Magistratura məRKƏZİ Əlyazması hüququnda


— onun başçısı olan, dövlətdə ali icraedici hakimiyyət funksiyasını həyata  keçirən prezident;  —



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə32/42
tarix02.01.2022
ölçüsü1 Mb.
#44725
1   ...   28   29   30   31   32   33   34   35   ...   42
Cəmiyyət-təbiət münasibətlərinin müasir strategiyası və təbii mühitin

 onun başçısı olan, dövlətdə ali icraedici hakimiyyət funksiyasını həyata 

keçirən prezident; 



  hakimiyyətin  qolları  olan  qanunvericilik,  icraedicilik  və  məhkəmə 


 

61 


orqanları; 

  yerli  özünüidarəetmə  orqanları  ilə  birlikdə  cəmiyyətin  ümumi  məsələ-

lərinin, o cümlədən təbii mühitlə bağlı məsələlərin həlli vasitəsi kimi, yəni dövlət 

funksiyalarının həyata keçirilməsi vasitəsi kimi çıxış edir. 

Dövlətin ekoloji funksiyasının əsas mahiyyəti: 



  Təbii  ehtiyatlardan  cəmiyyətin  mənafeyi  baxımından,  onun  maraqlarına 

cavab verən şəkildə istifadə olunmasının həyata keçirilməsi



 təbii ehtiyat və sərvətlərin tükənməsinin qarşısının alınması üçün onların 

davamlı istifadəsi; 



 ətraf təbii mühitin keyfiyyətlərinin deqradasiyasının qarşısının alınması; 

  fiziki  və  hüquqi  şəxslərin  ekoloji  hüquqlarının  və  qanuni  maraqlarının 

qorunması istiqamətindəki fəaliyyətlərində ibarətdir. 

Azərbaycan  Respublikasının  Konstitusiyasında  ətraf  təbii  mühitlə  bağlı  4 

maddə mövcuddur (14,39, 78, 112). Maddə 14-də təbii ehtiyatların hər hansı fiziki 

və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən Azərbaycan 

Respublikasına  mənsub  olduğu  bildirilir.  Maddə  39  -  Azərbaycanda  hər  kəsin 

sağlam  ətraf  mühitdə  yaşamaq  hüququna,  hər  kəsin  ətraf  mühitin  əsl  vəziyyəti 

haqqında  məlumat  toplamaq  və  ekoloji  hüquqpozma  ilə  əlaqədar  onun  sağlamlı-

ğına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququna malik olduğunu bildi-

rir.  Maddə  78-də  ətraf  mühitin  qorunmasının  hər  bir  vətəndaşın  borcu  olduğu 

deyilir. Maddə 112-də isə fövqəladə hallar tətbiq edilməsindən bəhs olunur (2). 

Azərbaycan Respublikasında ətraf təbii mühitlə bağlı məsələlər bir  sıra qa-

nunlarla  tənzimlənir.  Azərbaycan  Respublikasının  qanunları    digər  dövlət 

orqanları  və  ictimai  təşkilatların  aktlarına  münasibətdə  ali  hüquqi  qüvvəyə  malik 

olan,  ali  dövlət  hakimiyyəti  orqanının  müəyyən  olunmuş  qaydada  qəbul  etdiyi 

normativ aktı, cəmiyyətdə hüquqi ifadə formasıdır. 

Azərbaycan Respublikasında ətraf təbii mühit üzrə hazırda qüvvədə olan bir 

sıra qanunların siyahısı aşağıda verilmişdir: 

1. «Pestisidlər və aqrokimyəvi maddələr haqqında» 



 

62 


2.  «Su təchizatı və tullantı suları haqqında» 

3. «Bitki mühafizəsi haqqında» 

4. «Xüsusi mühafızə olunan təbiət əraziləri və obyektləri haqqında» 

5. «Balıqçılıq haqqında» 

6. «Torpaq islahatı haqqında» 

7. «Yerin təki haqqında» 

8. «Hidrometeorologiya fəaliyyəti haqqında» 

9. «İstehsalat və məişət tullantıları haqqında» 

10.  «Dövlət  torpaq  kadastrı,  torpaqların  monitorinqi  və  yer  quruluşu 

haqqında» 

11. «Heyvanlar aləmi haqqında» 

12. «Ətraf mühitin mühafizəsi haqqında» 

13. «Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin təsdiq edilməsi haq-

qında» 


14.  «Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsinin  təsdiq  edilməsi  haq-

qında» 


15.  «Azərbaycan  Respublikasının  Su  Məcəlləsinin  təsdiq  edilməsi  haqqın-

da» 


16. «Əhalinin radiasiya təhlükəsizliyi haqqında» 

17. «Torpaqların münbitliyi haqqqında» 

18. «Atmosfer havasının mühafizəsi haqqında» 

19. «Ətraf mühitə dair informasiya almaq haqqında» 

20. «Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında» 

21. «İcbari ekoloji sığorta haqqında» 

22. «Sanitariya-epidemioloji salamatlıq haqqında» (19). 

Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  cinayət    Azərbaycan 

Respublikasının  Cinayət  Məcəlləsi  ilə  cəza  təhdidi  altında  qadağan  olunmuş 

təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi sayılır. 

Başqa sözlə, cinayət qanunçuluğunun və hüquq qaydalarının ciddi surətdə pozul-



 

63 


ması ictimai və dövlət quruluşuna, onun siyasi və iqtisadi sisteminə, mülkiyyətinə, 

vətəndaşların  şəxsiyyətinə,  siyasi,  əmək,  əmlak  və  başqa  hüquqlarına  qəsd  edən 

ictimai təhlükəli əməldir. Müəyyən əməli cinayət kimi xarakterizə edən əlamətlərin 

məcmusu cinayət tərkibi adlanır. Cinayətin əsas əlaməti ictimai təhlükədir. 

Cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərə-

kətsizliyin) əlamətləri formal cəhətdən movcud olsa da, lakin az əhəmiyyətli oldu-

ğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və ya dövlətə 

zərər  yetirməyən  və  ya  zərər  yetirmək  təhlükəsi  yaratmayan  əməl  (hərəkət və  ya 

hərəkətsizlik) cinayət hesab edilmir. 

Ekoloji hüquqpozmaları təbiətin mühafizəsi haqqında qanunları pozan, ətraf 

təbii mühitə və insan sağlamlığına təhlükə yaradan hüquqazidd və cinayət tərkibli 

hərəkətlərdir.  Ekoloji  cinayətlər  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin 

246-261-ci  maddələrini  əhatə  edir.  Azərbaycan  Respublikasının  Cinayət  Məcəllə-

sinə görə aşağıdakı əməllər ekoloji-cinayətlər hesab edilir: 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin