Magistr OL Tədris Mərkəzi 070/055/050-6623757 Kənan Şərifli
Ms Excel-də funksiyalar
FACT (faktorialı hesablayır) məsələn:
=FACT(4) →1*2*3*4=24 və yaxud 4 əvəzinə (A8) hər hansısa xana yazıla bilər,
xanadakı qiyməti götürüb faktorialın hesablayacaq .
ABS (modulu hesablayır) məsələn:
=ABS(-16) → =16 və yaxud “-16” əvəzinə xana yazıla bilər, xanadakı
ədədin
modulunu göstərəcək.
POWER (verilmiş ədədim qüvvətini tapır) məsələn:
=POWER(5,2) → 5^2=25 ,
=POWER(A1,B1) yəni A1 xanasında
olan qiymətin üzərində B1 xanasındakı qiymət :) A1
B1
PRODUCT (hasili hesablayır) məsələn: =PRODUCT(5,7) → 5*7=35 və yaxud qiymət əvəzinə xana ünvanları yazıla bilər,
diapazon yazıla bilər. Məsələn =PRODUCT(C5,F4) həmin xanadakı qiymətləri bir birinə vuracaq. Diapazon göstərərsə
=PRODUCT(A1:B5) həmin diapazondakı qiymətləri bir birinə vuracaq, boş xanalar və mətn tipli xanalar nəzərə alınmır.
Sum (cəmi bildirir) məsələn:
=Sum(9,7) → 9+7=16 və yaxud xana və diapazon yazıla bilər .
=Sum(A1,B5),
=Sum(B8:E9) .
Boş xanalar və ədəd tipli olmayan xanalar nəzərə alınmır.
SUMİF (müəyyən şərt daxilində ədədləri toplayacaq) məsələn:
=SUMİF(A1:C7, "<5") → bu düstur diapazonda olan və 5-
dən kiçik olan ədədləri toplayacaq.
AVERAGE (orta qiymətin tapılması) orta qiymətin tapılması nə deməkdir? Yəni ədədləri toplayıb "sayına" bölürük.
Məsələn: =AVERAGE(5,6,7) → (5+6+7)/3=6, burda da həmçinin xanalara istinad ola bilər yəni
=AVERAGE(B5,C5,D5,E5) → (B5+C5+D5+E5)/4.
COUNT (bu funksiyanın işi gücü yalnız ədədləri saymaqdır) məsələn: =COUNT(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =10
=COUNT(A1:F8) → bu diapazondakı ədədləri sayacaq.
COUNTA (əvvəlki funksiyadan fərqli olaraq bütün dolu xanaları sayır) məsələn:
=COUNTA(F5:K5) → bu diapazondakı
bütün dolu xanaları sayacaq və ya =COUNTA(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =15
COUNTİF (müəyyən şərti ödəyən verilənləri sayacaq) məsələn:
=COUNTİF(A1:D7, ">2019") bu diapazonda 2019 dan
böyük olan ədədləri sayacaq =COUNTİF(A1:D7, "MagistrOL") bu diapazonda MagistrOL sözlərini sayacaq.
Max ( maksimum qiymətin tapılması) məsələn:
=Max(4,5,6,7) → =7 və ya
=Max (A1:B5) →bu diapazondakı
ən böyük
ədədi tapacaq.
Min (minimum qiymətin tapılması) məsələn:
=Min(4,5,6,7) → =4 və ya
=Min(A1:B5) →bu diapazondakı ən kiçik ədədi
tapacaq.
LEN (xanadakı simvolların sayını tapır) məsələn:
=LEN("MagistrOL") → =9 və ya
=LEN(K2) → K2 xanasındakı
simvolların sayını tapacaq.
Right ( xanada yerləşən sözün, cümlənin müəyyən hissəsin "sağdan" kəsib saxlayacaq) məsələn:
=Right("Şərifli Kənan", 5) → Kənan və ya
=Right(A4,8) bu xanada, sağdan 8 simvolu kəsib saxlayacaq.
Left ( yuxardakı düsturla eyni funksiyanı yerinə yetirir, "Right" sağdan müəyyən simvolu kəsib saxlayırdısa, "Left" soldan
kəsib saxlayır) məsələn: =Left("Mükəmməl Tələbələrim", 8) = Mükəmməl
Magistr OL Tədris Mərkəzi 070/055/050-6623757 Kənan Şərifli
İf → (bu funksiyanı
bir alqoritm kimi düşünün, şərt ödənən halda hə ilə gedib qiymət hesablayırdıq əks halda yox ilə gedib
digər qiyməti hesablayırdıq və ya tərsinə) məsələn: =IF(A3>20;A1+B1;A1*C2) yəni “A3” 20-dən böyükdürsə “A1+B1”
hesabla əks halda “A1*C2” hesabla.
And → True(doğru) olması üçün bütün şərtlər doğru olmalıdır. False(səhv) olması üçün, bir şərtin səhv olması kifayətdir.
Or →True(doğru) olması üçün bir şərtin doğru olması kifayətdir. False(səhv) olması üçün bütün şərtlər səhv olmalıdır.
Not → İnkarı bildirir. True(doğru) olması üçün şərt səhv olmalıdır, False(səhv) olması üçün şərt True(doğru) olmalıdır.
Mütləq_ünvan'> Nisbi və Mütləq ünvan
A8 və ya F56 bunlar nisbi ünvanlardı yəni birinci sütun daha sonra isə sətrlər gəlir. Ms Exceldə sütün hərflərlə sətr isə
rəqəmlərlə işarələnir.
Mütləq ünvan qarşısında dollar olandır: $A$8 ; $A8 ; A$8 bax bu cür yazılışlar mütləq ünvandır. Başqa cür yazılış yoxdur
elə bunlardı. Birdə düsturların sürüşdürülməsi var. Belə deyim hər hansısa bir xanaya məsələn C4 xanasına hansısa düstur yazılır,
həmin düsturu başqa bir xanaya köçürməyimizi istəyir bu zaman nə edirik? Qarşısında dollar olan hərf və ya rəqəm dəyişməz olaraq
qalır birdə dəyişməz olaraq qalan sabitlərdi yəni tək verilmiş rəqəmlər.
C4
xanasına əgər
$A$8 + $B9 + C$10 + 11
yazılıbsa, həmən düsturu
D5
xanasına köçürməyimizi tələb edirsə o zaman hər birini
dəyişirik. Dediyimiz kimi qarşısında dollar olan dəyişmir birdə sabit. C4 - dən D5 - ə hərfimiz və rəqəmlərimizin sayı nə qədər artırsa
digərlərinidə o cür dəyişirik.
.
$A$8+$B10+D$10+11
.
Məsələn
C4
dən
E7
-ə hərflər iki vahid artacaq rəqəmlər isə 3
$A$8+$B12+E$10+11
Xanaların sətrlərin və sütunların sayılması
B3:F9 bizə bu formada bir diapazon (
diapazon anlayışı iki nöqtəni bildirir “ : ” və ilk xanadan son xanaya qədər bir
düzbucaqlı qurur) verilib və bizdən sütun, sətr və xana sayını istəyir nə etməliyik?
Ms Exceldə 2
20
-
sətr, 2
14
- sütun var
Sətr sayı → B3:F9 (son xananın sətrindən ilk xananın sətri çıxılır və
üzərinə 1 əlavə olunur)
9-3+1=7
Sütun sayı → B3:F9 ( B-dən F-ə qədər hərflər sayılır) b,c,d,e,f = 5
Xana sayı → (sətr * sütun sayı) 7*5=35