67
— təbii şəraitin vəziyyətinə nəzarət;
— beynəlxalq hüququn norma və prinsiplərinin pozulması zamanı beynəl-
xalq məsuliyyət.
Ətraf təbii mühit üzrə beynəlxalq hüququn əsas ümumi prinsipləri isə aşağı-
dakılardır:
— dövlət suverenliyinə hörmət;
— bütün dövlətlərin suveren bərabərliyi;
— mənfəət və maraqların qarşılıqlı xarakter daşıması;
— digər dövlətin daxili işlərinə qarışmamaq;
— beynəlxalq öhdəliklərin vicdanla icra edilməsi;
— mübahisələrin sülh yolu ilə həlli (2).
Qəbul edilmiş müasir beynəlxalq hüquqi normalar ətraf təbii mühit üzrə
aşağıdakı xüsusi prinsiplərə əsaslanır:
— hər kəs təbiətlə həmahəng şəkildə sağlam və məhsuldar həyat hüququna
malikdir;
— müntəzəm sosial-iqtisadi inkişaf prosesi zamanı insanın ekoloji hüquq və
maraqlarının üstünlüyü;
— dövlətlərin öz təbii ehtiyatları üzərində ayrılmaz
suverenliyi;
— davamlı inkişaf (ekoloji əsaslandırılmış sosial-iqtisadi inkişaf);
— bərabər ekoloji təhlükəsizlik (hər hansı bir dövlətin ekoloji rifahının
başqa bir dövlətin hesabına təmin olunması yolverilməzdir);
— ekoloji aqressiyanın yolverilməzliyi (ətraf mühitə təsir edən vaitələrin
hərbi və ya digər yolla düşməncəsinə istifadə olunması haqqında 1977-ci il Kon-
vensiyası əsasında). Bədnam Ermənistan Respublikasının Metsamor AES-in
radioaktiv tullantılarını Dağlıq Qarabağ ərazisində basdırması, işğal olunmuş
meşəlik ərazilərdən ağacların kəsilərək sənayedə istifadə olunması, filiz-mədən
sənayesinin zəhərli tullantılarının təmizlənmədən Araz çayına axıdılması Azərbay-
can dövlətinin və xalqının ekoloji sahədəki hüquqlarını kobud surətdə pozan məq-
sədli ekosid siyasətidir;
68
— ətraf mühitə qarşı transsərhəd (sərhəddən keçən) ziyanların aradan qaldı-
rılması;
Dostları ilə paylaş: