Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin


Dissertasiya işinin strukturu aşağıdakı kimi müəyyənləşdirilmişdir



Yüklə 370,62 Kb.
səhifə7/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   2   3   4   5   6   7   8   9   10   ...   23
Mirelizade Vuqar

Dissertasiya işinin strukturu aşağıdakı kimi müəyyənləşdirilmişdir: giriş, üç fəsil (11 paraqraf), nəticə və təkliflər, istifadə olunmuş ədəbiyyat siyahısından ibarət olmaqla, kompyuterdə yığılmış 84 səhifə həcmindədir.

FƏSİL I. MATERİAL EHTİYATLARININ UÇOTUNUN NƏZƏRİ-METODOLOJİ MƏSƏLƏLƏRİ

1.1. Material ehtiyatlarının maliyyəti, təsnifatı və uçotunun qarşısında duran vəzifələr.
Bazar münasibətləri şəraitində istənilən təsərrüfat subyektinin uğurlu fəaliyyəti material resurslarından səmərəli istifadə ilə bilavasitə bağlıdır. Milli iqtisadiyyatın bütün sahələrində, xüsusilə neftmaşınqayırma sənayesində sahibkarlığın inkişafı, müəssisələr arasında birbaşa təsərrüfat əlaqələrinin intensivləşdirilməsi, material məsrəflərinin minimuma endirilməsinin vacib olduğu bir şəraitdə səmərəliliyin ən mühüm göstəri­cilərindən olan məhsulun (iş və xidmətlərin) material tutumunun azaldılması ehtiyatlarının müəyyən edilməsi, mühasibat uçotu, audit və iqtisadi təhlilin yeni prinsiplər əsasında qurulması mühüm əhəmiyyət kəsb edir. İqtisadi əlaqələrin inkişaf etdiyi müasir şəraitdə neftmaşınqayırma sənayesi müəssisələrinin metal, yanacaq, elektrik enerjisi və digər növ material resursları ilə müntəzəm və fasiləsiz təmin olunması məhsulun (iş və xidmətlərin) material tutumunun səviyyəsinin dəyişmə meylinin öyrənilməsini və qiymətləndirilməsini ön plana çəkir. Bundan başqa, neft müqavilələrinin (kontraktlarının) bağlanılması və xarici investisiyaların cəlb olunması, maşınqayırma sənayesinin inkişaf tempi İlə müqayisədə istehlak olunan xammal və material resurslarının həcminin daim artması imkanlarının məhdudluğu problemə yenidən baxılmasını, resurs və istehsal potensialının reallaşdırılmasında kökündən dəyişiklikləri təmin edən tədbirlər proqramının həyata keçirilməsini, məhsulun keyfiyyətini aşağı salmadan material resurslarına edilən qənaətin (artıq xərcin) məbləğini mütləq və nisbi ifadədə hesablamağa imkan verən iqtisadi təhlilin ənənəvi qaydalardan fərqli yeni metodikasının işlənib hazırlanmasını obyektiv zərurətə çevirir. Məlumdur ki, bazar iqtisadiyyatı hər bir sahibkarın (mülkiyyətçinin) və ya təsərrüfat subyektinin qarşısında ciddi tələblər qoyaraq bütün növ maddi resurslardan, ilk növbədə material dövriyyə kapitalından daha effektivli isti­fadə etməyə və məhsul (iş və xidmətlər) vahidinin hər manatına düşən metal, yanacaq, elektrik enerjisi və s. sərfini minimuma endirməklə istehsalın səmə­rəliyinin yüksəldilməsinə zəmin yaradır. Araşdırmalar göstərir ki, material dövriyyə kapitalına qənaət əlavə xərc çəkmədən məhsul (iş və xidmətlər) istehsalının həcminin artmasına səbəb olur və son nəticədə mühüm keyfiy­yət göstəricisi (sintetik) sayılan material tutumunun səviyyəsinin aşağı düş­məsinə imkan verir. Məhz bu baxımdan müasir bazar münasibətləri şəraitində material resurslarına qənaət probleminin aktuallağı daha da artır, material­tutumunun mövcud uçot və hesabat məlumatlarının tələblərinə cavab verə bilən təhlili metodikasının yeni aspektdə işlənib hazırlanmasına yaranan tələbat xeyli güclənir.

Neft maşınqayırma sənayesi müəssisələrində yeni bazar strukturlarının səmə­rəli fəaliyyəti, material məsrəflərinin minimallaşdırılması və material tutumunun səviyyəsinin aşağı salınması ehtiyatlarını aşkara çıxarmağa imkan verən iqtisadi təhlilin mövcud metodikasının intensiv tətbiqini nəzərdə tutur. Bu problemlə bağlı geniş araşdırmaların aparılmasına baxmayaraq, hələ də mate­rial tutumunun səviyyəsinə təsir edən amillərin bazar iqtisadiyyatının və təsər­rüfat fəaliyyəti təhlilinin informasiya bazası sayılan mühasibat uçotunun tələb­lərinə cavab verə bilən təsnifatı işlənib hazırlanmamış, bu göstərici ilə “istehsalın həcmi-məsrəf-mənfəət” sxemi arasındakı funksional əlaqənin xarakteri tam açılmamış və material tutumunun tədqiqinin yeni aspektləri bir qədər diqqətdən kənarda qalmışdır. Bundan başqa, bazar münasibətləri şəraitində material­ tutumunun təhlilinin beynəlxalq standartlara uyğunlaşdırılınası, neft kontrakt­ları ilə əlaqədar material resurslarına olan tələbatın dəyişmə istiqamətləri, xarakterli məsələlər sahibkarlığın inkişafı, neft kontraktlarının imzalandığı və xarici kapitalın (investisiyanın) cəlb olunduğu, yeni mülkiyyət və istehsal münasibətlərinin formalaşdığı indiki şəraitdə demək olar ki, araşdırılmamışdır. Məhz bu baxımdan, respublika iqtisadiyyatının mühüm sahələrindən biri olan neft maşınqayırma sənayesində materiallardan istifadənin səmərəliyinin yüksəl­dilməsi və məhsulun (iş və xidmətlərin) material tutumunun aşağı salınması ehtiyatlarının dərindən təhlil olunması tələb olunur. Nəzərə alsaq ki, Azərbay­canda neft və neft maşınqayırma sənayesinin gələcək inkişafı üçün əlverişli şərait vardır, deməli iqtisadiyyatın bu mühüm sahəsində yeni tədqiqatlar aparılmalı və material tutumunun dəyişilməsi istiqamətləri (meylləri) elmi cəhətdən düzgün əsaslandırılmalıdır. Bundan başqa, neft və neft maşınqayırma sənayesinə milli iqtisadiyyatımızın əsas tərkib hissəsi kimi baxsaq, bazar münasibətləri şəraitində bu sahənin təsərrüfat mexanizminin formalaşması, materiallardan istifadənin səmərəliyinin və material tutumunun səviyyəsinə təsir göstərən amillərin elmi cəhətdən əsaslandırılmış təsnifatının və onların amilli (çoxamilli) təhlili meto­dikasının tamamilə yeni aspektdə işlənib hazırlanması lazım gəlir. Çünki, bazar münasibətlərinə keçid dövründə idarəetmənin yenidən qurulması məhsulun (iş və xidmətlərin) material tutumunun aşağı salınması problemini nəinki aradan qaldırmır, əksinə, hətta onun dərindən və kompleks surətdə tədqiqini daha da zəruri edir [2, s. 34].

İqtisadiyyatın ümumi tərifində də əks olunduğu kimi, səmərəlilik vasitəsilə iqtisadi düşüncənin ilk pilləsi formalaşır. Material ehtiyatları da bir iqtisadi kateqoriya olaraq səmərəlilik göstəricilərinə tabe olmaqla inkişafa doğru istiqamətləndirilir. Respublikamızın Konstitusiyasında və müxtəlif qanunlarında da qeyd olunduğu kimi, dövlətimiz ölkə əlrazisində olan resurslardan səmərəli istifadə olunması məsələsini çox önəmsəyir. Düzdür, bu qəbul edilən bir faktdır ki, qanunlar bütün problemlərin həlli formasını və qaydasını özündə əks etdirmək iqtidarında deyil. Məhz bu səbəbdən də dövlət işçilərinin daha ayıq-sayıq olmaları tələb olunur.

Bazar münasibətləri şəraitində qızıl qanun daha az məsrəflə istehsal edib daha yüksək qiymətə satmağa çalışmaqdır. Bu qanun şəxsi mənafelərin ən üst səviyyədə olduğunun göstəricisidir. Ancaq məhsulların az məsrəflə istehsalına biz mənfi hal kimi baxmamalıyıq. Qənaət təkcə bir müəssisə üçün yox, bütün milli iqtisadiyyat üçün tətbiqi vacib olan ən önəmli iqtisadi kateqoriyadır.

Məhsul istehsalının qənaətli şəkildə həyata keçirilməsi üçün firmada, müəssisədə və ya təsərrüfatçılıq sahəsində mövcud olan xammalların, materialın, dəqiqləşdirilmiş şəkildə uçotu aparılmalı, ümumi istehsal vahidlərə ayrılmalı, ayrılan hər bir vahidin istehsalında müxtəlif mənfi halların yaşanmasının, israfçılığın, mənimsəmənin baş verməsinin qarşısının müxtəlif üsullarla alınmasının yolları axtarılıb tapılmalıdır. Ölkəmizin ərazisində olan böyük şirkətlərin tarixinə nəzər yetirsək, görərik ki, uçot məsələsi bu tarixdə çox önəmliyer tutur. Dünyanın iri şirkətləri də həmçinin uçot məsələlərinə və təhlilə çox böyük üstünlük verilir. Bu hal da onların inkişafının təməl bazasını təşkil edir.

Həmçinin xarici şirkətlərin ümumi təcrübəsi bizə sübut edir ki, hər bir məhsul vahidinə düşən səmərəliliyin artırılması yanacaq, xammal, material və digər ehtiyat növlərinin səmərəli şəkildə istifadəsi ilə mümkündür.

Respublikamızda təbii sərvətlər və onlardan istifadə ən böyük problemlərdən biridir. İstehsalın genişləndirilməsi yalnız çəkilən material xərclərinin artırılması hesabına deyil, həm də qənaət və məsrəflə də həyata keçirilə bilər. Səmərəlilik göstəricilərinin yüksək həddinin müəyyən olunması üçün bu ən önəmli qaydalardan biridir. Bildiyimiz kimi, istehsal olunan hər bir məhsul vahidində materiala çəkilən xərclər çox böyük yer tutur və maya dəyərinin əsasını təşkil edir. Material ehtiyatları material tutumunun yüksək olduğu sahələrdə: yeyinti sənayesi, tikinti və s. istehsal edilən məhsulun orta maya dəyəri göstəricisinin tərkibində 80-90%-lə çox yüksək payı tutur.

Onu da nəzərə alsaq ki, respublikamızın ümumi inkişafı bu günə qədər daha çox neft sənayesi ilə, yəni materialtutumlu sahə ilə bağlı olmuşdur, o zaman onu dəqiq deyə bilərik ki, material-texniki ehtiyatların kütləvi şəkildə istehsala cəlb olunması normal bir haldır. Heç kimə də sirr deyildir ki, hər hansı bir ərazidə olan xammal və material resursları məhduddur. Bu amil də sirr deyildir ki, təbii olan xammal və material resurslarının yenidən bərpası qeyri mümkündür. Bu zaman fikrimizə ilk gələn qənaət və məsrəf rejiminin işə düşməsi olur. Bu rejimin işə düşməsi ilə birlikdə səmərəliliyinin artırılması əldə olunur ki, bu da, daha az xərc və daha çox istehsal deməkdir.

Bildiyimiz kimi, emal sənayesində hasilat sənayesindən fərqli olaraq məhsulun istehsalında daha az və əmək və kapital sərmayəsi vəsaiti sərf edilir. Məhz bu səbəbə görə də emal sənayesinin sahələrində istehsalın mərkəzləşdirilməsi və təmərküzləşdirilməsi nəticəsində təkmilləşdirmə işləri keçirilməli və bunun hesabına da material resurslarının xərclənməsinə qənaət üçün daha yaxşı variantlarının tapılmasını daha sərfəli şəkildə həyata keçirməliyik. Emal sənayesində elmi texniki tərəqqinin son nailiyyətlərindən istifadə olunması yolu ilə material resurslarına qənaət üsulu dünya təcrübəsində daha çox istifadə olunur. Bildiyimiz kimi, elmi tərəqqinin nailiyyətlərindən istifadə olunması qısamüddətli dövrü ərzində müəssisənin gəlirlərində artımın qarşısını alır. Ancaq bu, uzunmüddətli dövr ərzində müəssisənin gəlirləri və mənfəət kateqoriyalarını müəyyən etməyə çalışsaq, bu zaman görərik ki, müəssisənin gəlirləri dəfələrlə artmışdır.

Onu da qeyd edək ki, material tutumu göstəricisinin aşağı səviyyələrdə salınmasında materiallarının ümumi şəklidir, emalın texnikası və elmi texnologiyasının təkmilləşdirilməsi, müasir avadanlıqların alınması, material tutumunun və material veriminin ümumi göstərici olaraq səmərəliliyinin artırılmasında yeni yollar açır. Ümumiyyətlə, hər hansı bir məhsulun, material tutumunun ümumi səviyyəsi bəzən ilkin şəkildə alınmış, xammalın və materialların, bəzən isə təkrar istehsala daxil olmamış materialların keyfiyyət göstəriciləri əsasında müəyyən olunur.

Biz burada belə bir arqumentdən istifadə edə bilərik. Məhsulun, material vahidinə çəkilən xərcin və nəticədə maya dəyərinin azaldılmasını yönəldilən siyasətin nəticəsi əhalinin ümumi rifah halının artması ilə müşahidə olunur. Bu amili belə izah edə bilərik. Məhsulun bir vahidinin istehsalına çəkilən xərclərin material ehtiyatlarının azaldılması hesabına azaldılması şirkətə və yaxud da müəssisəyə daha çox məhsul istehsal etməyə imkan verəcəkdir. Bu da o deməkdir ki, firma və yaxud da müəssisə bazarda daha çox məhsulla iştirak edəcəkdir. Bazarda yaranan məhsul bolluğu isə nəticədə qiymətlərin aşağı düşməsinə səbəb olacaqdır. Hər hansı bir məhsulun qiymətinin aşağı düşməsi isə hamıdan əvvəl ölkə əhalisinin işinə yarayacaqdır [6, s. 223].

Hər hansı bir məhsulun istehsalının səmərəliliyinin ölçülməsi 3 əsas göstəricinin dinamikası və ümumi olaraq qarşılıqlı təsirləri ilə müəyyən olunur:



  • Fond tutumu

  • əmək tutumu

  • Material tutumu

Bu göstəricilərdən hər biri öz özlüyündə məsrəflərin və yaxud da xərclərin hər hansı bir tərəfini xarakterizə edir.

O da məlumdur ki, canlı əməyə və əşyalaşmış əməyə qənaət istehsalın və ümumi olaraq milli gəlirin artım tempini müəyyənləşdirir. Yuxarıda adıçəkilən hər 2 amilin göstəricilərinin aşağı salınması canlı əməyə çəkilən xərclərin aşağı salınması ilə bərabər, həm əsas fondlardan istifadənin səmərəli şəkildə yüksəldilməsinə imkan verir.

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununda göstərildiyi kimi, materialı istehsal ehtiyatları hər hansı bir müəssisənin əmlakının, daha dəqiq desək, müəssisənin dövriyyə aktivlərinin bir hissəsi olmaqla aşağıda göstərilən bir sıra məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir [1, s. 6].

a) xidmətlərin göstərilməsi və yaxudda hər hansı bir işin yerinə yetirilməsi zamanı və məhsul vahidinin istehsalında;

b) idarəetməyə çəkilən xərclərin ödənilməsi üçün

c) ehtiyac olarsa satılmaq üçün

Ümumi olaraq isə hər hansı firmanın dövriyyə aktivləri olaraq aşağıdakıları göstərə bilərik.


  • Yanacaq, hazır məhsul, material, mal, xammal və başqa formalarda olan material ehtiyatları

  • Bankda və yaxud dağ kassada olan pul vəsaitləri

  • Debitor borcları

Məhsulun istehsalı zamanı istifadə olunan əsas materiallar və yaxud da xammal məhsulun maddi əsasını təşkil etməklə bərabər öz tərkiblərində öz kənd təsərrüfatı məhsullarını sənayenin emal məhsullarının metal şəkər parçası və sair kimi məhsulları özündə cəmləşdirir. əsas materiallardan başqa köməkçi materiallar da mövcuddur. Köməkçi materiallar daha çox xammal və əsas materialların sayəsində düzəldilən və ya istehsal olunan məhsullara müəyyən xüsusiyyətlərin əlavə edilməsi üçün istifadə olunur. Köməkçi materiallardan misal olaraq, hər hansı bir avtomobilin rənglənməsi üçün boya və lakın istifadə olunmasını, kolbasa istehsalı üçün hər hansı ədəbiyyatı maddələrinin əlavə olunmasını göstərmək olar.

Hər hansı bir xammalın və materialların, köməkçi və ya əsas kimi götürülməsi şərtidir. Yəni bir məhsul hər hansı bir sferada istifadə olunduğu zaman əsas material kimi, digər bir sferada isə köməkçi material kimi çıxış edə bilər.

Material ehtiyatlarının öyrənilməsi zamanı yarımfabrikat amili də çox vacib kateqoriyalardan biri kimi qəbul edilir. Yarımfabrikatlar elə materiallara deyilir ki, onları emal sənayesinin müəyyən mərhələsini keçmişdir, ancaq hazır məhsul sayılmırlar.

Uçot zamanı qaytarılası tullantıları anlayışından da istifadə olunur. Belə tullantılar o zaman meydana çıxır ki, emal prosesində müəyyən əlavələr meydana gəlir, hansılar ki, bu əlavə materiallardan yenidən istifadə etmək mümkündür. Belə tullantılara metal konstruksiyaların istehsalı zamanı alınan metal qırıntılarının misal göstərmək olar.

Uçotda qeydə alınan digər bir göstərici isə tara və tara materialları, yanacaq və ehtiyat hissələridir, hansı ki, bunlar köməkçi materialların tərkibi hissəsinə aid edilir. Adları çəkilən hər bir material da müəyyən göstəricilər əsasında qruplaşdırılır. Yanacaqlar, köməkçi material olaraq mühərrik yanacaqlarına, texnoloji yanacaqlara və təsərrüfata cəlb olunan yanacaq qruplarına ayrılır.

Məhsulların yüklənməsi, mühafizəsi və qablaşdırılması üçün nəzərdə tutulan material ehtiyatları tara adlanır.

Hər hansı bir avadanlığın, maşının köhnəlmiş və yaxud da xarab olmuş hər hansı bir detalını düzəltmək, təmir etmək və ya dəyişdirmək üçün nəzərdə tutulan hissələr ehtiyat hissələri adlandırılır.

Azqiymətli əşyalar qrupunda müvəqqəti xarakter daşıyan tikililər xüsusi şəkildə hazırlanmış ayaqqabı və geyimlər, habelə xüsusi ləvazimatlar və müəyyən şəkildə təyinat olan avadanlıq və alətlər cəmlənmişdir.

Ehtiyat olaraq material ehtiyatları və yaxud da istehsalat ehtiyatlarının müəyyən şəkildə qiymətləndirilməsi, onların mühasibat uçotunun norma və qaydalara uyğun olaraq tənzimlənmələri sistemində aparıcı yerə malikdir. Belə materiallar əldə olunma üsullarından asılı olaraq mühasibat uçotu hesablamalarında faktiki olaraq maya dəyərində qeydə alınmır.


Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin