— qlobal iqlim dəyişikliklərinin qarşısının alınması tədbirləri (istixana
qazlarının atmosferə buraxılmasının azaldılması);
— meşələrin mühafizəsi və idarə olunması;
— su ehtiyatlarından effektiv istifadə;
— insan fəaliyyəti nəticəsində baş verən fəlakətlərin sayının və nəticələrinin
azaldılmasına yönəldilmiş əməkdaşlığın möhkəmləndirilməsi;
— zəngin insanların həyat tərzinin köklü şəkildə dəyişilməsi
— resursları əldəetmədə bərabərhüquqluluq prinsipinin bərqərar olunması.
Ekoloji etika – ən yeni etik konsepsiya olub müasir elmi biliklərə əsaslana-
raq, insanla təbiət arasındakı əxlaqi münasibətlər haqqında təlimdir. Bu təlim təbiə-
tin əxlaqi tərəfdaş kimi qəbul edilməsi, bütün canlıların bərabərhüquqlu və eyni
dəyərə malik olması, insanların hüquq və tələbatlarının azaldılması prinsiplərinə
əsaslanır. Onun əsas prinsipi həyatın əsas və dəyərinin ekosistemin tamlığından
ibarət olmasına əsaslanan ekosentrizm prinsipidir. Bu prinsipə görə, istənilən canlı
varlıq yalnız ekosistemin tamlığı şəraitində yaşayıb inkişaf edə bilər.
Ekoloji problemlər müasir dövrün əsas problemidir. Çünki insanın sonrakı
varlığı məhz onun həllindən asılıdır. İnsanın və cəmiyyətin bütövlükdə təbiətə
qarşı olan dəyərlər nizamının dəyişməsi üçün təbiətin və dəyərləp iyerarxiyasının
yenidən dərk edilməsi tələb olunur. Ekoloji etika yerli ənənəvi mədəniyyət kon-
rekstində müxtəlif mədəniyyətlərə xas olan etik ümumiləşmələrin və təlimlərin
məcmusu olmalıdır.
Biosferin stabilliyinin qorunub saxlanması tamamilə əvvəlki yüzilliklərdə
əldə edilmiş elmi biliklərə əsaslanmalıdır. Ekoloji etikanın əsasını biosfer haqqın-
dakı biliklər təşkil edir.Ekoloji etika klassik etika ilə ekologiyanın təmas hüdudla-
rında meydana gəlmiş, təbiət elmləri ilə ictimai elmlərin qovşağında yaranmış
elmlərarası kompleks tədqiqat sahəsidir. Tətbiqi xarakterə malik olduğundan bu
elmin predmetini konkret fəaliyyətlərin, insanın təbiətə və onun hər bir elementinə
26
qarşı əxlaqi münasibətlərinin qiymətləndirilməsi təşkil edir. Ekoloji etikanın me-
todları konkret şəraitdən asılı olaraq — dialektik metod, sistemli yanaşma metodu,
təkamül metodu, ekstrapolyasiya, müşahidə, eksperiment və s. metodlardır. O,
özünün təbiəti mühafizə fəaliyyətlərini iki istiqamətdə həyata keçirir:
1. İnsanlar təbiətin rifahı naminə hərəkətlər edərək və ya etməyərək təbiəti
təbiət naminə qorumalıdır (mənfəətə görə yox).
2. Təbiəti mühafizə tədbirləri yalnız əxlaqi prinsiplər əsasında, insanların
iqtisadi maraqları nəzərə alınmadan həyata keçirilməlidir.
Ekoloji etikanın məqsədləri aşağıdakılardır:
1. Təbiətə qarşı mövcud olan köhnə, insanın təbiətin mərkəzində və
zirvəsində dayandığı (antroposentrizm) tezisi əsaslanmış antihumanist, istehlakçı
təsəvvürlərin dağıdılması.
2. Hər şeyin insanın və onun rifahı naminə olmadığı fikrinə əsaslanmış yeni
ekoloji dünyagörüşü təsəvvürünün formalaşdırılması (7).
1970-ci ildən etibarən ekoloji etika müstəqil predmet kimi əvvəlcə ABŞ-da,
daha sonra İngiltərə, Avstraliya, Kanada, Norveç, Finlandiya və s. ölkələrdə tədris
edildi.
1977-ci ildə keçirilmiş Seul Beynəlxalq Konfransında Ekoloji Etika Haqqın-
da Deklarasiya qəbul edildi. Burada qeyd edildi ki, ekoloji etikasız biosferin
davamlı inkişafı mümkün deyil. Konfransda o da qeyd edildi ki, insanldarın əsas
fəaliyyəti sivilizasiyanın ekstensiv inkişafına deyil, təbii biotanın saxlanmasına
yönəlməlidir.
1982-ci ildə BMT Baş Katibliyi 24 bənddən ibarət olan Ümumdünya Təbiət
Xartiyasını qəbul etdi. Bu sənəd bütün həyat formalarının varlığının təmin edilmə-
sinin etik prinsiplərini əhatə edən ilk beynəlxalq sənəd oldu. Xartiyada bəşəriyyətin
təbiətin ayrılmaz bir hissəsi olduğu, həyatın təbii sistemlərinin fasiləsiz fəaliyyətin-
dən asılı olduğu, sivilizasiyanın tarixi köklərinin təbiətdən qaynaqlandığı, onun
insan mədəniyyətinə, elmi nailiyyətlərə təsir etdiyi, həyatın yalnız təbiətlə harmo-
niyada insana ən əlverişli inkişaf imkanları verdiyi qeyd edildi. Burada qeyd edilir
27
ki, həyatın istənilən forması unikallığından və insana faydasından asılı olmayaraq
hörmətə layiqdir, insan digər canlıların dəyərə malik olduğunu qəbul edərək əxlaqi
davranış kodeksinə əməl etməlidir.
Yer Xartiyası 2000-ci ildə YUNESKO-nun Yer Xartiyası Komissiyasında
qəbul edildi. Bu xartiya dörd bölmədə (ekoloji tamlıq; sosial və iqtisadi ədalət;
demokratiya, təzyiq etməmək və sülh;) qruplaşdırılmış 16 etik prinsipdən ibarətdir.
Qeyd etmək lazımdır ki, ekoetika mövzusunda bioetika ilə bağlı sənədlərdə də
toxunulur. 2005-ci ildə YUNESKO-nun Baş Konfransnın 33-cü sessiyasında 191
ölkənin imzaladığı 28 bioetik prinsipdən ibarət Bioetika və İnsan Hüquqları
Ümumi Bəyannaməsi qəbul edildi. Sənəddə qeyd edildiyi kimi, «bioetika tarixində
ilk dəfə üzv-dövlətlər və beynəlxalq ictimaiyyət öz üzərinə bioetikanın əsas prin-
siplərinə hörmət etmək və bu prinsipləri reallaşdırmaq öhdəliyi götürdü». Bəyan-
namə İnsan Hüquqları Haqqında Ümumi Deklarasiyaya (1948), İnsan Cenomu və
İnsan Hüquqları Deklarasiyasına (YUNESKO, 1997), İnsanın Cenetik Məlumatları
Haqqında Beynəlxalq Deklarasiyaya (YUNESKO, 2002) və s. beynəlxalq sənəd-
lərə əsaslanır. Bəyannamənin «Ətraf mühit, biosfer və bioloji müxtəlifliyin müda-
fiəsi» adlı 17-ci maddəsində deyilir: «İnsanla həyatın digər formaları arasındakı
qarşılıqlı münasibətlərə, bioloji və genetik resurslara çıxışların, onlardan istifadə-
nin, ətraf mühitin, biosferin və bioloji müxtəlifliyin mühafizəsində ənənəvi biliklə-
rin və insan rolunun vacibliyinə layiqli diqqət yetirməli».
Təbiət hüququ — insanla təbiətin ədalətli münasibətlərinin əxlaqi tərəfdaş
prizmasından konkretləşdirilmiş normalarıdır. Təbiət hüququnun qəbul edilməsi
ciddi əhəmiyyətə malikdir. O,:
Dostları ilə paylaş: |