Uyğunluq sertifikatı sertifikatlaşdırma sisteminin qaydalarına müvafiq surətdə nəşr edilmiş, lazımi tərzdə eyniləşdirilmiş məhsulun konkret standarta və ya digər normativ sənədə uyğun olduğunu göstərən sənəddir. Ölkənin sertifikatlarının və uyğunluq nişanlarının xaricdə tanınmasını təmin etmək üçün sertifikatlaşdırma üzrə qaydalar və tövsiyələr İSO və BEK beynəlxalq təşkilatlarının rəhbərlik sənədlərinə, İSO 9000 və İSO 10000 seriyalı beynəlxalq standartlarda, EN 45000 və EN 29000 seriyalı Avropa standartlarında, digər beynəlxalq və regional təşkilatların normativ sənədlərində şərh edilmiş beynəlxalq qaydalara uyğun qurulmalıdır. Xarici sertifikatlaşdırma orqanlarının və sınaq laboratoriyalarının akkreditləşdirilməsinin, həmçinin xarici ölkələrin sertifıkatlarının və uyğunluq nişanlarının bizim ölkədə (uyğun olaraq bizim ölkəninkinin xaricdə) tanınması ikitərəfli və çoxtərəfli sazişlər əsasında həyata keçirilir.
Hər bir dövlətdə sertifikatlaşdırma üzrə milli orqan vardır. Bizim respublikada bu fəaliyyət sahəsində xüsusi səlahiyyəti olan orqan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyidir. Bu Agentliyə aşağıdakı əsas funksiyalar həvalə edilmişdir:
-
sertifıkatlaşdırma sahəsində dövlət siyasətinin formalaşdırılması və realizə edilməsi;
-
Azərbaycan Respublikasının ərazisində sertifıkatlaşdırmanın aparılması üzrə ümumi qayda və tövsiyələrin müəyyənləşdirilməsi və onlar haqqında rəsmi informasiyanın nəşr edilməsi;
-
Respublikada qüvvədə olan sertifikatlaşdırma sistemlərinin və uyğunluq nişanlarının dövlət qeydiyyatının aparılması; ölkədə qüvvədə olan sertifıkatlaşdırma sistemləri və uyğunluq nişanları haqqında rəsmi informasiyanın nəşr edilməsi və onun qoyulmuş qaydada sertifıkatlaşdırma üzrə beynəlxalq (regional) təşkilatlara təqdim edilməsi;
-
beynəlxalq (regional) sertifikatlaşdırma sistemlərinə qoşulmaq haqqında təkliflərin hazırlanması, həmçinin sertifikatlaşdırmanın nəticələrinin qarşılıqlı tanınması haqqında beynəlxalq (regional) təşkilatlarla sazişlərin bağlanması;
-
sertifıkatlaşdırma məsələləri üzrə ölkəni beynəlxalq (regional) təşkilatlarda təmsil etmək;
-
akkreditləşdirmə və sertifikatlaşdırma qaydaları, onların nəticələri, həmçinin bu proseslərin iştirakçıları haqqında istehsalçıların, istehlakçıların, ictimai təşkilatların, sertifıkatlaşdırma üzrə orqanların və sınaq laboratoriyalarının, digər maraqlı müəssisələrin, təşkilatların və ayrı-ayrı şəxslərin məlumatlandırılması.
Sertifıkatlaşdırma sisteminin strukturuna milli sertifikatlaşdırma orqanı, sertifikatlaşdırma üzrə beynəlxalq təşkilatlar, konkret (həmcins) məhsulların sertifikatlaşdırılması üzrə orqanlar, akkreditləşdirilmiş sınaq mərkəzləri (laboratoriyaları), istehsalçı müəssisələr və məhsulun tədarükçüləri daxildir. Sertifikatlaşdırmanı aparan zaman iştirakçı tərəflər bir qayda olaraq istehsalçıların, tədarükçülərin (birinci tərəf); alıcıların, istehlakçıların (ikinci tərəf); sertifikatlaşdırmada iştirak edən tərəflərdən asılı olmayan orqanların (üçüncü tərəf) maraqlarını təmsil edirlər. Sertifikatlaşdırmada iştirak edən hər bir tərəf kommersiya sirri olan informasiyanın məxfiliyini təmin etməlidir.
Məhsulların və xidmətlərin sertifikatlaşdırılması könüllü və məcburi ola bilər. Könüllü sertifikatlaşdırma o obyektlər üçün aparılır ki, onlar ölkənin qanunverici aktlarına uyğun olaraq məcburi sertifikatlaşdırmaya məruz qalmır. Bu cür sertifikatlaşdırma hüquqi şəxslərin və vətəndaşların təşəbbüsü ilə sifarişçi və sertifıkat- laşdırma üzrə orqan arasında bağlanmış müqavilə əsasında aparılır. Könüllü sertifıkatlaşdırmanı öz üzərinə könüllü sertifıkatlaşdırma orqanı funksiyasını götürmüş və sertifıkatlaşdırma sistemini və uyğunluq nişanını icra hakimiyyətinin xüsusi səlahiyyətli orqanında qeydiyyatdan keçirmiş hər bir hüquqi şəxs həyata keçirə bilər. Məcburi sertifikatlaşdırma orqanları da könüllü sertifıkatlaşdırmanı apara bilər. Bu, o zaman ola bilər ki, könüllü sertifıkatlaşdırma məcburi sertifıkatlaşdırma sisteminin qaydaları ilə nəzərdə tutulsun və könüllü sertifikatlaşdırmanın uyğunluq nişanı qeydiyyatdan keçmiş olsun. Könüllü sertifıkatlaşdırma üzrə orqan işin aparılma qaydalarını müəyyənləşdirir. Sertifıkatlaşdırmanın aparılması üçün müqavib bağlanarkən sifarişçi bu işin aparılması haqqında lazımi informasiyanı ala bilər, həmçinin sertifıkatlaşdırmanın formasını təyin edə bilər.
Könüllü sertifikatlaşdırma üzrə orqan funksiyasını üzərinə götürmüş hüquqi şəxs könüllü sertifıkatlaşdırma sisteminin strukturunu formalaşdırır, onun qaydalarını və uyğunluq nişanını məyyənləşdirir, sistemi və uyğunluq nişanını xüsusi səlahiyyətli orqanda qeydiyyatdan keçirir, sertifıkatlaşdırma qaydaları haqqında sifarişçiyə lazımi informasiya verir, bu sistemin reyestrini aparır. Bu hüquqi şəxs məhsulların və xidmətlərin sertifıkatlaşdırılması üzrə orqanın funksiyasını yerinə yetirir.
Beləliklə, sertifıkatlaşdırma üçüncü tərəf vasitəsilə aparılır. Bu zaman istehsalçı (icraçı) tərəfindən buraxılan məhsul (göstərilən xidmət) yoxlanılır, qiymətləndirilir və həmin məhsulun (xidmətin) normativ-texniki sənədlərin tələblərinə uyğunluğu təsdiqlənir. Sertifıkatlaşdırmaya bu cür yanaşma zamanı müxtəlif sınaq metodlarından istifadə edilə bilər. Odur ki, obyektiv nəticələr almaq üçün müasir cihaz və avadanlıqlarla, stendlərlə təchiz edilmiş sınaq laboratoriyaları (mərkəzləri) olmalıdır.
Məhsulun sertifıkatlaşdırılması istehsalçıdan müəyyən xərclər tələb edir. Xarici ölkələrin təcrübəsi göstərir ki, bu işlərə çəkilən xərclər istehsalçı müəssisələrin bütün xərclərinin 1-2%-ni təşkil edir. Lakin müəssisələr tərəfindən sertifikatlaşdırmanın tətbiqi bazar iqtisadiyyatı şəraitində müəyyən üstünlüklərə malikdir: daxili və xarici istehlakçıların məhsulun keyfıyyətinə inamını təmin edir; istehlakçı tərəfindən lazımı məhsulların seçilməsini yüngülləşdirir və sadələşdirir; istehlakçının məhsulun keyfiyyəti haqqında obyektiv informasiya almasını təmin edir; sertifıkatlaşdırılmamış məhsulun istehsalçısı ilə rəqabətdə uzun müddət müdafiə olunmağa kömək edir; analoji məhsulların idxalını azaldır; keyfiyyət səviyyəsinə uyğun olmayan məhsulların ölkəyə daxil olmasının qarşısını alır; NTS-lərdə daha proqressiv tələblər qoymaqla bu sənədlərin keyfiyyətinin yaxşılaşdırılması üçün stimul yaradır; istehsalatın təşkilati-texniki səviyyəsinin yüksəldilməsinə kömək edir; elmi-texniki tərəqqinin sürətlənməsi üçün stimul yaradır.
Üçüncü tərəf vasitəsilə məhsulun sertifıkatlaşdırmaya hazırlanması və sertifıkatlaşdırılması üzrə yerinə yetirilən əməliyyatları bir neçə mərhələlər üzrə qruplaşdırmaq olar.
Dostları ilə paylaş: |