Magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə40/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   34   35   36   37   38   39   40   41   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 

 

 


 

71 


Nəticə və təkliflər 

 

1.  Planetimizdə  baş  verən  elmi-texniki  tərəqqi,  sosial-iqtisadi  inkişaf,  onun 



tətbiq sahələrinin genişlənməsi və s. yeni-yeni elm sahələrinin yaranması və sürətli 

inkişafına səbəb olmuşdur. Elmin özünüinkişafı təmin etməsi və bəşəriyyətin həm 

təhlükəsizliyinə həm də tərəqqisinə təminat verməsi bu gün xüsusi aktuallıq kəsb 

edir ki, bu da sosial, hüquqi və etik aspektləri tənzimləyən bioetikanın  yaranması 

ilə nəticələndi. 

2. XX əsrin ikinci yarısında baş vermiş ekoloji böhran nəticəsində istehlakçı 

konsepsiya  yeni  baxışla    bəşəriyyətin  biosferin  taleyindən  narahatlığı  ilə  əvəz 

olundu. Bu dövrdə pessimistlər bəşəriyyətin bədbin gələcəyini təsvir edir, müasir 

sivilizasiyanın  labüd  məhvə  doğru  getdiyini  bildirdilər.  Optimistlər  isə  insan 

şüuruna  əsaslanaraq  onun  ekoloji  problemləri  həll  edəcəyinə  inanırdılar  və  onlar 

dünyanın  gələcək  inkişafı  haqqında  ondan  çox  model  hazırlamışdılar.  Bunlardan 

ən mühümü davamlı inkişaf konsepsiyası oldu. 

3.  XXI  əsrin  başlanğıcından  etibarən  dünyada  ekoloji  problemlər  daha  da 

kəskinləşdi,  içməli  suyun  və  ərzaq  məhsuldarlığının  azalması,  iqlim  dəyişmələri, 

biomuxtəlifliyin azalması, səhralaşma, çirklənmə və s. neqativ proseslər intensive-

ləşdi.  Ekoloji  məhdudiyyətlərin  tətbiqi  dünyada  iqtisadi  inkişafın  yeni  tipinin 

formalaşmasına səbəb oldu ki, bu tip «yaşıl iqtisadiyyat» adlandırıldı. Yaşıl iqtisa-

diyyata keçid təbii resurslardan efektiv istifadəyə, təbii kapitalın qorunub saxlanıl-

ması və artırılmasına, çirklənmələrin və istixana qazlarının azaldılmasına, ekosis-

tem  və  biomüxtəlifliyin  qorunub  saxlanmasına,  gəlirlərin  və  məşğulluğun  artırıl-

masına səbəb olacaqdır.. 

4. Son illərdə Azərbaycan Respublikasında əhalinin sağlamlığı, ətraf mühitin 

mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadə, alternativ 

və  bərpa  olunan  enerji  mənbələrinin  sürətli  inkişafı  ilə  bağlı  iyirmidən  çox  milli 

qanun  və  sənədlər  qəbul  edilmişdir.  Nəticədə  respublika  əhalisinin  içməli  su  ilə 

təminatı yaxşılaşmış, çirkab sularını təmizləyən qurğular istifadəyə verilmiş, yaşıl-




 

72 


lıq sahələri salınmış, Xəzər dənizinin çirklənmədən qorunması haqqında tədbirlər 

planı hazırlanmış, davamlı inkişaf üzrə «Azərbaycan 2020: «Gələcəyə baxış» İnki-

şaf Konsepsiyası işlənib hazırlanmışdır. 

5.  İndiki  və  gələcək  insan  nəsilləri  naminə  ətraf  təbii  mühitin  mühafizəsi, 

sağlamlaşdırılması və yaxşılaşdırılması məqsədi ilə cəmiyyət-təbiət ictimai müna-

sibətlərini  tənzimləyən  hüquqi  normalar  sistemi  ekoloji  hüquq    adlanır.  Ekoloji 

hüquq dövlət hüququnun bir sahəsi və ya tərkib hissəsidir. Ekologiya hüququnun 

təməli Konstitusiya və onun əsasında qəbul olunmuş qanunlar, standartlar, norma-

tivlər, cinayət və inzibati cəzalardır. 

6.  Gələcək  nəsillər  naminə  təbii  resursların  davamlı  istifadə  olunmasının, 

ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin, təbiətdən istifadənin tənzimlənmə-

sinin  idarə  edilməsinin  və  normalaşdırılmasının  ən  effektiv  yolu  Beynəlxalq 

əməkdaşlıq və Beynəlxalq yardımlardan səmərəli istifadə hesab olunur. Beynəlxalq 

təşkilatlar əsasən maliyyə, texniki, informasiya, məsləhət və s. kimi yardımlardan 

istifadə edirlər. 

7. Ekosistemlərin tükənməsinin və dağıdilmasının qarşısını almaq üçün təbii 

mühitin həcmi ilə insanın təsərrüfat fəaliyyətinin nəticəsi olan tullantılar arasındakı  

nisbəti  qorumaq,  insanın  dağıdıcı  fəaliyyətinin  nəticələrinin  uzunmüddətliyini 

nəzərə almaqla sosial stabillik və təbii ekosistemlərin dayanıqlığını təmin etmək. 

8.  Təbii  şəraiti  əlverişli  olan  ərazilərdə  cəmiyyətin  məskunlaşması  və 

fəaliyyəti  üçün  əlveriºli  ºərait  yaratmaqla  təbii  ehtiyatların  istehsal  dövriyyəsinə 

cəlb olunmasını daha da intensivləşdirmək, cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsinin 

cəmiyyətin dinamik inkişafında mühüm rolunu əsaslandırmaq. 

  

 



 

 

 



 


 

73 


 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin