3.2. Ətraf təbii mühitin mühafizəsi üzrə beynəlxalq konvensiyalar
və yardım mənbələri
Təbiətin mühafizəsi istiqamətində milli səviyyədə həyata keçirilən ən effek-
tiv tədbirlər belə planetar miqyasda ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən
davamlı istifadə məsələlərini tam şəkildə həll edə bilmir. Əvvəla, milli hüquq
təminatlarından kənarda olan təbii sərvətlər (Dünya okeanı, Antarktida, Kosmos)
dünya dövlətləri tərəfindən intenvis istismara məruz qalır. Digər tərəfdən, dövlətlər
öz ərazilərində təsərrüfat və başqa fəaliyyətlər göstərərək qonşu dövlətlərin ətraf
təbii mühitinə ciddi ziyan vurur, ya da qonşu dövlətlərin ekoloji maraqlarını bu və
ya digər formada pozur. Buna real misal olaraq Araz və Kür çaylarının Ermənistan
və Gürcüstan tərəfindən həddən artıq çirkləndirilməsini göstərmək olar. Üçüncüsü,
dövlətlər tərəfindən razılaşdırılmış beynəlxalq tədbirlərin həyata keçirilməsi milli
miqyasda ətraf mühitin mühafizəsi məsələlərinin həllini daha effektiv edir. Məhz
bu əsas amillər beynəlxalq hüquqi nizamlayıcı kimi ətraf mühitin mühafizəsi üzrə
beynəlxalq əməkdaşlığın rolunu artırır.
Hal-hazırda dünya ictimaiyyətini qlobal ekoloji problemlər daha çox narahat
edir. Bunlar, əsasən, iqlim dəyişmələri, ozon qatının nazikləşməsi, turşulu yağışlar,
səhralaşma, bioloji müxtəlifliyin getdikcə azalması, əhali artımının yüksək tempi
və təbii ehtiyatların getdikcə tükənməsi problemləridir.
Ətraf təbii mühitin beynəlxalq hüquq normaları, əsasən, indiki və gələcək
nəsillər naminə Yerin təbii sərvətlərinin davamlı istifadə olunmasının və qlobal
ətraf mühitin zərərli təsirlərdən mühafizəsinin effektiv idarə edilməsinə yönəlmiş-
dir. Təbiətdən istifadənin nizamlanması, əsasən, aşağıdakı vasitələrlə həyata keçiri-
lir:
Dostları ilə paylaş: |