müsahibə mərhələsində iştirak hüququ qazana biləcəklər. 11. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almış, lakin Elm və Təhsil Nazirliyi ilə imzaladığı müqaviləyə əsasən 5 il ərzində ölkədə işləmək öhdəliyini yerinə yetirməmiş məzunların sənədləri qəbul edilməyəcəkdir; 12. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 5.4- cü bəndinə əsasən (...dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir), Azərbaycan ali təhsil müəssisələrində yaxud xaricdə dövlət hesabına (“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və hökumətlərarası müqavilələr yolu ilə) təhsil almış şəxslər eyni təhsil səviyyəsi üzrə yenidən müraciət edə bilməzlər;
Sənədlər: 1. Avropa İttifaqı CV nümunəsində (Europass format) doldurulmuş CV (namizədin şəkli əlavə olunmalı, təhsil almaq üçün müraciət etdiyi dildə və ya ingilis dilində hazırlanmalı); 2. Motivasiya məktubu - təhsil alacağınız ixtisas və Macarıstanda təhsillə bağlı məqsəd və gözləntiləriniz barədə minimum 1 səhifədən ibarət qısa xülasə (Times New Roman 12 şrifti ilə ingilis və ya macar dilində yazılmış); 3. Xarici dil sertifikatı (IELTS; TOEFL; Duolingo*); *Müraci ət edilən ali təhsil müəssisəsi qəbul etdiyi təqdirdə. 4. Təhsil sənədləri (ingilis və ya macar dilində notarial qaydada tərcümə və təsdiq olunmuş)