Fəsil III. Ətraf mühitin keyfiyyətinin normativ-hüquqi əsasları
və beynəlxalq əməkdaşlıq formaları
3.1. Ətraf təbii mühitin keyfiyyətinin idarə olunmasının hüquqi
əsasları və ekoloji cinayətlər
Hüquq-dövlət tərəfindən müəyyənləşdirilmiş, yaxud sanksiyalaşdırılmış
ümumi-məcburi davranış qaydalarının (normalarının) məcmusudur. Bu qaydalara
riayət olunmasının təminatçısı dövlətdir. Dövlət hüquq vasitəsilə insanların
davranışlarını müəyyən tərzdə, öz siyasətinə uyğun olaraq tənzimləyir, özünün
mənafeyinə cavab verən ictimai münasibətləri möhkəmləndirir və inkişaf etdirir.
Bu baxımdan, ekoloji hüquq dövlət hüququnun bir sahəsi, tərkib hissəsidir.
Ekoloji hüquq – indiki və gələcək insan nəsilləri naminə ətraf təbii mühitin
mühafizəsi, sağlamlaşdırılması və yaxşılaşdırılması məqsədilə cəmiyyət-təbiət
ictimai münasibətlərini tənzimləyən hüquqi normalar sistemidir.
Ətraf təbii mühitin mühafizəsi məsələsi hüquq nəzəriyyəçiləri tərəfindən
dövlətlərin əsas funksiyalarından biri hesab edilir. Azərbaycan dövlətinin ekoloji
funksiyasının xarakterini, ətraf mühit hüququnun həyata keçirilməsi və inkişafını
cəmiyyət-dövlət münasibətləri müstəvisində daha dolğun dərk etmək üçün Azər-
baycan Respublikasının Konstitusiyasındakı ekoloji müddəalara nəzər salmaq
vacibdir. Konstitusiyanın preambulasında qeyd edildiyi kimi, xalq ümumxalq
səsverməsi — referendum yolu ilə özünün ali hakimiyyət niyyətlərini bəyan edərək
Azərbaycanın konstitusiya quruluşunun əsaslarını təyin etmiş, insan və vətəndaş
hüquqlarını və azadlıqlarını, Azərbaycan Prezidentinin dövlət başçısı kimi hüquqi
statusunu, ali qanunverici, icraedici və məhkəmə orqanlarının statusunu, eləcə də
yerli özünü idarəetmə sistemlərinin əsaslarını müəyyənləşdirmişdir. Burada dövlət:
Dostları ilə paylaş: |