Magistratura məRKƏZİ Əlyazması hüququnda


Fəsil II. Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   11   12   13   14   15   16   17   18   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

Fəsil II. Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası 

qlobal modellər

 

2.1. Davamlı inkişaf konsepsiyası, proqramm və qlobal modellər 

 

Təbiətlə cəmiyyət arasındakı münasibətləri əks etdirən bir neçə  konsepsiya 



mövcuddur.Qədim və orta əsrlər dövrünün konsepsiyalarında təbiətə cəmiyyətdən 

yüksəkdə duran müdrik yaradıcı kimi baxılırdı. Bu ideologiya belə ifadə olunurdu: 

təbiət  daha  yaxşı  bilir,  ona  edilən  istənilən  müdaxilə  münaqişələrə,  ekoloji 

fəlakətlərə, sosial sarsıntılara səbəb olur. Bu mövqenin tərəfdarları təbiətə müdaxi-

lənin «sıfır» strategiyasını təbliğ  edirdilər.  

Kapitalizmin inkişaf mərhələsi dövründə istehlakçı konsepsiyası hakim idi. 

Bu  dövrün  əsas  şüarı  insanın  iqtisadi  maraqlarının  prioritetliyi  idi.  Təbii  mühitə 

insanın maddi rifahlarını təmin edən xəzinə kimi baxılırdı. Bu baxışlarda təbiət bir 

emalatxana rolunu oynayırdı ki, bu emalatxanada insan həm yaradıcı, həm qulluq-

çu, həm də ağa idi.  

XX əsrin 50-70-ci illərində baş vermiş ekoloji böhran nəticəsində istehlakçı 

konsepsiya  yeni  baxışla    bəşəriyyətin  biosferin  taleyindən  narahatlığı  ilə  əvəz 

olundu.  Yaşayış  mühitinin  dağılmasına  insanın  reaksiyasını  əks  etdirən  müxtəlif 

ictimai hərəkatlar meydana gəldi. Pessimistlər bəşəriyyətin bədbin gələcəyini təsvir 

edir, müasir sivilizasiyanın labüd məhvə doğru irəlilədiyini bildirirdilər. Optimist-

lər insan şüuruna əsaslanaraq onun ekoloji problemləri həll edəcəyinə inanırdılar. 

Müasir  ekoloji  konsepsiya  keçən  əsrin  70-ci  illərində  Roma  Klubu  hesa-

batları şəklində formalaşıb. 1968-ci ilin aprelində italyan sənayeçi Aurelio Peççei 

və  şotland  alimi  Aleksandr  Kingin  təşəbbüsü  əsasında  10  ölkədən  30  nəfər  alim 

Romada toplaşaraq bəşəriyyətin indiki və gələcək problemlərini müzakirə etdilər. 

Bu  toplantı  Roma  Klubu  (Club  of  Rome)  adlandı  və  «Bəşəriyyətin  çətinlikləri» 

(The Predicament RF Mankind») adlı hesabatlar seriyasının hazırlanmasını sifariş 

verdi. 

Bu modeldə ilk dəfə olaraq inkişafın fiziki hüdudları  mümkün yuxarı həd-




 

31 


di müəyyən edildi: 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin