Səriştə və keyfiyyətinə görə ekspertlərin sinifləşdirilməsi
Ekspertlərin sinfı
|
Ekspertin keyfiyyəti və səriştəsi
|
1
|
çox yüksək
|
2
|
yüksək
|
3
|
ortadan yüksək
|
4
|
orta
|
5
|
ortadan aşağı
|
6
|
aşağı
|
7
|
çox aşağı
|
Ekspertlərin keyfiyyət sinfinin seçilməsi Kİ problemlərinin həlli zamanı ənənəvi olaraq istifadə edilən «yeddilik» qaydası üzrə həyata keçirilir. İdarəetmə sistemlərinin tədqiqatında obyektiv nəticələrin alınması üçün 1-4 sinif ekspertlərin seçilməsi daha məqsədəuyğundur, aşağı keyflyyət siniflərinə aid olan ekspertlərin isə ekspertizaya cəlb olunması tövsiyə edilmir. Bütün hallarda ekspertliyə namizədlər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar: peşəkar səriştəlilik; yaradıcılıq məsələlərini həll etmək bacarığı; elmi intuisiya; ekspert işlərinin obyektiv nəticələrində maraqlı olmaq; işgüzarlılıq; obyektivlik və s.
Ekspert rəylərinin toplanması üçün aşağıdakılar qabaqcadan müəyyənləşdirilməlidir: yer və vaxt; forma və metodika; rəylərin toplanması turlarının sayı, sənədlərin tərkibi və məzmunu, ekspert rəylərinin sənədlərə daxil edilməsi qaydası.
Yuxarıda qeyd olunanlardan ekspert rəylərinin toplanma formasının seçilməsi xüsusilə mühüm məsələdir. Rəylərin toplanmasının fərdi, kollektiv və qarışıq formalarını göstərmək olar. Bu formalardan hər birinin aşağıdakı növ müxtəliflikləri vardır: anketləşdirmə, müsahibə götürmə, diskussiya, iclas, işgüzar oyun. Kİ-də çox vaxt onlar birgə istifadə edilir ki, bu da görülən işlərin səmərəliliyini və obyektivliyini yüksəldir. Ekspert rəylərinin toplanmasına belə yanaşma (qarışıq forma) problem tam aydın olmadıqda, kollektiv müzakirə zamanı ekspertlərdə fikir ayrılığı yarandıqda, yaxud fərdi rəylər üst-üstə düşmədikdə tətbiq edilir.
Kİ-də və keyfıyyət sistemlərinin yaradılmasında anketləşdirmədən geniş istifadə edilir. Anketləşdirmə ekspert rəylərinin az əmək sərfı ilə toplanmasını təmin edir. Anketin işlənməsi prosesinə, bir qayda olaraq, aşağıdakılar daxildir: ekspertə müraciətin forma və məzmununun müəyyənləşdirilməsi; sualların tipinin seçilməsi; sualların şərhi; ekspert üçün zəruri informasiyanın şərhi; anket formasının işlənməsi.
Son illər «veer» (cavablar sırasından bir cavab nəzərdə tutulur), bağlı (cavablar «hə», «yox», «bilmirəm») və açıq (sualın cavabı sərbəst şəkildə verilə bilər) adlanan sual tipləri daha çox işlədilir.
Belə bir mühüm cəhəti qeyd etmək lazımdır ki, anketləşdirmə zamanı anketlərdəki suallar düzgün, sadə və birmənalı, qısa və eyni zamanda tam olmalı, izahat qeydinin mətnində ekspertdən konkret nə tələb olunduğu göstərilməlidir. Suallara cavablar üçün, yəni hər bir ekspert tərəfındən qərarın qəbul edilməsi üçün nəzərdən keçirilən obyektin aşkar və ya gizli şəkildə obyektiv və ya subyektiv ölçülməsi həyata keçirilir. Subyektiv ölçmə zamanı ekspertlər, bir qayda olaraq, yuxarıda gəstərilən metodlardan birini tətbiq edirlər (ranqlama, bilavasitə qiymətləndirmə, müqayisəetmə).
Ranqlama və bilavasitə qiymətləndirmə metodu. Ranqlama metodunda ekspert təşkilati sistemin tədqiq olunan obyektlərini nisbi əhəmiyyətliliyindən (üstünlüyündən) asılı olaraq ranqlayır. Bu zaman daha üstün tutulan obyektə adətən birinci ranq, ən az üstün tutulana isə mütləq qiymətcə düzülən obyektlərin sayına bərabər sonuncu ranq verilir. Tədqiq edilən obyektlərin sayı az olduqca belə düzülmənin dəqiqliyi artır.
Bir ekspert tərəfındən ekspertiza obyektlərinin üstün tutmaqla (ranqlar üzrə) yerləşdirilməsi zamanı ranqların cəmi obyektlər sayının H vahiddən başlayan bütün natural sırasındakı ədədlərin cəminə bərabər olmalıdır [Hx(H +1):2]. Sorğuya görə ranqlama obyektlərinin yekun ranqı hər bir obyekt üçün ranqların cəmi şəklində müəyyənləşdirilir. Bu zaman birinci ranq ən az ranqlar cəmi olan obyektə, sonuncu yer ən çox ranqlar cəmi olan, yəni ən az əhəmiyyətli obyektə verilir. Misal kimi yeddi ekspertin üç obyekt üçün yekun ranqı müəyyənləşdirməsi cədvəl 2.3-də verilmişdir.
Cədvəl 2.3.
Dostları ilə paylaş: |