1.2. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin tənzimlənməsi və ekoloji-
iqtisadi problemlər
Hər hansı bir ictimai istehsalın mahiyyəti təbii varlıqların insanların istehlak
rifahı üçün tələb olunan məhsullara çevrilməsidir. Bunun üçün insan təbii sərvət-
lərdən istifadə etməli və öz fəaliyyəti ilə təbiətə təsir göstərməlidir.
Cəmiyyətin inkişafında təbii mühit müsbət və mənfi rola malikdir. Təbii şə-
rait əlverişli olan ərazilərdə cəmiyyətin məskunlaşması üçün əlverişli şərait yarat-
maqla yanaşı, təbii ehtiyatların istehsal dövriyyəsinə cəlb olunması daha da inten-
sivləşir. Əksinə təbiəti sərt iqlim şəraitinə malik olan ərazilərdə daimi donuşluğun
olması yeraltı və yerüstü təbii sərvətlərin istehsala cəlb olunmasını gecikdirir və
istehsal sahələrinin səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərir. Tarixən
Avropa ölkələrində təbii mühitin əlverişli olması bütün dövrlərdə mütəmadi ehti-
yatların səmərəli istifadəsinə şərait yaratmaqla, istehsal sahələrinin sürətli inkişafı-
na təsir göstərmişdir. Əksinə Şərqi Sibir, Qərbi Sibir və Uzaq Şərqdə və digər əra-
zilərdə təbii mühitin sərt və daimi donuşluğun olması bu ərazilərdə olan təbii
resursların istehsal dövriyyəsinə cəlb olunmasını gecikdirmiş, əhali məskunlaşma-
sını və yeni sənaye şəhərlərinin başqa ərazilərlə müqayisədə inkişafını ləngitmiş-
dir. Təbiətlə cəmiyyətin qarşılıqlı münasibətlərinin təhlil və tədqiq olunması
müasir elmin qarşısında duran vacib problemlərdəndir.
Təbiətlə cəmiyyət arasındakı qarşılıqlı münasibəti məhsuldar qüvvələrin
inkişaf səviyyəsini nəzərə almadan, bu qüvvələrin kimə aid olmasını bilmədən,
16
insanların bir-biri ilə maddi nemətlər istehsalında hansı ictimai münasibətlərə daxil
olduğunu dərk etmədən başa düşmək olmaz. İstehsal prosesində insanlar yalnız
təbiətə təsir göstərmirlər, eyni zamanda onlar bir-birinə təsir göstərirlər. Yalnız
istehsal prosesində insanlar müəyyən əlaqə və münasibətlər şəraitində təbiətə təsir
etməklə özləri üçün lazım olan maddi nemətlər istehsalına şərait yaratmaq
imkanlarına malik olurlar
Təbii mühitin cəmiyyətə və onun məhsuldar qüvvələrinə təsir göstərdiyi
kimi, təsərrüfat sahələrinin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik
bütün dövrlər üçün sabit olmayıb, məhsuldar qüvvələr inkişaf etdikcə və ictimai
quruluş dəyişdikcə o da təkmilləşir və formalaşır.
Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin dinamik inkişafında mü-
hüm rol oynamışdır. Cəmiyyətlə təbiətin inkişafının ilkin mərhələləsində yalnız
təbiətin hazır məhsullarından istifadə etmək imkanlarına (balıq və meşədə olan
heyvanları ovlamaq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) malik idilərsə,
sonrakı inkişaf dövründə həmin əlaqələr yeni forma və məzmun alır. Bu səbəbdən
də «Təbiət və cəmiyyət» problemləri ilə məşğul olan mütəxəssislərdən biri olan
Y.P.Tursovun fikrincə, təbiətlə cəmiyyətin qarşılıqlı dinamik inkişaf dövrü aşa-
ğıdakı bir neçə mühüm mərhələ ilə səciyyələnir:
1. Qədim dövr – bu dövr əsasən insanın təbiətdən bir növ asılı olan dövrü
kimi şərh olunur. Bu dövrlərdə insanın ümumi dünya görüşü səthi olduğundan və
elm bir o qədər inkişaf etmədiyindən təbii mühitin qanunauyğunluqlarını dərk
etməkdə çətinlik çəkirdi. İstehsal olunan məhsullar sadə alətlər vasitəsilə həyata
keçirilirdi. Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı;
2. İkinci mərhələ iqtisadi cəhətdən (sənayeyə qədərki olan dövr) qədim və
orta əsrlər dövrünü əhatə etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olu-
nur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin genişləndirilməsi və ondan,
təsərrüfat sahələrindən öz məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın mey-
dana gəlməsi, nəqliyyatın primitiv vasitələrinin (qoşqu və yaxud heyvanların gü-
cünə əsaslanan) dövriyyəyə cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması
17
mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət bu mərhələdə ondan
ibarətdir ki, insan cəmiyyəti artıq hevanların əzələ enerjisindən, küləyin və suyun
gücündən istifadə etməklə enerji almaq imkanlarına malik olurlar. Enerji istehsa-
lının meydana gəlməsi insanın təbiətə təsirini əvvəlki dövrlərə nisbətən artırır;
3. Cəmiyyətin inkişafının üçüncü mərhələsi sənaye mərhələsi kimi səciyyə-
lənir. Bu mərhələ insan cəmiyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inki-
şafı sayəsində təbii mühitə və təbii ehtiyatlara intensiv təsir göstərən mərhələsi
kimi qiymətləndirilir. Bu mərhələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə
yüksək səviyyədə maddi nemətlər istehsalına şərait yaradır. Yer kürəsinin region-
larda təbii ehtiyatlardan istifadəsi artdıqca insanın maddi rifatının yaxşılaşdırılması
və insan cəmiyyəti tam şüurlu surətdə təbiətin qanunauyğunluqlarını dərk edir.
Ehtiyatlar potensialından istifadə etməkdə təbii mühitin mühafizəsi məsələlərini ön
plana çəkir (8).
Məlumdur ki, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqə mövcuddur. Bu
əlaqə cəmiyyətdə təbiətin, əskikliklərin vəhdəti və mübarizəsi qanununa müvafiq
inkişaf edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları əsasında təbiətə təsir
göstərir. Buna görə də insanla təbiət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.
Elmi-texniki inqilab, insanların getdikcə artan tələbatının ödənilməsi məqsə-
dilə, onların təbiətə təsir dairəsini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi
təkcə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaşmayaraq, kosmik fəzaya
da nüfuz etdi.
Ümumi bəşəri tərəqqi-təsərrüfat sahələrinin nisbətində, məhsuldar qüvvələ-
rin tərkibində, texnika və texnologiyada, məhsulların növ tərkibində, istehsal isteh-
lakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində müşahidə olunur.
Nəticədə nəinki insanın təbii proseslərə müdaxiləsinin xarakteri, həm də bu
müdaxilənin nəticəsinin xarakteri dəyişir. Sərvətlərdən istifadə edərkən insan
ekoloji mühiti qorumalı, gələcək nəsilə mənfi təsir izləri buraxmamalıdır.
Müasir şərait ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə
edilməsini tələb edir. Məsələnin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və
18
çoxsahəli olması ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi məsələlərinin
təkmilləşdirilməsini tələb edir. İnsanın geniş istehsal fəaliyyəti üçün xammal ehti-
yatlarına və ərzaq ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tələbatı və s.
ödənilir. Ətraf mühitin çirklənməsi və bunun nəticəsində təbiətdə baş verən dəyi-
şikliklər atmosferi, hidrosferi, litosferi əhatə edir. Çirklənməni törədən şəraitdən
asılı olaraq bu proses qlobal xarakter daşıyır və biosferi və bütün planeti əhatə edir.
Yer qabığı müxtəlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik, çöküntü və
metamorfik süxurlardan təşkil olunan və bəşəriyyətə lazım olan qiymətli sərvətlər
toplanmışdır. Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin bu və ya digər
rayonlarında aşkarlanır və cəmiyyətin tələbatına uyğun olaraq istifadə olunur.
Mineral sərvətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda məhsullar alınma-
sında istifadə olunur. Eyni zamanda belə sərvətlər əmək cismi rolunu oynayırlar.
Mineral xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm məsələlərdən biri də
onların iqtisadi cəhətdən qiymətləndirilməsidir. Azərbaycan Respublikasının ərazi-
si müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji
kəşfiyyat nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və isti-
fadəyə verilmişdir. Dənizin təbii ehtiyatları dünyada maddi istehsalın ən mühüm
mənbələrindən biri hesab edilir. O, sənaye üçün xammal, enerji ehtiyatlarına malik
olmaqla, əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının təbii konfortu üçün
əvəzedilməz əhəmiyyət kəsb edir. Əhalinin sahil zonasında məskunlaşması və əra-
zinin tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən daha çox asılıdır. Təbii
şəraitdən və ölkənin sosial iqtisadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki
tərəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin və kənd təsərrüfatının
sürətlə inkişafı, müxtəlif nəqliyyat növlərinin çoxalması təbiətdən və təbii sərvət-
lərdən daha geniş istifadə olunması ilə nəticələnir. Ətraf mühitin mühafizəni tari-
xən təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin
rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbitliyi və iqtisadi qiymətlən-
dirilməsi qarşılıqlı əlaqədə həll edilməlidir. Ətraf mühitin mühafizəsi problemi
bəşəriyyət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı vaxtda atmosfer
19
və okeanlara külli miqdarda ziyanlı maddələr atılır (axıdılır), meşələr məhv edilir.
Bütün bunlar güclü surətdə dünyanın özü özünü məhvinə aparır. Ozon dəlikləri,
iqlimin istiləşməsi, bir çox heyvan növlərinin məhv olaraq yoxa çıxması bizim
həyat sürdüyümüz mühitin müəyyən qədər tükəndiyini göstərir. Odur ki, planetin
və onun sakinlərinin həyatı insanların bundan sonrakı aktivliyindən asılı olacaqdır.
Hazırda bu ekoloji problemlə bütün dünya ölkələri qarşı-qarşıya gəlmişlər.
Hesab olunur ki, ətraf mühitin çirklənməsi probleminə daha çox Amerika və
Avropanın sənayeləşmiş ölkələri məruz qalmışlar. Ancaq o qədər də çox vaxt
keçmədən bu problem bütün inkişaf etməkdə olan ölkləri öz ağuşuna alacaqdır.
Odur ki, artıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi ortaya
çıxmışdır. Məlumdur ki, hər hansı xoşagəlməz hadisənin qarşısını almaq daha
asandır, nəinki sonradan onun nəticələrini aradan qaldırmalı olasan.
Ətraf mühitdən istifadənin müasir vəziyyəti ilə əlaqədar qarşıda duran
məsələlərindən ən başlıcası ətraf mühitin mühafizəsi problemidir.Yaranmış bütün
iqtisali, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq mexanizmlərini həll etmək
lazımdır. Məhz bunlar ətraf mühiti «möhkəmlik hüduduna» gətirib çıxarırlar.
Odur ki, ətraf mühitin çirklənməsinin ən son yüksək səviyyəyə çatmasını gözləmək
olmaz. Dünya birliyi anlamışdır ki, bunun indidən qarşısı alınmalı, dünyanın məhv
olma təhlükəsi aradan götürülməlidir.
Dostları ilə paylaş: |