Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   2   3   4   5   6   7   8   9   10   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

İşin strukturu və həcmi. Dissertasiya işi giriş, üç fəsil, nəticə və təkliflər, 

ədəbiyyat siyahısından ibarətdir. 




 



Fəsil I. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi və onun 



tənzimlənməsi 

1.1. Cəmiyyətlə təbiət arasında ekoloji münasibət və təbəitin inkişaf 

qanunları 

 

Tarixən  insanın  təbiətlə  münasibəti  təbii  resurslardan  öz  maddi  və  mənəvi 



tələbatlarının  ödənilməsi  üçün  istifadəsi  əsasında  qurulmuşdur.  Bu  tip  əlaqənin 

əsasında  iqtisadi  münasibət  durur.  Resurslardan  istifadənin  miqyası  ətraf  təbii 

mühitin  tükənməsi,  çirklənməsi  və  dağılmasına  səbəb  olur.  Bu  isə  bir  tərəfdən 

təbiətdə cəmiyyət arasında münaqişəli münasibət yaratdı. Digər tərəfdən isə qarşı-

lıqlı  münasibətlərin  yeni  forması  olan  ekoloji  münasibət  formasının  yaranmasına 

səbəb  oldu.  Bu  münasibət  formasının  əsasında  canlı  orqanizmlərin,  o  cümlədən 

insanın təbii yaşayış mühitinin mühafizəsi durur.  

Ekosistemlərin dağılmasının və tükənməsinin əsas səbəbləri aşağıdakılardır: 

1. Təbiətdə qida resurslarının yaranması və istehlakı tullantısız sikl üzrə baş 

verir.  Lakin  bundan  fərqli  olaraq  insan  tərəfindən  həyata  keçirilən  mal-material 

istehsalı zamanı tullantılar meydana gəlir. Öz tələbatlarının ödənilməsi üçün insana 

bir  ildə  30  t  xammal  tələb  olunur  ki,  bunun  da  90-95%-ni  tullantılar  təşkil  edir. 

Əvvəlki  dövrlərdə  təbii  sistemlər  insan  fəaliyyəti  nəticəsində  yaranan  tullantıları 

emal edərkən zərərsizdəşdirir, özünü onların ziyanlı təsirindən müdafiə edə bilirdi. 

Müasir dövrdə isə biosferin özünütəmizləmə və özünütənzimləmə imkanları artıq 

demək olar ki, tükənmişdir. 

2.  Təbii  mühitin  həcmi  insanın  təsərrüfat  fəaliyyətinin  bütün  tullantılarını 

emal  etməyə  kifayət  etmir.  Onların  qalaqlanaraq  toplanması  ətraf  mühitin  qlobal 

çirklənməsi və təbii ekosistemlərin deqradasiyası təhlükəsi yaradır. 

3.  Faydalı  qazıntıların  ehtiyatı  fiziki-kimyəvi  şərait  və  bizim  planetin 

ölçüləri ilə məhdudlaşdığından getdikcə tükənir. 

4. İnsanın dağıdıcı fəaliyyətinin nəticəsi uzunmüddətli olub bir nəslin dövrü 

ilə kifayətlənmir. Bundan başqa, bir ərazidə təbiətə olan təsirin nəticəsi ondan çox-



 

çox uzaqlarda əks oluna bilir. Bu da hər hansı təsərrüfat fəaliyyətinin ziyansızlığı 



haqqında yanlış təsəvvürlər yaradır (8). 

Sosial  stabillik  və  təbii  ekosistemlərin  dayanıqlılığı  bir  medalın  2  üzüdür. 

Təbii və sosial-iqtisadi sistemlərin inkişafı strukturların və əlaqələrin mürəkkəbliyi 

nəzəryiyəsinə  uyğun  baş  verərək  mühitin  tutumu  tərəfindən  təmin  edilir.  Mürək-

kəblik nəzəriyyəsinin mahiyyəti odur ki, sistemin təşkilinin ölçüləri və mürəkkəb-

liyi artdıqca bu strukturun və onun funksiyalarının təmin edilməsi üçün lazım olan 

enerji sərfi də artır. Sistemin gələcək inkişafına sərf olunan enerjinin miqdarı isə 

getdikcə  azalır.  Daxil  olan  enerji  ilə  sistemin  dayanıqlığına  sərf  olunan  enerjinin 

miqdarı bərabərləşdikdə sistemin sonrakı inkişafı dayanır. Bu şəraitdə təmin edilən 

inkişaf səviyyəsi mühitin maksimal təminat həcmi adlanır. Mühitin təminat həcmi 

ekosistemin təmin edə bildiyi biokütlənin miqdarıdır. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin