51
tında davamlı ərzaq sisteminin ərzaq təhlükəsizliyi və qida ilə təminatın əsas
instrumenti olduğu bildirilir. FAO öz sənədlərində davamlı ərzaq sisteminin effek-
tivliyini xüsusi qeyd edərək onun hal-hazırda bütün insanların sağlam qida mənbə-
yi olduğunu, gələcək nəsillərin qida potensialını mühafizə etdiyini, resurslardan
effektiv istifadəni təmin etdiyini xüsusi qeyd edir. Davamlı ərzaq sistemi bildirir
ki, hər bir su damlası, kiçicik torpaq sahəsi, bir ovuc gübrə, sərf edilmiş bir dəqiqə-
lik zəhmət mümkün maksimum ərzaq istehsalını təmin etməlidir. Yalnız bu halda
biz resursların gələcək nəsillərə də çatacağına və sistemin dayanıqlılığına zəmanət
verə bilərik.
Davamlı kənd təsərrüfatı məhsulları istehsalı odur ki, bu zaman sistem öz
məhsuldarlığını və məhsulun keyfiyyətini aqroximikatların köməyi olmadan stabil
saxlayır. Bunun üçün aşağıdakı amillər nəzarətdə saxlanılmalıdır.
— Torpaq. Sağlam torpaq istənilən dayanıqlı istehsal sistemi üçün mühüm
əhəmiyyət daşıyır. Bataqlıqlaşma və şoranlaşma nəticəsində pozulmuş torpaqların
bərpası üzrə proqramlar işlənib hazırlanır və həyata keçirilir. İstifadə edilməyən
xam torpaqlarda becərmə işləri tədrici istifadə proqrammı əsasında həyata keçirilir.
— Pestisidlər və ziyanvericilərlə kompleks mübarizə. Alınmış yeni sortlar
və bioloji mübarizə forması vasitəsilə pestisidlərin istifadəsi maksimum dərəcədə
azaldılır və tamamilə istifadə edilmir, ziyanvericilərə qarşı kompleks tədbirlər
planı hazırlanır və tətbiq edilir. Konkret ziyanvericiləri məhv edən, tez bir zaman-
da zərərsiz komponentlərə parçalanan pestisidlərə üstünlük verilir.
— Bioloji müxtəliflik. İndikatorlarla azot və karbonun dövranı, torpağın
üstündə və altında bioloji müxtəlifliyin vəziyyəti tam nəzarətdə saxlanılır. Bioloji
resurslardan rasional istifadə edilir, aqromeşəçilik, yabanı təbiətin mühafizəsi və
istifadəsi, akvakultura, daxili balıqçılıq və heyvandarlıqdan kompleks şəkildə isti-
fadə edilir.
--Ərzaq məhsullarının təhlükəsizliyi və keyfiyyətinə nəzarət. Xüsusi analitik
sistem potensial ərzaq məhsullarının və qida komponentlərinin keyfiyyətinə, pes-
tisidlərin zərərsiz hədd hüdudlarında saxlanmasına, patogen orqanizmlərə nəzarət
52
edir.
— Su və ondan rasional istifadə. Suya önəmli sosial-iqtisadi təsirə, iqtisadi
dəyərə malik olan, insanların ən əsas tələbatlarını ödəyən məhdud resurs kimi
yanaşılır. İqlim dəyişmələri və digər amillərin təsiri ilə su resurslarının getdikcə
tükənməsi səbəbindən onlardan effektiv istifadə edən, quraqlığa davamlı sortlara
üstünlük verilir, innovativ suvarma sistemləri (bitki kökünün damcılı suvarılması
və s.) tətbiq edilir, irriqasiya sistemlərində şoran sulardan istifadə edilir, bataq-
lıqlaşma və şoranlaşmaya qarşı drenaj tədbirləri görülür, səthi və qrunt sularından
kompleks istifadəyə üstünlük verilir, mütəmadi olaraq su balansının və suyun
keyfiyyətinin monitorinqi aparılır.
— Gübrələr və qida maddələrindən effektiv istifadə. Gübrələr və qida mad-
dələri kompostlar və bioloji üsulla alınmış qida maddələri ilə əvəz edilir.
— İstixana qazlarının nəzarətdə saxlanılması. Xüsusi texnologiyalar vasitə-
silə karbon qazı və digər qazların böyük əksəriyyətinin torpaqda toplanması təmin
edilir (22).
BMT-nin ətraf mühit və inkişaf üzrə Konfransında qəbul edilmiş bu sənəd
əvvəllər qəbul edilmiş Rio görüşləri (Davamlı İnkişaf) və «XXI əsr gündəliyi»nin
müddəalarının davamıdır. 1990-cı ildən etibarən BMT-nin təşkilatçılığı ilə keçiri-
lən əksər beynəlxalq konfranslarda qlobal inkişafın mühüm hədəfləri irəli sürülür.
BMT-nin 2000-ci il Baş Assambleyasında (Minillik Sammiti) 189 ölkənin nüma-
yəndələrinin, o cümlədən 147 dövlət başçısının imzaladığı «Minilliyin Deklarasi-
yası» qəbul edildi. Deklarasiyala dünyanın sonrakı inkişafının təhlükəsizlik prob-
lemləri ilə bağlı narahatlıq ifadə edildi. Eyni zamanda, tərəqqinin yalnız davamlı
inkişaf prinsipləri əsasında mümkünlüyü ifadə edildi. Deklarasiyada o da xüsusi
vurğulandı ki, davamlı inkişafın əsasını təşkil edən iqtisadi inkişaf öz növbəsində
yoxsulluq və insan haqlarının təminatı problemlərinin həllinə söykənir.
Təbii ki, ölkəmiz də «Minilliyin İnkişaf Məqsədləri»nə qoşulmuş, öz üzərinə
öhdəliklər götürmüşdür. Hər il dövlət statistik hesabatlarında «Minilliyin İnkişaf
Məqsədləri»nin Azərbaycan Respublikası üzrə götəriciləri nəşr edilir. Bu öhdəlik
53
üzrə Azərbaycanın statistik göstəriciləri belədir (Azərbaycan Statistik Göstəriciləri,
2013);
Cədvəl 2.5
İfrat yoxsulluğu aradan qaldırmaq
Dostları ilə paylaş: