Magistratura məRKƏZİ


Planlaşdırmanın proqram məqsədli üsulundan



Yüklə 4,76 Mb.
səhifə19/24
tarix28.12.2021
ölçüsü4,76 Mb.
#17165
1   ...   16   17   18   19   20   21   22   23   24
Planlaşdırmanın proqram məqsədli üsulundan istifadə edilməsi, konkret plan dövrü üçün ixtisasın əhəmiyyətli artırılmasına və planlaşdırmanın ilkin bazası ki­mi, xidmət edəcək təhsil və ixtisasartırmanın hər bir idarəetmə səviyyəsində məq­sədli proqramın tərtib edilməsinə kömək etməyə imkan verir. Belə yarımsistemin başlıca məqsədi biliyin alınmasını, yeniləşdirilməsini və sistemləşdirilməsini təmin etmək, keyfıyyətin müasir idarəetmə sisteminin vərdiş və bacarığını əldə etmək, həmçinin istehlakçıların tələblərini təmin edə bilən məhsulun yaradılması və bura­xılışının səmərəli tətbiqi üçün bu problemlər üzrə yeni bilikləri formalaşdırmaqdır.

Təhsil və ixtisas bölməsinin işlənməsi (hazırlanması) «Məhsulun keyfıyyət göstəricilərinin mərkəzi elmi-texniki və iqtisadi kompleksin»də olduğu kimi, ümu­mi qaydalarla aparılır. Bu halda ixtisasartırma proqramının məqsədi və vəzifələri formalaşdığı mərhələdə aşağıdakılar nəzərdə tutulmalıdır:

  • baxılan ierarxiya səviyyəsində keyfıyyətin idarə edilməsi üzrə kadrların öyrədilməsi və ixtisasının yüksəldilməsi üzrə aparılan işlərin vəziyyətinin təhlili;

  • göstərilən istiqamətdə problemin müəyyənləşdirilməsi;

  • baxılan problemin həlli üçün planlaşdırmanın proqram məqsədli üsulundan istifadə edilməsinin mümkünlüyünün və məqsədəuyğunluğunun əsaslandırılması;

  • keyfıyyətin idarə edilməsi sistemində sistemin başlıca məqsədinin və yerinin təyin edilməsi;

  • məqsədin sistemli qurulmasının və vəzifələrinin təyini;

Layihənin işlənməsi aparılarkən aşağıdakıların həyata keçirilməsi vacibdir:

  • proqramın məqsəd sistemini müəyyənləşdirən parametrlərin təyin edilməsi;

  • qoyulmuş məqsədlərə nail olmaq üçün yolların müəyyənləşdirilməsi və əsaslandırılması;

  • tədbirlərin hazırlanması;

  • I darəetmə orqanlarının təşkilati-icraedici quruluşunun təyin edilməsi;

  • onun yerinə yetirilməsi üçün lazımi ehtiyatların müəyyən edilərək göstərilməsi;

  • yerinə yetirilmə vaxtının müəyyən edilməsi;

  • qərarların qəbulunu aparan, qayda və prosedurları seçən, həmçinin qərarı qəbul edən şəxslər üçün üstünlüklərin müəyyən edilməsi;

  • proqramın rəsmiləşdirilməsi.


Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin