Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin



Yüklə 370,62 Kb.
səhifə3/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   2   3   4   5   6   7   8   9   ...   23
Mirelizade Vuqar

Tədqiqatın obyekti və predmeti. Tədqiqat işinin predmetini bazar iqtisadiy­yatı şəraitində neftmaşınqayırma məhsulunun material tutumunun təhlili me­todikasının işlənib hazırlanması, onun səviyyəsinin aşağı salınması ehtiyyatlarının aşkara çıxarılması və qiymətləndirilməsi təşkil edir.

Problemin öyrənilmə səviyyəsi. Material resurslarından istifadənin uçotu və təhlili metodikasının təkmilləşdirilməsi problemi iqtisad elmində ən cox tədqiq olunan məsələlərdən biri sayılır. Müxtəlif ölkələrin iqtisadçılarından A.F.Aksenenko, Q.Ə.Abbasov. V.A.Beloborodovu, S.B.Bamqols, M.İ.Bakanov, A.D.Şeremet, V.F.Paliy, V.I.Petrova, R.S.Sayfulin, A.M. Sə­limov A.A.Çeçeta, S.M.Səbzəliyev, N.M. İsmayılov, H.t.Namazəliyev, İ.M.Mahmudov, R.B.Əliyev və başqalarının əsərlərində material re­surslarından istifadənin sistemli uçotu və kompleks təhlili ilə bağlı məsələlərə geniş yer verilmiş və onun təkmilləşdirilməsinə dair konkret təkliflər paketi işlənib hazırlanmışdır. Lakin, müəssisənin resurs təminatının yaxşılaşdırılma­sı. istehsal potensialının səfərbər edilməsi vasitəsilə məhsulun material və əməktutumunun aşağı salınması ehtiyatlarının aşkara çıxarılması material re­surslarının qiymətləndirilməsinin nəzəri, metodoloji və konseptual problem­lərinin yenidən araşdırılmasım zəruri edir. Sadalanan bu və ya digər problem xarakterli məsələlər iri həcmli neft müqavilələrinin imzalandığı, xarici kapi­talın cəlb olunduğu və bununla əlaqədar məhsuluna xüsusi tələbat yarandığı müəssisələrdə demək olar ki. araşdırılmamışdır. Məhz bu baxımdan, müəssisələrdə mate­rial resurslarının sistemli uçotu, onlardan istifadənin səmərəliliyinin yüksəldilməsi, məhsulun material və əməktutumunun aşağı salınması ehti­yatlarının dərindən təhlil olunması tələb olunur. Maşınqayırma və onun məh­sulunun əsas istehlakçısı sayılan neft və qazçıxarma sənayesinə milli iqtisa­diyyatımızın tərkib hissəsi kimi baxsaq, onda bazar münasibətləri şəraitində material və əmək resurslarından istifadə səviyyəsinə təsir göstərən amillərin elmi cəhətdən əsaslandırılmış təsnifatının, onların sistemli mühasibat uçotu və kompleks təhlili metodikasının tamamilə yeni aspektdə işlənib hazırlan­ması lazım gəlir. Çünki, bazar iqtisadiyyatına keçid material və əmək resurs­larından istifadənin uçotu, qiymətləndirilməsi və təhlili problemlərini nəinki arxa plana çəkmir, əksinə, məhsulun material və əməktutumunun dərindən və kompleks surətdə tədqiqini daha da zəruri edir.


Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin