Magistratura məRKƏZİ” Əlyazması hüququnda Mirəlizadə Vüqar Fəxrəddin



Yüklə 370,62 Kb.
səhifə14/23
tarix15.04.2022
ölçüsü370,62 Kb.
#55511
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
Mirelizade Vuqar

P - materialların bazis qiymətini,

q - təşkilati-texniki tədbirin tətbiqi anından başlayaraq ilin sonuna qədər məhsul buraxılışının həcmini,

A0 - bazis dövründə materialların sərfi normasını,

M1 - təşkilati-texniki tədbirin tətbiqindən sonra materialların faktiki sərfi normasını göstərir. Onda materiallara edilən qənaət hesabına əlavə məh­sul (iş və xidmətlər) buraxılışının həcmi formulası üzrə müəyyən ediləcəkdir.



Göründüyü kimi, bazar münasibətləri şəraitində istehsalın təşkilatı- texniki səviyyəsinin yüksəldilməsi öz ifadəsini müstəqim material məsrəflərinin azaldılmasında, son nəticədə isə məhsulun (iş və xidmətlərin) maya dəyərinin dəyişməsində və mənfəətin məbləğində tapır. Qeyd etmək lazımdır ki, elmi- texniki tədbirlərin tətbiqi nəticəsində material resurslarına edilən qənaət aşağıdakı üç formada (istiqamətdə) baş verə bilər:

1) material sərfi normalarının dəyişilməsi;

2) bir materialın daha səmərəli digər növ materialla əvəz edilməsi;

3) material tullantılarının təkrar dövriyyəyə cəlb edilməsi.

Bizim fikrimizcə, ikinci istiqamət üzrə material məsrəflərinə edilən qənaətin məbləğinin və məh­sulun (iş və xidmətlərin) maya dəyərinin aşağı salınması ehtiyatlarının müəyyən edilməsi daha məqsədəuyğun olmaqla təşkilati-texniki tədbirlərin tətbiqinin səmərəliyini dolğun şəkildə göstərməyə əlverişli şərait yaradır. İqtisadi ədəbiy­yatlarda və elmi tədqiqat işlərində (Şeremet A.D., Bakanov M.İ., Paliy V.F.) adətən yeni növ materialların istehsalda istifadəsi nəticəsində yaranan qənaətin məbləğini hesablamaq üçün aşağıdakı məlum formula təklif edilir:


Burada: MijtMij0 - müvafiq olaraq i adlı məhsul vahidinin istehsalı za­manı J növ köhnə və təzə materialların sərfi normalarını,

KJt və Kjo - elmi-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra j növ material resurslarının maya dəyərini,

qit - isə i növ məhsulun miqdarını (yeni növ materialın istifadəsindən başlayaraq) göstərir [22, s. 12].

Qeyd etmək lazımdır ki, elmi-texniki tədbirlərin həyata keçirilməsi nə­ticəsində materialların sərfi normaları dəyişdiyindən iqtisadi təhlil zamanı bu prosesin məhsulun (iş və xidmətlərin) maya dəyərinə təsirinin müəyyən edilməsi və yuxarıda verilən məlum formulanın modifıkasiya olunması zərurəti meydana çıxır. Çünki, elmi-texniki tərəqqi şəraitində materialların emalı prosesində yaranan tullantıların azaldılmasına yönəldilən tədbirlər bir başa materialların sərfi normalarının dəyişməsinə təsir göstərir və bu zaman hesablamaların




formulası üzrə aparılması mümkün olmur. Bu məqsədlə iqtisadi ədəbiyyatlarda və elmi- tədqiqat işlərində aşağıdakı məlum formulalar kompleksi təklif olunur:


Göstərilən bu formulalar kompleksində sayca üçüncü olan düsturda

B0, B1 - elmi-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra istifadə qiymətləri ilə qaytarılan tullantıların dəyərini,

K0, K1 - müvafiq olaraq materialların ilkin qiyməti ilə tullantıların dəyərinin elmi-texniki tədbirlərin tətbiqindən əvvəl və sonra istifadə qiymətləri ilə tullantıların dəyərinə nisbətini ifadə edir.

Göründüyü kimi, bazar münasibətləri şəraitində istehsalın texniki səviyyə­sinin dəyişməsi məhsulun (iş və xidmətlərin) materialtutumuna birbaşa təsir göstərməklə onun maya dəyərinin də artıb-azalmasma səbəb olur. Qeyd olunan bu əlaqənin xarakterini iqtisadi ədəbiyyatlarda A. D. Şeremet tərəfindən verilən rentabelliyin məşhur formulasının surətindən də ( və yaxud A + U + M = S) görmək mümkündür. Məhz bu baxımdan elmi-tədqiqat işlərində istehsalın texniki səviyyəsinin dəyişməsinin məhsulun (iş və xidmətlərin) materialtutumuna təsiri mənfəətin formalaş­masının başlıca amillərindən biri sayılan maya dəyəri vasitəsilə hesablanılır və qiymətləndirilir. Bu məqsədlə iqtisadi təhlil prosesində aşağıdakı formada 3.1. saylı analitik cədvəl tərtib olunur.




Yüklə 370,62 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin