Magistratura məRKƏZİ Əlyazması hüququnda


— fövqəladə ekoloji vəziyyətlər zamanı əməkdaşlıq;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   34   35   36   37   38   39   40   41   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 fövqəladə ekoloji vəziyyətlər zamanı əməkdaşlıq; 

 ətraf mühitin mühafizəsi yolunda elmi-texniki əməkdaşlıq; 

  ətraf  mühitin  mühafizəsinə  yönəlmiş  razılaşdırılmış  tələblərin  icrasına 

nəzarət; 



 ətraf mühitə transsərhəd (sərhəddən keçən) təsirlərlə bağlı mübahisələrin 

sülh yolu ilə həlli; 



 kənar dövlətlər tərəfindən başqa dövlətlərin ərazilərində ətraf təbii mühitə 

vurulmuş ziyanlara görə beynəlxalq məsuliyyət və ziyanların kompensasiyası (22). 

Aşağıda  bəzi  beynəlxalq  konvensiyadarın  siyahısı  verilmişdir.  Azərbaycan 

Respublikasının Milli Məclisi bir sıra beynəlxalq konvensiyaları ratifikasiya etmiş-

dir (Mötərizədə ratifikasiya tarixi verilmişdir): 

1.  Avropada  böyük  məsafələrə  hava  çirkləndiricilərinin  yayılmasının  qiy-

mətləndirilməsi və birgə nəzarət proqramının uzunmüddətli maliyyələşdirilməsinə 

aid Protokol, Cenevrə, 1984; 

2. Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və isti-

fadəsi (Su Konvensiyası). Helsinki, 1992 (18.03.2000); 

3. Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorun-

ması Konvensiyası. Bern, 1979 (28.10.1999); 

4. Bioloji müxtəliflik üzrə Konvensiya. Rio-de-Jeneyro, 1992 (14.03.2000); 

5. Bir sıra təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarəti-

nin  məlumatlarının  qabaqcadan  razılaşdırılması  üzrə  Rotterdam  Konvensiyası. 

Rotterdam, 1998; 

6. Bitkilərin qorunması üzrə Roma Konvensiyası, 1951 (14.03.2000); 

7. BMT-nin dəniz hüququ üzrə Konvensiyası. Monteqo Bey, 1982; 

8.  BMT-nin  səhralaşmaya  qarşı  mübarizə  haqqında  Konvensiyası  (ciddi 

quraqlıq və səhralaşması prosesi gedən ölkələrdə, xüsusilə Afrikada); 

9.  BMT-nin  iqlim  dəyişmələri  üzrə  Çərçivə  Konvensiyası.  Nyu-York  1992 



 

69 


(10.12.1995); 

10. Böyük məsafələrdə havanın transsərhəd çirklənmələri haqqında Konven-

siya. Genevrə, 1979 (09.04.2002); 

11.  Davamlı  üzvi  çirkləndiricilər  üzrə  Stokholm  Konvensiyası,  Stokholm, 

2001 (09.01.2004); 

12. Dünya mədəniyyət və təbiət irslərinin mühafizəsi haqqında Konvensiya. 

Paris, 1972; 

13. Ətraf mühitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiy-

yətin  iştirakı  və  informasiyanın  alınması  barədə  Orxus  Konvsensiyası  (Danimar-

ka). Orxus, 1998. (09.10.1999); 

14.  Su  quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq  əhəmiyyəti  olan  sulu 

bataqlıq yerləri haqqında Ramsar Konvensiyası. Ramsar, 1971 (18.07.2001); 

15. Kükürd tullantılarının və onların transsərhəd axınlarının 30% azaldılması 

haqqında Prtokol. Helsinki, 1985; 

16.  Kökü  kəsilmək  təhlükəsi  qarşısında  olan  vəhşi  fauna  və  yabanı  flora 

növləri  ilə  beynəlxalq  ticarət  haqqında  (CITES)  Konvensiya.  Vaşinqton,  1973 

(23.06.1998); 

17. Köçəri vəhşi heyvan növlərinin mühafizəsi üzrə Konvensiya (Bonn Kon-

vensiyası); 

18.  Gəmilərin  suyu  çirkləndirməsinin qarşısının  alınması üzrə Konvensiya. 

London, 1973, 1978 (22.04.1997); 

19. Nüvə təhlükəsizliyi üzrə Konvensiya. Vyana, 1984; 

20.  Nüvə  qəzalarının  operativ  xəbər  verilməsi  üzrə  Konvensiya.  Vyana, 

1986; 


21.  Nüvə  qəzaları  və  ya  radiasiya  qəza  halları  zamanı  kömək  üzrə  Kon-

vensiya. Vyana, 1986; 

22. Ozon qatının qorunması üzrə Vyana Konvensiyası, 1985 (31.05.1996); 

23. Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu. Monreal, 1987; 

24. Səhralaşmaya dair mübarizə Konvensiyası. Paris, 1994 (24.04.1998); 



 

70 


25. Sənayedə baş verən qəzaların transsərhəd təsirləri haqqında Konvensiya, 

Helsinki, 1992; 

26. Sərhədlərarası kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsinə dair 

Konvensiya (Espo Konvensiyası) Finlandiya, 1991 (01.02.1999); 

27.  Təhlükəli  tullantıların  sərhədlərarası  daşınmasına  və  zərərsizləşdiril-

məsinə nəzarət haqqında Bazel Konvensiyası. Bazel, 1989; 

28.  Ümumdünya  mədəni  və  təbii  irsinin  qorunması  haqqında  Konvensiya. 

Paris, 1972 (6.12.1993) (19). 

Milli dövlətlər ətraf təbii mühitin mühafizəsi sahəsində iqtisadi imkanlarına 

və problemlərin miqyasına görə, beynəlxalq yardım olmadan bir çox ekoloji prob-

lemləri  müstəqil  həll  etmək  imkanına  malik  deyil.  Bununla  əlaqədar  olaraq,  son 

dövrlərdə bu sahədə bir sıra strukturlar və mexanizmlər yaradılmışdır. Belə struk-

tur və mexanizmlərin fəaliyyətinin əsas faydası hər şeydən əvvəl bu ölkələrin qlo-

bal və regional problemlərin həllinə cəlb olunmasıdır. 

Özünün  statusu,  missiyası,  fəaliyyət  dairəsindən  asılı  olaraq  müxtəlif  olan, 

BMT və digər beynəlxalq təşkilatlar müxtəlif yardımlar etmək imkanlarına malik-

dir. Bunlar adətən maliyyə, texniki, informasiya, məsləhət və s. kimi yardımlardan 

ibarətdir. 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin