Cədvəl 3.1
Respublikamızın müəssisələrində istehsalın texniki
səviyyəsinin dəyişməsinin material məsrəflərinə və məhsulun (iş və
xidmətlərin) maya dəyərinə təsirinin təhlili (mancanaq dəzgahları üzrə)
2015-ci il
Göstəricilər
|
Elmi-texniki
tədbirlərin
|
Elmi-texniki tədbirlərin tətbiqindən sonra
|
Maya dəyərinin dəyişməsi
|
|
tətbiqindən
əvvəl
|
standart
üzrə
|
faktiki
|
standart
üzrə
|
faktiki
|
kənarlaşma
|
1 .Məhsul vahidinə məsrəfi, tonla
|
2258,0
|
2203,0
|
2219,0
|
-5,5
|
-3,9
|
+ 1,6
|
2.Bir ton materialın maya dəyəri, mln manatla
|
1320
|
1418
|
1371
|
-98
|
-51
|
+47
|
3.İlin sonuna kimi elmi- texniki tədbirin tətbiqindən sonra məhsul buraxılışı, mln ədədlə
|
-
|
0,075
|
0,08
|
-
|
-
|
+0,005
|
4.Maya dəyərinin dəyişməsi, mln manatla
|
_
|
-
|
-
|
209,91
|
49,35
|
-160,56
|
3.1 saylı cədvəlin məlumatlarından göründüyü kimi, müəssisələrində istehsalın texniki səviyyəsinin yüksəlməsi nəticəsində məhsulun (iş və xidmətlərin) materialtutumu aşağı düşmüş və bu amil hesabına maya dəyərinin dəyişməsi standart üzrə 1072,5 min. manat ((2203,0 x 0,1418-2258,0x0,1320)x0,075), faktiki olaraq isə 488 min. manat ((2219,0 x 0,1371-2258,0 x 1320) x 0,08) təşkil etmişdir. Qeyd edək ki, bu hesablamalar
formulası üzrə aparılmışdır.
Qeyd etmək lazımdır ki, bir sıra iqtisadi ədəbiyyatlarda və elmi- tədqiqat işlərində məhsulun (iş və xidmətlərin) materialtutumuna istehsala elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə əlaqədar olan amillərin təsirini hesablamağa və qiymətləndirməyə imkan verən orjinal formula təklif olunur və onun optimal olması iddia edilir. Bizim fikirmizcə,
formulasının hərtərəfli və optimal olmasına baxmayaraq onun köməyilə istehsala elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə əlaqədar olan amillərin materialtutumuna təsirini bütövlükdə hesablamaq və qiymətləndirmək mümkün olmur. Bu formulada
∆METT- məmulatın materialtutumunun dəyişməsinə elmi-texniki tərəqqi amilinin təsirini göstərən nisbi kəmiyyəti,
R0M- istehsal edilmiş məhsulun materialtutumunun bazis strukturunu,
R0np, R1np - müvafiq olaraq hesabat və bazis dövrlərində material resursları sərfinin xüsusi çəkisini (birbaşa məsrəflər əmsalı) göstərir.
Məhz buna görə də iqtisadi təhlil prosesində buraxılmış məhsulun materialtutumunun bazis strukturu aşağıdakı düstur vasitəsilə müəyyən olunur.
Burada: α0 - müəssisənin ümumi əmtəəlik məhsul buraxılışının tərkibində i növ məhsulun xüsusi çəkisini,
φ0M - material-texniki resurs vahidinin orta alış qiymətini,
Z0np - məhsulun orta satış qiymətini ifadə edir.
Mühasibat uçotunun sadələşdirildiyi və bir sıra statistik hesabatların ixtisar edildiyi müasir şəraitdə həmin düsturlar vasitəsilə (buna müəssisənin texniki xidmət şöbəsinin hesabatlarım və 12-SN saylı formanı misal göstərmək olar) elmi-texniki tərəqqinin tətbiqi ilə əlaqədar olan amillərin məhsulun (iş və xidmətlərin) material tutumunun dəyişməsinə təsirini müəyyən etmək və qiymətləndirmək (hesablama üçün zəruri olan informasiyanın olmaması) mümkün olmur. Ona görə də öyrənilən problemin aktuallığı nəzərə alınaraq yuxarıda göstərilən formulam modifikasiya etmək və həmin düsturu idarəetmə uçotunun verə biləcəyi informasiyanın tələblərinə uyğunlaşdırmaq zərurəti yaranır. Bu zaman, qeyd olunan formula, bizim fikrimizcə, aşağıdakı şəkilə salma bilər.
Burada: jm - materialların sərfi normalarının dəyişməsinin nisbi kəmiyyətini,
β0 - bazis dövründə konkret növ məmulatın materialtutumunu,
K1 - hesabat dövründə buraxılmış məhsulun strukturunu göstərir.
Göründüyü kimi, bazar münasibətləri şəraitində istehsalın texniki səviyyəsinin dəyişilməsinin materialtutumuna təsirinin öyrənilməsinin nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyəti vardır. Çünki, müəssisələrdə istehsalın texniki səviyyəsinin yüksəldilməsi, məhsulun keyfiyyətinin və çeşidliliyinin yaxşılaşdırılması, material tutumunun azaldılmasında metalın keyfiyyətinin həlledici rolu, konstruksiyanın və metal emalı texnologiyasının təkmilləşdirilməsi kimi problemlərin həlli üçün konkret iş şəraiti nəzərə alınmaqla xüsusi metaltutumu göstəricisi (yerinə yetirilən işlərə görə) hesablanmalı, iqtisadi cəhətdən məqsədəuyğun və mənəvi aşınmanın başlanması imkanlarını nəzərə alan optimallaşdırma siyasəti həyata keçirilməlidir. Neft- maşın və avadanlıqların əsas parametrlərinin standartlaşdırılması, detal və qurğuların eyniləşdirilməsi və bu göstəricinin səviyyəsinin yüksəldilməsi istehsalın ixtisaslaşdırılmasmın dərinləşməsinə səbəb olur. Bu isə, öz növbəsində, konstruksiyalarm çəkisinin azaldılmasına əlverişli şərait yaratmaqla məmulatların metaltutumuna, əməktutumuna və maya dəyərinə təsir göstərir. Bundan başqa, istifadə olunan materialların strukturunun və keyfiyyətinin yaxşılaşdırılması materialtutumunun azaldımasmda mühüm rol oynayır. İstehsal prosesində mütərəqqi materialların tətbiqi konstruksiyaların çəkisini bilavasitə azaltmağa, texniki və istehlak xassələrinin yaxşılaşmasına əlverişli şərait yaradır. Ona görə də yaxın perspektivdə maşınqayırma sənayesində bahalı və daha az tapılan materialları konstruksiya materialı kimi polimerləri tətbiq etmək hesabına istehsaldan kənarlaşdırmaq olar. Neft mədən avadanlığının metal qovşaqlarının plastik kütlə və polimerlərlə əvəz olunması bir çox hallarda konstruksiyanın metaltutumunu azaldır, həmçinin maşının istismar və texniki göstəricilərini yüksəldir. Deməli, bütün hallarda məhsulun (iş və xidmətlərin) materialtutumunun azaldılması və istehsalın səmərəliyinin yüksəldilməsinin ən mühüm yollarından biri kimi metala qənaət texnologiyanın, texniki və təşkilati səviyyənin yaxşılaşdırılması ilə birbaşa əlaqədardır. Qeyd etmək lazımdır ki, istehsala yeni texnika və texnologiyanın tətbiqi, onların mənimsənilməsi əlavə xərclərlə bağlıdır və bu təyinatdan olan məsrəflərin kompensasiyası mexanizmi müasir bazar münasibətləri şəraitində hələ də dəqiq müəyyən olunmamışdır. Bu isə, öz növbəsində, mütərəqqi materialların, texnika və texnologiyanın tətbiqinə marağı azaldır, həyata keçirilən təşkilati-texniki tədbirlərin səmərəliyini aşağı salır. Ona görə də bazar iqtisadiyyatı şəraitində bu və ya digər problemlərin həlli maşınqayırmanın və metal emalının kompleks inkişafı, nəzəri və praktiki məsələlərin uzlaşdırılması, dərin elmi-tədqiqat işlərinin həyata keçirilməsi yolu ilə mümkündür.
Dostları ilə paylaş: |