olunan sənədlər Namizədlər yalnız aşağıdakı tələbələrə cavab verdikləri təqdirdə fərdi müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər: 1. Bakalavriatdan sonrakı təhsil səviyyələrinə müraciət edən iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisasının xaricdə oxumaq üçün seçdiyi hər iki ixtisasa uyğun olması tövsiyə olunur (ixtisasların uyğunluğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009-cu il, 8 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2011-ci il tarixli, 95 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən müəyyən olunur); 2. İddiaçıların seçdiyi hər iki ixtisasın eyni ixtisas istiqaməti üzrə olması tövsiyə olunur; 3. Bakalavriat təhsil səviyyəsi üzrə təhsil almaq istəyən şəxslər ölkənin ali təhsil müəssisələrinin tələbə qəbulu üzrə aparılan test imtahanları çərçivəsində texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar;
4. 2022/23-cü tədris ili və ya əvvəlki illərdə ümumtəhsil müəssisələrindən məzun olacaq/olmuş Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etməyən iddiaçıların akademik göstəricilərini sübut edən beynəlxalq səviyyədə tanınan imtahan və ya beynəlxalq olimpiada nəticələri (SAT, qızıl/gümüş/bürünc medal sahibi və s.) əsas götürüləcəkdir