Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin



Yüklə 370,62 Kb.
səhifə15/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
Mirelizade Vuqar

Cədvəl 3.1

Respublikamızın müəssisələrində istehsalın texniki
sə­viy­­yə­sinin dəyişməsinin material məsrəflərinə və məhsulun (iş və
xidmətlərin) maya dəyərinə təsirinin təhlili (mancanaq dəzgahları üzrə)


2015-ci il

Göstəricilər

Elmi-texniki

tədbirlərin



Elmi-texniki tədbir­lərin tətbiqindən sonra

Maya dəyərinin dəyişməsi




tətbiqindən

əvvəl


standart

üzrə


faktiki

standart

üzrə


fakti­ki

kənar­laşma

1 .Məhsul vahidinə məsrəfi, tonla

2258,0

2203,0

2219,0

-5,5

-3,9

+ 1,6

2.Bir ton materialın maya dəyəri, mln manatla

1320

1418

1371

-98

-51

+47

3.İlin sonuna kimi elmi- texniki tədbirin tət­biqindən sonra məhsul buraxılışı, mln ədədlə

-

0,075

0,08

-

-

+0,005

4.Maya dəyərinin dəyiş­məsi, mln manatla

_

-

-

209,91

49,35

-160,56

3.1 saylı cədvəlin məlumatlarından göründüyü kimi, müəssisələrində istehsalın texniki səviyyəsinin yüksəlməsi nəticəsində məhsulun (iş və xidmətlərin) materialtutumu aşağı düşmüş və bu amil hesabına maya dəyərinin dəyişməsi standart üzrə 1072,5 min. manat ((2203,0 x 0,1418-2258,0x0,1320)x0,075), faktiki olaraq isə 488 min. manat ((2219,0 x 0,1371-2258,0 x 1320) x 0,08) təşkil etmişdir. Qeyd edək ki, bu hesablamalar



formulası üzrə aparılmışdır.

Qeyd etmək lazımdır ki, bir sıra iqtisadi ədəbiyyatlarda və elmi- tədqiqat işlərində məhsulun (iş və xidmətlərin) materialtutumuna istehsala elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi ilə əlaqədar olan amillərin təsirini hesablamağa və qiymətləndirməyə imkan verən orjinal formula təklif olunur və onun opti­mal olması iddia edilir. Bizim fikirmizcə,

formulasının hərtərəfli və optimal olmasına baxmayaraq onun köməyilə istehsala elmi-texniki tərəqqinin nailiyyət­lərinin tətbiqi ilə əlaqədar olan amillərin materialtutumuna təsirini bütöv­lükdə hesablamaq və qiymətləndirmək mümkün olmur. Bu formulada

METT- məmulatın materialtutumunun dəyişməsinə elmi-texniki tərəqqi amilinin təsirini göstərən nisbi kəmiyyəti,

R0M- istehsal edilmiş məhsulun materialtutumunun bazis strukturunu,

R0np, R1np - müvafiq olaraq hesabat və bazis dövrlərində material resursları sərfinin xüsusi çəkisini (birbaşa məsrəflər əmsalı) göstərir.

Məhz buna görə də iqtisadi təhlil prosesində buraxılmış məhsulun materialtutumunun bazis strukturu aşağıdakı düstur vasitəsilə müəyyən olunur.



Burada: α0 - müəssisənin ümumi əmtəəlik məhsul buraxılışının tərkibində i növ məhsulun xüsusi çəkisini,

φ0M - material-texniki resurs vahidinin orta alış qiymətini,

Z0np - məhsulun orta satış qiymətini ifadə edir.

Mühasibat uçotunun sadələşdirildiyi və bir sıra statistik hesabatların ixti­sar edildiyi müasir şəraitdə həmin düsturlar vasitəsilə (buna müəssisənin texniki xidmət şöbəsinin hesabatlarım və 12-SN saylı formanı misal göstərmək olar) elmi-texniki tərəqqinin tətbiqi ilə əlaqədar olan amillərin məhsulun (iş və xid­mətlərin) material tutumunun dəyişməsinə təsirini müəyyən etmək və qiymət­ləndirmək (hesablama üçün zəruri olan informasiyanın olmaması) mümkün ol­mur. Ona görə də öyrənilən problemin aktuallığı nəzərə alınaraq yuxarıda gös­tərilən formulam modifikasiya etmək və həmin düsturu idarəetmə uçotunun verə biləcəyi informasiyanın tələblərinə uyğunlaşdırmaq zərurəti yaranır. Bu zaman, qeyd olunan formula, bizim fikrimizcə, aşağıdakı şəkilə salma bilər.



Burada: jm - materialların sərfi normalarının dəyişməsinin nisbi kəmiyyətini,

β0 - bazis dövründə konkret növ məmulatın materialtutumunu,

K1 - hesabat dövründə buraxılmış məhsulun strukturunu göstərir.

Göründüyü kimi, bazar münasibətləri şəraitində istehsalın texniki səviy­yəsinin dəyişilməsinin materialtutumuna təsirinin öyrənilməsinin nəzəri və praktiki cəhətdən mühüm əhəmiyyəti vardır. Çünki, müəssisələrdə istehsalın texniki səviyyəsinin yüksəldilməsi, məhsulun keyfiy­yətinin və çeşidliliyinin yaxşılaşdırılması, material tutumunun azaldıl­masında metalın keyfiyyətinin həlledici rolu, konstruksiyanın və metal emalı texnologiyasının təkmilləşdirilməsi kimi problemlərin həlli üçün konkret iş şəraiti nəzərə alınmaqla xüsusi metaltutumu göstəricisi (yerinə yetirilən işlərə görə) hesablanmalı, iqtisadi cəhətdən məqsədəuyğun və mənəvi aşınmanın başlanması imkanlarını nəzərə alan optimallaşdırma siyasəti həyata keçirilməlidir. Neft- maşın və avadanlıqların əsas parametrlərinin standartlaşdırılması, detal və qur­ğuların eyniləşdirilməsi və bu göstəricinin səviyyəsinin yüksəldilməsi istehsalın ixtisaslaşdırılmasmın dərinləşməsinə səbəb olur. Bu isə, öz növbəsində, konstruksiyalarm çəkisinin azaldılmasına əlverişli şərait yaratmaqla məmulatların metaltutumuna, əməktutumuna və maya dəyərinə təsir göstərir. Bundan başqa, istifadə olunan materialların strukturunun və keyfiyyətinin yaxşılaşdırılması materialtutumunun azaldımasmda mühüm rol oynayır. İstehsal prosesində mütərəqqi materialların tətbiqi konstruksiyaların çəkisini bilavasitə azaltmağa, texniki və istehlak xassələrinin yaxşılaşmasına əlverişli şərait yaradır. Ona görə də yaxın perspektivdə maşınqayırma sənayesində bahalı və daha az tapılan materialları konstruksiya materialı kimi polimerləri tətbiq etmək hesabına istehsaldan kənarlaşdırmaq olar. Neft mədən avadanlığının metal qovşaq­larının plastik kütlə və polimerlərlə əvəz olunması bir çox hallarda konstruksiya­nın metaltutumunu azaldır, həmçinin maşının istismar və texniki göstəricilərini yüksəldir. Deməli, bütün hallarda məhsulun (iş və xidmətlərin) material­tutumunun azaldılması və istehsalın səmərəliyinin yüksəldilməsinin ən mühüm yollarından biri kimi metala qənaət texnologiyanın, texniki və təşkilati səviyyənin yaxşılaşdırılması ilə birbaşa əlaqədardır. Qeyd etmək lazımdır ki, istehsala yeni texnika və texnologiyanın tətbiqi, onların mənimsənilməsi əlavə xərclərlə bağlıdır və bu təyinatdan olan məsrəflərin kompensasiyası mexanizmi müasir bazar münasibətləri şəraitində hələ də dəqiq müəyyən olunmamışdır. Bu isə, öz növbəsində, mütərəqqi materialların, texnika və texnologiyanın tətbiqinə marağı azaldır, həyata keçirilən təşkilati-texniki tədbirlərin səmərəliyini aşağı salır. Ona görə də bazar iqtisadiyyatı şəraitində bu və ya digər prob­lemlərin həlli maşınqayırmanın və metal emalının kompleks inkişafı, nəzəri və praktiki məsələlərin uzlaşdırılması, dərin elmi-tədqiqat işlərinin həyata keçirilməsi yolu ilə mümkündür.




Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin