biruzə verir. Bu kimi sazişlər bağlanması nəticəsində kartellər, 
sindikatlar, konsernlər və s. inhisarçı birliklər yaradılır; 
3. İnhisarçıların subyektiv tərkibindən asılı olaraq: a). sahibkarlıq 
subyektlərinin inhisar fəaliyyətini; b). dövlət orqanlarının inhisar fəaliyyətini; c). 
yerli özünüidarəetmə orqanlarının inhisar fəaliyyətini fərqləndirmək lazımdır. 
Sahibkarlıq subyektlərinin inhisar fəaliyyətinin aşağıdakı növləri vardır: 
1. fərdi inhisar fəaliyyəti – sahibkarlıq subyektinin bazardakı öz 
vəziyyətindən sui-istifadəsi kimi başa düşülür. Sui-istifadə aşağıdakı hallarda 
özünü göstərə bilər: 
6
Trest-ingilis sö zü trust olub, mə nası etibaretmə demə kdir. 


19 
a) bazarda malların qıtlığını (defisitini) yaratmaq və ya qiymətləri artırmaq 
məqsədi ilə malların dövriyyədən çıxardılması; 
b) tərəf müqabili olan şəxslərə, onun üçün əlverişli olmayan müqavilə şərtlərinin 
təklif edilməsi və ya müqavilənin predmetinə aid olmayan şərtlərinin təklif 
edilməsi; 
c) digər sahibkarlıq subyektlərinin bazara daxil olmaması üçün süni maneələr 
yaratmaq; 
d) bazarda üstünlük əldə etmək məqsədilə qiymətləri manipulyasiya etmək; 
e) istehlakçıların sifarişi və ya ehtiyacı olan malların istehsalının azaldılması və ya 
dayandırılması. 
Təsərrüfat subyektlərinin sazişləri nəticəsində yaranan inhisarçılıq. 
Birləşdikdən sonra müəyyən məhsul bazarında birgə payları 35 %-dən artıq olan, 
bazarda rəqabər aparan subyektlərin sazişldəri. Bu sazişlər aşağıdakılara yönəlir: 
a) qiymətlərin müəyyənləşdirilməsi, qiymətlərdə güzəştlərin və əlavələrin 
müəyyənlədirilməsi; 
b) auksionlarda (hərraclarda) və bazarda qiymətlərin yüksəldilməsi, 
azaldılması və ya bir səviyyədə saxlanması; 
v) bazarın ərazi prinsipi, satışın həcmi və ya realizə edilən malların çeşidi, 
satıcıların və ya alıcıların dairəsi üzrə müəyyənləşdirilməsi; 
q) müəyyən satıcıların alıcılarla müqavilə bağlamaqdan imtina edilməsi; 
Antinhisar orqanları aşağıdakı əsas funksyiaları yerinə yetirirlər: 
1. rəqabətin və əmtəə bazarlarının inkişafına yardım göstərməyə yönələn 
tədbirlərin keçirilməsi üzrə tövsiyələr verir; 
2. dövriyyənin və istehsalın inhisarsızlaşdırılmasına dair tədbirlər işləyib 
hazırlayır və həyata keçirir; 
3. təsərrüfatçılıq subyektlərinin yaranması, tövsiyə olunması və ləğvinə dair 
antiinhisar tələblərə riayət olunmasına nəzarət edir; 
4. təsərrüfat cəmiyyətlərinin nizamlama kapitalında səə hüququ ilə 
səhimlərin (payların) əldə olunmasına nəzarət edir. Çox vaxt əldə etmə bazarda 
təsərrüfatçılıq 
subyektlərinin 
hökmran 
vəziyyətinə, 
ya 
da 
rəqabətin 


20 
məhdudlaşdırılmasına səbəb olur. Odur ki, antinhisar orqanları belə halları daim 
nəzarətdə saxlamalıdırlar.
Bazar münasibətləri subyektləri qismində çıxış edən hakimiyyət orqanları və 
idarəetmə orqanları sırasına peşəkar iştirakçılar kimi yerli özünüidarəetmə 
orqanları, həm də vəzifəli şəxsləri də daxil etmək olar. 
Təbii inhisar subyektlərinin fəaliyyətinin hüquqi tənzimlənməsi. Təbii inhisar 
subyektlərinin fəaliyyəti 15 dekabr 1998-c il tarixli «Təbii inhisarlar haqqında»
Azərbaycan Respublikasının Qanunu ilə tənzim olunur. Adı çəkilən Qanunun 4-cü 
maddəsində təbii inhisara anlayış verilmişdir. Təbii inhisar – istehsalın texnoloci 
xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha 
səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtə istehlakda 
başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyətidir. 
Təbii inhisar fəaliyyətinin subyekti qismində təbii inhisar şəraitində əmtəə 
istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. 
Qanun təbii inhisar subyektlərinin fəaliyyət sahələrini müəyyən etmişdir. 
Belə ki, Qanunun 5-ci madəsinə əsasən, təbii inhisar subyektlərinin fəaliyyət 
sahələri aşağıdakılardır: 
1. Neyft və neyft məhsullarının magistral boru kəmərləri ilə nəqli; 
a. Təbii şazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri; 
b. Elektrik və istilik enercisinin ötürülməsi və paylanması xidmətləri; 
c. Magistral və yerli dəmir yolu xətlərinin, yol qurğu və tikililərin istismarı, 
hərəkəti idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyəti, dcəmir yolu stansiyaları və 
sərnişin vağzalları xidmətləri; 
d. Aeroport xidmətləri, aeroportlərin, uçuş zolaqları və qurğuların istismarı, hava 
gəmilərinə aviasiya və aeropaviqasiya xidmətləri; 
e. Metro nəqliyyatında yolların, tunellərin və stansiyaların istismarı, hərəkəti 
idarəetmə və hərəkət təhlükəsizliyi fəaliyyəti; 
f. Su limanı xidmətlərİ, liman qurğularının istismarı, yükaşırma və hərəkət 
təhlükəsizliyi fəaliyyəti; 


21 
g. Ümumi istifadədə olan elektrik və poçt rabitəsi xidmətləri, qəbuledici – verici 
radio və telefiziya stansiyaların, yüksəktezlikli qurğuların istismarı və nəzarət 
fəaliyyəti; 
h. Baş sutəmizləyici qurğular, magistral borular, su kəməri şəbəkəsi və onların 
üzərindəki təzyiq və tənzimləyici qurğuların istismarı; 
i. Kanalizasiya 
təsərrüfatında aerasiya, mexniki təmizləmə stansiyaları, 
nasosxanalar, baş və yağış kollektorları və kanalizasiya xətlərinin istismarı; 
j. Meliorasiya və irriqasiya sahələrinə aid olan su anbarları, kanallar, kollektorlar, 
boru kəmərləri və təndlərin istismarı; 
k. İstintaq təchizatı xidmətləri. 
Sadalanmış fəaliyyət sahələrində mövcud olan təsərürfat subyektlərinə rəqib 
subyektlər yarandıqda rəqabət şəraitində fəaliyyət göstərən subyektlər təbii inhisar 
subyekti sayılmır və «Təbii inhisarlar haqqında» AR-nın Qanunu onlara şamil 
edilmir. 
Qanunvericilik təbii inhisar subyektlərinin fəaliyyətini əsasən iki metodla 
tənzim edir: 
1. Əmtəə qiymətlərinin (tariflərinin) tənzimlənməsi. Təbii inhisar 
subyektlərinin məhsuluna qiymətlərin dövlət tənzimlənməsi Azərbaycan 
Respublikasının nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 №li Qərarı 
ilə nizama salınır. Həmin qərara əsasən, qiymətləri ( taarifləri) dövlət tərəfindən 
tənzimlənən malların (işlərin, xidmətlərin) siyasi təsdiq olunmuşdur. 
2. Xidmət göstərilməsi əmcburi olan istehlakçıların müəyyən edilməsi və 
təbii inhisar subyektlərinin istehlakçıların əmtəə üzrə ehtyiacını tam həcmdə ödəyə 
bilmədiyi hallarda onların həmin əmtəə ilə təmin olunmasının minimum 
səviyyəsinin müəyyən edilməsi. 
Bu metodların tətbiq edilməsi üçün Qanunun 7-ci maddəsində təsbit 
olunmuş əsaslar olmalıdır: Belə ki, 7-ci maddəyə əsasən təbii inhisarları 
tənzimləyən orqanlar tənzimlənmə üsullarının tətbiq edilməsi haqqında qərarı 
konkret olaraq hər bir təbii inhisar subyekti üçün, belə bir tənzimləmənin istehsal 
edilmiş və ya satılmış əmtəənin keyfiyyətinin artırılmasında və bu əmtəəyə 


22 
tələbatın ödənilməsində stimullaşdırıcı rolu nəzərə almaqla qəbul edir. Bu zaman 
məsrəflərin nə dərəcədə əsaslandırılmış olması müəyyən edilir və aşağıdakılar 
nəzərə alınır. 
- əmtənin istehsal və ya satış xərcləri, o cümlədən əmək haqqı, xammal və 
materialların dəyəri; üstəlik xərclər; 
- vergilər və digər ödənişlər; 
- əsas istehsal vasitələrinin dəyəri, onların təkrar istehsalı üçün zəruri olan 
investisiya tələbat və amortizasiya ayırmaları; 
- faktiki və proqnozlaşdırılan mənffət; 
- istehsal olunan və ya satılan əmtəənin keyfiyyətinin və kəmiyyətinin 
istehlakçıların tələbatına uyğunluğu; 
- dövlət dotasiyaları və dövlət yardımı ilə bağlı tədbirlər. 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin