1. Özünümüdafiə qaydası. 2. Ədalətli paylanma qaydası. 3. Tənasüb qay-
Ekoetikanın əsas tezisləri insanla təbiət arasındakı münasibətə ekosentrik
yanaşmanın reallaşdırılmasını, onun təbiətə qarşı əxlaqi münasibətini və mənəvi
naminə qorumaq. İnsanlar ekoloji biliklərə yiyələnməli, ekoloji düşüncəyə sahib
həyatımızın ayrılmaz hissələri olan ekologiya ilə iqtisadiyyatı uzlaşdırmaq, konf-
29
liktləri ekoloji əsaslarla həll etmək üçün müdriklik və iradə nümayiş etdirməliyik.
Dördüncü müddəa. Təbiətlə münasibətlər zamanı məsuliyyət, düzgünlük, öz
tələbatlarını məhdudlaşdırmaq, qənaət və təvazökarlıq keyfiyyətlərini inkişaf etdir-
mək, sülhü, azadlığı, ləyaqət və ədaləti qorumaq, xeyirxahlıq, şəfqət, mərhəmət və
məhəbbət kimi idealların həyata keçirilməsinə yardımçı olmaq.
Beşinci müddəa. Bizim həyatımız yalnız təbiətin tamlığı şəraitində müm-
kündür. Şüurlu insan Yerin hakimi deyil, canlı təbiətin müxtəlifliyi içərisində
sadəcə bir növdür.
Altıncı müddəa. İnsan cəmiyyətində problemlər çoxdur, əgər təbiətlə qarşı-
lıqlı münasibətlərimizin əsas prinsiplərinin dəyişdirilməsini dərk etməsək, onda
insan həyat səhnəsindən gedəcək (1,2).
Ekoetikanın əsas diqqəti ekoetik normaların həyat normalarına və düşüncə
tərzinə sirayət edilməsinə, ekoloji problemlərin uğurlu həllində ekoetik yanaşmala-
rın tətbiqinə, ekoloji cəhətdən yolverilən yeni texnologiyaların inkişaf etdirilmə-
sinə, ekosistemlərin sağlamlığı ilə inkişaf edən insan cəmiyyətinin daim artan
tələbatları arasındakı dayanıqlı tarazlığın qorunub saxlanılmasına yönəlmişdir.